Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2013/2020 04.12.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər ADPU-nun Quba filialının direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Cavabdeh1 və Cavabdeh2nə qarşı “işəgötürən tərəfindən pozulmuş əmək hüquqlarının bərpası” tələbinə dair mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ADPU-nun Quba Filialının X5 orqanının təqsiri üzündən buraxılmış prosessual müddəti bərpa edilməsi, ona verilməyən ADPU-nun Quba Filialının X5 orqanının müvafiq qərarını (məhkəməyə qədər pretenziya qaydasında fərdi əmək mübahisəsinin həlli ilə tanış olmaq üçün), ADPU-nun Quba Filialının kafedralarının 2019/2020 və 2020/2021-ci dərs ilinin dərs bölgülərini (bağladığı əmək müqaviləsinin tərkib hissəsi olan dərs yükünün bölgüsünü və ayrı-seçkiliyi müəyyənləşdirmək üçün) və keçdiyi mövzuları yazdığı jurnal səhifələrinin surətlərini (kəsilmiş dərs yükünü müəyyənləşdirmək üçün) AR MPM-in 47.2 maddəsinə əsasən tələb edilməsi, pozulmuş hüquqlarının bərpası, AR SM-in 22.8-ci, AR ƏM-in
179. 2 “ç” maddələrinə zidd olaraq 2020-ci ilin yanvar ayından etibarən ondan alınmış 30 saat seminar və imtahan saatlarını, fevral ayında ondan alınmış 30 saat mühazirə saatını və mart-iyun aylarında ondan alınmış rəhbərlik etməli olduğu pedaqoji təcrübənin saatlarının ona qaytarılması, AR Təhsil Nazirliyinin Qrant müsabiqəsində xx.xx.2020 tarixdə qalib gələn öz ixtiraları və səmərələşdirmə təklifləri əsasında hazırladığı “... İnT” layihəsini əsas iş yerindən kənarda - 4 hədəf rayonda tətbiqi işlərində iştirak etməkdə olduğu halda, AR ƏM-in 179-cu maddəsinin 2 ”q” bəndinin iş yerini və orta əmək haqqını saxlamaq tələbinə əməl etməyərək, bu Məcəllənin 73.1 maddəsinə əsasən əmək müqavilənin müddətini uzatmadan və 73.2 maddəsinin tələblərinə əməl etməyərək, işəgötürən ADPU-nun Quba Filialının direktoru, Cavabdeh1 уazdığı xx.xx.2020 tarixli, 106 №-li əmri ləğv etməklə onu işə bərpa edilməyi, cavabdeh işəgötürən - ADPU-nun Quba Filialının direktoru, Cavabdeh1dan ona vurduğu mənəvi ziyana görə 2000 manatın tutulması, AR ƏM-nin 16-cı maddənin 1 -ci və 4-cü maddələrinin qəti qadağan etdiyi ayrı-seçkiliklə, qərəzliliklə məhdudlaşdırılmış hüquqlarının, o cümlədən azad iradəsi ilə yeni əmək müqaviləsini bağlamaq hüququnun bərpası barədə qətnamə qəbul edilməsini, hərəkətlərində cinayətin əlamətləri olan Cavabdeh1 barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərmiş, pedaqogika üzrə fəlsəfə doktoru olaraq, ADPU-nun Quba Filialında əvəzçiliklə yarım ştatlı baş müəllim vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 58-ci maddəsinin 4-cü bəndinə görə əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə bu maddənin beşinci (M.H.: zərərli iş) və altıncı (M.H.: yaşı 18-dən az olan) hissələrində göstərilən hallar istisna olunmaqla heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir.” Cavabdeh işəgötürən - ADPU-nun Quba Filialının direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Cavabdeh1 bu vəzifəyə təyin olunduğu 2019- 2020-ci dərs ilində aşağıdakı hüquqları pozulmuşdur: İşəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci bəndinin tələblərinə əməl etmədən ona xx.xx.2019 tarixli 154 №-li əmri ilə əsassız olaraq xəbərdarlıq elan etmişdir. xx xxxxxx 2019-cu il tarixində yazılı müraciət edərək, tənbehi ləğv etməklə vurulmuş zərəri kompensasiya etməyi və fəaliyyətinə obyektiv qiymət verərək, məni rəğbətləndirməyi xahiş etmişdir. Ona rəsmi cavab verilməmişdir. xx.xx.2019 tarixində işəgötürənlə bağladıqları əmək müqaviləsinin tərkib hissəsi olan dərs yükünün bölgüsündə ona 392 saat (607-ci qrupda “inklüziv təhsil” fənnindən 30 saat mühazirə, 30 saat seminar, 804-cü qrupda “inklüziv təhsil” fənnindən 30 saat mühazirə, 30 saat seminar, 804-cü qrupda sosial-emosional fənnindən 30 saat mühazirə, 30 saat seminar və 22 saat imtahan, konsultasiya və ixtisas metodisti, pedaqoji təcrübəyə rəhbərlik) verilmişdir. İşəgötürən Seçki Komissiyasının həlledici səs hüquqlu üzvünün 051-39/5 №-li vəsiqəsinin surətini və müvafiq arayışı qəbul edərək, seçkilərin hazırlanması və keçirilməsi dövründə, habelə seçici siyahılarının hazırlanması dövründə məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvü kimi, seçki komissiyasında fəaliyyətdə olduğunu bildiyi halda, Seçki Məcəlləsinin 22.8-ci, Əmək Məcəlləsinin 179- 2 “ç” maddələrinə zidd olaraq, onun razılığı olmadan işəgötürənin təşəbbüsü ilə 2020-ci ilin yanvar ayında 30 saat seminar saatını, fevral ayında 30 saat mühazirə saatını və mart-iyun aylarında rəhbərlik etməli olduğu pedaqoji təcrübənin saatlarını da kəsmişdir. Hüquqlarının pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 tarixlərində həm işəgötürənə, həm də Hİ Yerli Komitəsinə, X5 Komissiyaya rəsmi qaydada müraciət etmişdir. Bu günə kimi məhkəməyə qədər X5 orqanın müvafiq qərarını ona vermirlər. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, iddiaçı iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmiş və buna görə də, məhkəmədən hüquq münasibətinə iddia müddətinin tətbiq olumasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı “pedaqoji və ictimai fənlər” kafedrasına əvəzçiliklə 0,5 ştat baş müəllim vəzifəsinə xx.xx.2020-ci il tarixədək təyin edilmişdir İş materiallarında olan ADPU-nin Quba filialının xx.xx.2020-ci il tarixli, 106 saylı əmrindən görünür ki, İddiaçı filialın pedaqoji və ictimai fənlər kafedrasının 0,5 ştat əvəzçiliklə müəllimi xx.xx.2020-ci il tarixdən Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqavilənin müddətinin qurtarması səbəbindən xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan əmək haqqının aylar üzrə məbləğ arayışından görünür ki, İddiaçı Məhəmmə oğlu 2019-cu ilin sentyabr ayından 2020-ci il ilin iyun ayına qədər hər ay 349,50 manat olmaqla ümumilikdə 3495 manat məbləğində əmək haqqı almışdır. İş materiallarında olan əmək qabiliyyətli olmaması vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmək qabiliyyətini itirmiş və həkin müayinəsində olmuşdur. İş materiallarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qrant müsabiqəsində iştirak etmiş və xx.xx.2020 tarixdə qalib olmuşdur. Cavabdeh tərəflər arasında əmək hüquq münasibətlərindən irəli gələn mübahisənin olduğunu qeyd edərək hazırkı mübahisəyə iddia müddətinin tətbiq olunması barədə ərizə ilə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Lakin işçi 3 ay keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən cavabdeh tələbin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsində aşağıdakı tələbləri irəli sürmüşdür. Belə ki, iddiaçının birinci tələbində Azərbaycan Respublikası Seçki Məcəlləsinin 22.8-ci, AR ƏM-in 179. 2 “ç” maddələrinə zidd olaraq 2020-ci ilin yanvar ayından etibarən ondan alınmış 30 saat seminar və imtahan saatlarını, fevral ayında ondan alınmış 30 saat mühazirə saatını və mart-iyun aylarında ondan alınmış rəhbərlik etməli olduğu pedaqoji təcrübənin saatlarının ona qaytarılmasını iddia etsə də, cavabdehin məhkəməyə təqdim etdiyi sübutlarla iddiaçıdan hər-hansı bir pedaqoji təcrübə saatlarının ondan alınmaması sübuta yetirilmiş və elə bir hal mövcud olduğu halda iddiaçı tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir. İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qrant müsabiqəsində xx.xx.2020 tarixdə qalib gələn öz ixtiraları və səmərələşdirmə təklifləri əsasında hazırladığı “... İnT” layihəsini əsas iş yerindən kənarda - 4 hədəf rayonda tətbiqi işlərində iştirak etdiyini və həmin müsabiqə də qalib olduğunu qeyd etmişdir. Bu səbəbdən onun əmək müqaviləsinin müddətinin uzadılmalı olduğunu əsas kimi qeyd etsə də, cavabdeh tərəf həmin müsabiqədə iddiaçının onların razılığı olmadan iştirak etdiyini bildirmişdir. Ona görə də, tələb qeyd edilən hissələrdə təmin edilə bilməz. İddiaçı ikinci tələbində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qrant müsabiqəsində xx.xx.2020 tarixdə qalib gələn öz ixtiraları və səmərələşdirmə təklifləri əsasında hazırladığı “... İnT” layihəsini əsas iş yerindən kənarda - 4 hədəf rayonda tətbiqi işlərində iştirak etməkdə olduğu halda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 179-cu maddəsinin 2 ”q” bəndinin iş yerini və orta əmək haqqını saxlamaq tələbinə əməl etməyərək, bu Məcəllənin 73.1 maddəsinə əsasən əmək müqavilənin müddətini uzatmadan və 73.2 maddəsinin tələblərinə əməl etməyərək, işəgötürən ADPU-nun Quba Filialının direktoru, Cavabdeh1 уazdığı xx.xx.2020 tarixli, 106 №-li əmri ləğv etməklə onu işə bərpa edilməyini tələb etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəf iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73cü maddəsinin tələblərinə riayət etməklə xitam vermişdir. Belə ki, əmək müqaviləsindən də görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə tərəflərin razılığı ilə müddətli əmək müqaviləsi bağlanmış və müqavilənin bitmə tarixi xx.xx.2020-ci il olaraq qeyd edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar həkim müayinəsində olmuş və həmin müayinə vərəqəsində xx.xx.2020-ci il tarixdə işə başlamasının məqsədəmüvafiq olduğu qeyd edilmişdir. Ona görə də, ADPU-nin Quba filialının xx.xx.2020-ci il tarixli, 106 saylı əmri İddiaçı filialın pedaqoji və ictimai fənlər kafedrasının 0,5 ştat əvəzçiliklə müəllimi xx.xx.2020-ci il tarixdən Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsində cavabdeh qanun pozuntusuna yol verməmişdir. Həmçinin, məhkəmə hesab edir ki, tərəflər arasında yaranan mübahisə əmək hüquq münasibətlərindən irəli gəldiyi üçün mübahisəyə Əmək Məcəlləsinin 296.2-ci maddəsində göstərilən 1 təqvim ayı müddəti tətbiq olunmalıdır. Göründüyü kimi, iddiaçı tələblə bağlı iddia müddətini də ötürmüşdür. İddiaçı əmək mübahisəsinə baxan orqanının təqsiri üzündən prosessual müddəti buraxdığını iddia etsə də, bununla bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. Ona görə də, tələb qeyd edilən hissələrdə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respbulikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyətli aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyinin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühkaiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarırdı. Mübahisə tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İş materiallarından isə görünür ki, iddiaçı hazırkı mübahisə ilə bağlı 1 təqvim ayı ərzində deyil, iddia müddətinin bitməsindən sonra Quba Rayon Məhkəməsinə müraciət etmiş və iddia müddətinin üzürlü səbəblərdən ötürülməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. “Stanyo Belçikaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx xxxx 2009-cu il tarixli Qərarındakı hüquqi mövqeyinə görə qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Yuxarıda qeyd olunan milli və beynəlxalq qanun normalarının hazırki mübahisəyə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tələb üzrə iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Məhkəmə hesab edir ki, iddia müddətinin keçməsi iddianın rədd edilməsinin əsası kimi qiymətləndirilməlidir. İddiaçı digər tələblərində ADPU-nun Quba Filialının direktoru, Cavabdeh1dan ona vurduğu mənəvi ziyana görə 2000 manatın tutulması və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddənin 1 -ci və 4-cü maddələrinin qəti qadağan etdiyi ayrı-seçkiliklə, qərəzliliklə məhdudlaşdırılmış hüquqlarının, o cümlədən azad iradəsi ilə yeni əmək müqaviləsini bağlamaq hüququnun bərpası barədə qətnamə qəbul edilməsini iddia etsə də, məhkəmə gəldiyi qənaətin əsaslarına uyğun olaraq iddianın digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Belə ki, iddiaçının əsas tələbləri məhkəmədə sübuta yetirilmədiyindən və iddiaçı məhkəməyə bununla bağlı heç bir sübut təqdim etmədiyindən iddiaçının digər tələbləri də ilkin tələblərlə əlaqəli olduğundan məhkəmə həmin tələblərə münasibətdə də iddianın təmin edilməməli olduğunu əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı ADPU-nun Quba Filialının X5 orqanının təqsiri üzündən buraxılmış prosessual müddəti bərpa edilməsi, ona verilməyən ADPU-nun Quba Filialının X5 orqanının müvafiq qərarını (məhkəməyə qədər pretenziya qaydasında fərdi əmək mübahisəsinin həlli ilə tanış olmaq üçün), ADPU-nun Quba Filialının kafedralarının 2019/2020 və 2020/2021-ci dərs ilinin dərs bölgülərini (bağladığı əmək müqaviləsinin tərkib hissəsi olan dərs yükünün bölgüsünü və ayrı-seçkiliyi müəyyənləşdirmək üçün) və keçdiyi mövzuları yazdığı jurnal səhifələrinin surətlərini (kəsilmiş dərs yükünü müəyyənləşdirmək üçün) AR MPM-in 47.2 maddəsinə əsasən tələb edilməsi, pozulmuş hüquqlarının bərpası, AR SM-in 22.8-ci, AR ƏM-in
179. 2 “ç” maddələrinə zidd olaraq 2020-ci ilin yanvar ayından etibarən ondan alınmış 30 saat seminar və imtahan saatlarını, fevral ayında ondan alınmış 30 saat mühazirə saatını və mart-iyun aylarında ondan alınmış rəhbərlik etməli olduğu pedaqoji təcrübənin saatlarının ona qaytarılması, AR Təhsil Nazirliyinin Qrant müsabiqəsində xx.xx.2020 tarixdə qalib gələn öz ixtiraları və səmərələşdirmə təklifləri əsasında hazırladığı “... İnT” layihəsini əsas iş yerindən kənarda - 4 hədəf rayonda tətbiqi işlərində iştirak etməkdə olduğu halda, AR ƏM-in 179-cu maddəsinin 2 ”q” bəndinin iş yerini və orta əmək haqqını saxlamaq tələbinə əməl etməyərək, bu Məcəllənin 73.1 maddəsinə əsasən əmək müqavilənin müddətini uzatmadan və 73.2 maddəsinin tələblərinə əməl etməyərək, işəgötürən ADPU-nun Quba Filialının direktoru, Cavabdeh1 уazdığı xx.xx.2020 tarixli, 106 №-li əmri ləğv etməklə onu işə bərpa edilməsi, cavabdeh işəgötürən - ADPU-nun Quba Filialının direktoru, Cavabdeh1dan ona vurduğu mənəvi ziyana görə 2 min manatın tutulması, AR ƏM-nin 16-cı maddənin 1 -ci və 4-cü maddələrinin qəti qadağan etdiyi ayrı-seçkiliklə, qərəzliliklə məhdudlaşdırılmış hüquqlarının, o cümlədən azad iradəsi ilə yeni əmək müqaviləsini bağlamaq hüququnun bərpası barədə iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə
qət etdi: İddiaçı cavabdehlər ADPU-nun Quba filialının direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Cavabdeh1 və Cavabdeh2nə qarşı “işəgötürən tərəfindən pozulmuş əmək hüquqlarının bərpası” barədə iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rahim Həsənov