Məhkəmə qərarları › İş №2(027)-202/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-202/2021

17.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-202/2021 17.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X12, nümayəndə X2 və Cavabdeh3h Əhməd oğlunun nümayəndəsi və vəkili X13 iştirakları ilə, İddiaçı cavabdehlər Məmmədov Bəylər Ağamməd oğlu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat Notariat baş idarəsinin notariusu Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi, 3-cü şəxs Cavabdeh6nə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsilə məhkəməyə müraciət edərək, Quba regional “ASAN Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu Cavabdeh2 tərəfindən təsdiq edilmiş xx xxxx 2018-ci il tarixli, reyestrdə 4Ə-506 nömrə ilə qeyd edilmiş AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat Notariat Baş İdarəsinin notariusu Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 onun razılığı olmadan əqd bağladıqları üçün dəymiş mənəvi ziyan olaraq, 100000 (yüz min) manat məbləğində pul alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını, cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat Notariat Baş İdarəsinin notariusu Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 əməllərində cinayət tərkibi olduğu üçün barələrində xüsusi qərardad qəbul edilərək Quba rayon prokurorluğuna göndərilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, ünvan 1 ünvanında yaşayan Cavabdeh7 cavabdeh kimi işə cəlb edilməsini; ünvan 1 ünvanında yerləşən 0,09 ha torpaq sahəsi ilə bağlı Cavabdeh3 ilə Cavabdeh7 arasında Qusar rayon Notariat Kontorunda bağlanmış xx xxxxxx 2020-ci il tarixli 4/Ə-1311 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini,Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Cavabdeh7 verilmiş Quba şəhərində yerləşən 0,09 ha torpaq sahəsinə dair xx xxxxxx 2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, **********34 reyestr nömrəli Çıxarışın ləğv edilməsini; onunla Quba Asan Vəkil bürosu arasında bağlanmış hüquqi yardım haqqında müqaviləyə əsasən hüquqi yardımın göstərilməsi ilə bağlı ödədiyi 400 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili X18 iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı xx xxx 1968-ci ildə Sumqayıt şəhərində doğulub. xx xxxx 1986-cı ildə Cavabdeh1 ilə ailə qurub. Sonradan ailə daxili yığdığları pula Quba şəhərində torpaq almaq istəyib. Bu məqsədlə əri Cavabdeh1 hazırkı iş üzrə Cavabdeh4 xx xxxxx 2017-ci il tarixdə Quba şəhərində adına torpaq sahəsi almaq üçün 2 il müddətinə qüvvədə olan etibarnamə vermişdir. Cavabdeh4 Cavabdeh1 Quba şəhəri Dəvədabanı yaşayış massivində münasib qiymətə satılan torpaq sahəsi olmasını bildirib. Əri də həmin torpaq sahəsini almaq üçün Cavabdeh4 4000 (dörd min) manat pul verib və bundan sonra Quba rayon Notariat Kontorunda bağlanmış xx xxxxx 2017-ci il tarixli alqı-safqı müqaviləsinə əsasən B. Məmmədovun adına cavabdeh Məhəmməd X1 Quba şəhərində yerləşən 0,09 ha torpaq sahəsini alıb. Sonra həmin torpaq sahəsinə dair Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış alınıb. Bir neçə müddət bundan əvvəl İddiaçı ərindən həmin torpaq sahəsində ev tikintisinə başlamağı xahiş edib. Lakin həmin torpaq sahəsinə gəldikdə torpaq sahəsinin oların olmadığını öyrənib. O bu barədə cavabdeh əri Cavabdeh1 bildirdikdə əri torpağı heç kimə satmadığını bildirib. Bu məlumatın ətraflı öyrənilməsi üçün vəkil sorğusu ilə müraciət edib. Quba Regional Xidmət mərkəzinin notaiat ofisindən onlara verilmiş məlumatlar əsasında müəyyən olunub ki, əri Cavabdeh1 Cavabdeh4 verdiyi 3 il bundan əvvəlki torpaq sahəsinin alınması barədə həmin etibarnamə əsasında cavabdeh M. Nəcəfov Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın onlarda olmasına və həmin çıxarışın qüvvədə olduğu halda, onlara məxsus torpaq sahəsini Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh3 Quba Regional ASAN xidmət X8 bağlanmış və notarius Cavabdeh2 tərəfindən təsdiq edilmiş xx xxxx 2018-ci il tarixli, AN-İ nömrəli alqı-satqı müqaviləsinə əsasən 4500 manata satıb. Həmin alqı-satqı müqaviləsi notarius Cavabdeh2 tərəfindən təsdiq edilərkən, Cavabdeh1 Ağamməd oğlunun rəsmi nikahda olub-olmamasının, onun arvadının bu müqavilənin bağlanmasına razılığının olub-olmamasını cavabdeh M. Nəcəfovun verdiyi ərizəyə əsasən alqısatqı müqaviləsi təsdiq edilmişdir. Cavabdeh4 Notariat Ofisində verdiyi ərizədə Cavabdeh1 nikah qeydiyyatında olmamasını, subay olduğunu bildirib. Həmin ərizə qanunsuz və əsassızdır. Notarius vəzifə səlahiyyətlərindən istifadə edərək M. Nəcəfovun verdiyi ərizə əsasında alqı-satqı müqaviləsini rəsmiləşdirib və qeyd edib ki, İddiaçı cavabdeh Cavabdeh1 ilə nikahda olduğu halda bu alqı-satqıya razılığını verməyib. Göründüyü kimi, Cavabdeh4 iddiaçının əri Cavabdeh1 adından iddiaçının razılığı alınmadan notarius təsdiqiylə onların ailəsinə məxsus Quba şəhəri ərazisində yerləşən 0,09 ha torpaq sahəsini Cavabdeh3 satıb. Lakin iddiaçının əri cavabdeh Məmmədov X10 Nəcəfova etibarnamə verərkən torpaq sahəsini almaq məqsədi güdüb, torpaq sahəsini satmaq məqsədi olmayıb. Lakin Cavabdeh1 torpaq sahəsini almaq üçün ona verilmiş etibarnamədən sui istifadə edərək həmin torpaq sahəsini satıb. Cavabdeh3 Cavabdeh1 ailəli olmasını, faktiki olaraq onunla nikahda olmasını bildiyi halda, həmin torpaq sahəsinə dair alqı- satqı müqaviləsini imzalamış və torpaq sahəsini almışdır. Göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanında yaşayan Cavabdeh7 cavabdeh kimi işə cəlb edilməsini; ünvan 1 ünvanında yerləşən 0,09 ha torpaq sahəsi ilə bağlı Cavabdeh3 ilə Cavabdeh7 arasında Qusar rayon Notariat Kontorunda bağlanmış xx xxxxxx 2020-ci il tarixli 4/Ə-1311 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini; Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Cavabdeh7 verilmiş Quba şəhərində yerləşən 0,09 ha torpaq sahəsinə dair xx xxxxxx 2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli. **********34 reyestr nömrəli Çıxarışın ləğv edilməsini; onunla Quba Asan Vəkil bürosu arasında bağlanmış hüquqi yardım haqqında müqaviləyə əsasən hüquqi yardımın göstərilməsi ilə bağlı ödədiyi 400 manat məbləğində pulun cavabdehlərdən alınaraq, İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə İddiaçı nümayəndəsi X6 iddianı müdafiə edərək, bildirdi ki, Cavabdeh3 C. Məmmədova tərəfindən ona qarşı verilən iddianı qəbul etmir, guya elektron sistemdə subay kimi görünmüş və ona görə də Məmmədov X10 Nəcəfova verdiyi etibarnamə əsasında, nümayəndəsilə şifahi razılığ əsasında alqı-satqı müqaviləsini həyata keçirib. Qeyd edib ki, İddiaçı Cavabdeh1 ilə rəsmi nikahdadır, rəsmi nikah qeydini məhkəməyə təqdib ediblər və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə Cavabdeh3h Əhməd oğlunun nümayəndəsi və vəkili X19 iddianı qəbul etməyərək bildirdi ki, Cavabdeh1 Cavabdeh4 verdiyi etibarnamə tək topaq almaq üçün deyil, alqısatqı üçün verilib. Notariusda alqı satqı düzgün qaydada aparılıb. Həmçinin iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim etmiş və ərizədə göstərmişdir ki, məhkəmənin icraatında olan İddiaçı təmsil etdiyi Cavabdeh3 və qeyrilərinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair 2(027)-1753/2020 № li mülki iş üzrə iddia ərizəsi və iş üzrə iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi iddiaçı məhkəmədən məhz xx xxxx 2018-ci il tarixli, AN- İ saylı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. İddia ərizəsi isə məhkəməyə müqavilənin bağlandığı tarixdən 2 il sonra, yəni 2020-ci ildə təqdim edilmişdir. İddia ərizəsində isə iddia müddətinin hansı səbəbdən ötürüldüyü əsaslandırılmamış, yalnız “lakin biz həmin torpaq sahəsinə gəldikdə həmin torpaq sahəsinin bizim olmadığını öyrəndik” şəklində qeyri-müəyyən bir ifadə işlədilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin iddia müddətlərini müəyyən edən 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354-cü maddəsində isə göstərilir. 354.1-ci maddəəhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Yuxanda qeyd edildiyi kimi, hazırkı halda tərəflər arasında məhkəmə mübahisəsinin yaranmasının əsasını Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi təşkil edir. Bu səbəbdən də iddiaçının tələbinin yaranma əsası etibarsız hesab etdiyi müqaviləyə əsaslandığından hazırkı iddia tələbinə münasibətdə müqavilənin bağlandığı tarixdən etibarən 1 illik iddia müddəti tətbiq edilməlidir. O da mütləq olaraq qeyd edilməlidir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə baxmayaraq, qoyulmuş iddia tələbləri də tamamilə əsassızdır və iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir.Əlavə olaraq iddia müddətinin tədbiq edilməsi barədə ərizəni məhkəməyə təqdim etdi. Göstərilənləri nəzərə alaraq, iddia müddətini tətbiq edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işə cəlb olunan Cavabdeh7 məhkəmədə iştirakı zamanı bildirib ki, o, xx xxxxxx 1956-cı ildə ünvan 2 ünvanda qeydiyatdadır, təqaüdçüdür. Sözü gedən torpağı Cavabdeh3 alıb və Qusar Notariat kontorunda alqı-satqı müqavıləsi bağlayıblar. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehlər Cavabdeh1 Cavabdeh4, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat Notariat baş idarəsinin notariusu, ƏMDK DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi və 3-cü şəxs Cavabdeh6 nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili X14, nümayəndəsi X4 və Cavabdeh3h Əhməd oğlunun nümayəndəsi və vəkili X16 dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı məxsus AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, o, ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İV-ЖГ308774 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.1986-cı il tarixdə nikah bağlanmış və 648 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Quba şəhərində yerləşən RX seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********34, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il olan Çıxarış 0,09 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 oğluna verilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli AN-İ0677378 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh1 Quba şəhərində yerləşən ona məxsus reyestr nömrəsi **********34, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il olan Çıxarışa əsasən 0.09 ha torpaq sahəsini alıcı Cavabdeh3h Əhməd oğluna 4500 manata satıb. İş materiallarında olan reyestr nömrəsi **********34, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarışın surətindən görünür ki, 0,09 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh7 verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 17 saylı notariat ofisinin notariusunun xx.xx.2021-ci il tarixli 65 nömrəli məktubundan görünür ki, vətəndaş Cavabdeh1 mülkiyyətində olan Quba şəhərində yerləşən 0.09 ha torpaq sahəsinə dair xx.xx.2018ci il tarixdə reyestrdə 4-Ə-506 nömrə ilə qeydiyyatdan keçərək rəsmləşdirilmiş, Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi üzrə satıcı Cavabdeh1 Vətəndaşlığ Vəziyyəti barədə X3 məlumat bölməsində müvafiq axtarış aparılarkən mülkiyyətçinin nikah haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə müvafiq olaraq, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 354.1-ci maddəsində göstərilir ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər Göründüyü kimi iddiaçı iddia tələbi irəli sürmək üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini keçirmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı əri Cavabdeh1 Cavabdeh4 xx xxxxx 2017-ci il tarixdə 2 il müddətinə qüvvədə olan etibarnamə vermiş və Quba şəhərində yerləşən 0.09 ha torpaq sahəsi həmin etibarnamə əsasında Cavabdeh1 adına rəsmiləşdirilərək Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin **********34, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il olan Çıxarış verilmişdir. Həmçinin həmin etibarnamə əsasında Cavabdeh1 adına olan 0.09 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixdə AN-İ ******* saylı alqı-satqı müqaviləsi ilə Cavabdeh3h Əhməd oğluna satılmışdır. Şərh edilənləri əsas tutaraq, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Ağamməd oğlu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat Notariat baş idarəsinin notariusu Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi, 3-cü şəxs Cavabdeh6nə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası müəyyən olunmuş iddia müddəti keçdikdən sonra məhkəməyə verildiyi üçün, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən iddia müddəti tədbiq edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MM-nin 373, 375-ci və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Məmmədov Bəylər Ağamməd oğlu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat Notariat Baş idarəsinin notariusu Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi, 3-cü şəxs Cavabdeh6nə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar