Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2029/2021 22.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçılar X5 və İddiaçı2 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin bölünməsi və payın naturada ayrılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar X5 və İddiaçı2 Cavabdeh qarşı DƏDRX-nm Xaçmaz Ərazi İdarəsinin 20.08.2021ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin X5, İddiaçı2 və Cavabdeh aralarında bərabər paylarla bölünməsi və payların naturada ayrılması, paylarına hər birinin mülkiyyət hüquqlarının qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X5 ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə payın naturada ayrılması hissəsini baxılmamış saxlayıb, qalan hissənin mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı X5 ərizəni müdafiə edərək, mülki iş üzrə payın naturada ayrılması hissəsini baxılmamış saxlayıb, qalan hissənin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı X5 iddia tələbini onunla əsaslandırmışdır ki, DƏDRX-nın Xaçmaz Ərazi İdarəsinin 20.08.2021-ci il qeydiyyat tarixli tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Quba rayonu, 1ci Nügədi kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi X6, Cavabdeh və İddiaçı2 mülkiyyətindədir. Cavabdeh ilə paylı mülkiyyətçisi olduğu torpaq sahəsinin bölünməsi və paylarının naturada ayrılması ilə bağlı razılıq əldə edə bilmir. Bununla bağlı ona göndərilən yazılı təklifə də cavab verilməmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh qarşı DƏDRX-nm Xaçmaz Ərazi İdarəsinin 20.08.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin X5, İddiaçı2 və Cavabdeh aralarında bərabər paylarla bölünməsi və paylarına hər birinin mülkiyyət hüquqlarının qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəməyə etiraz ərizəsilə müraciət edərək, ərizədə göstərmişdi ki, iddiaçılar bundan əvvəl ona 0,08 ha həyətyanı torpaq sahəsinin paylı mülkiyyətçilər Cavabdeh, X6 və İddiaçı2 paylı mülkiyyətçilər arasında bərabər paylarla bölünməsi və payların naturada ayrılması, payların hər birinin mülkiyyət hüquqlarının qeydə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.İş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-315/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilməmişdir. İddiaçılar həmin qətnamədən apelyasiya şikayəti vermiş, həmin 2(105)-1777/2021 saylı iş Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Səyyad Qafarinin icraatındadır. İş üzrə məhkəmə texniki və torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Beləliklə göründüyü kimi iddiaçıların ilkin verdiyi iddia üzrə iş yekunlaşmayana kimi hazırkı iş üzrə məhkəmə iclaslarının keçirilməsi qanunsuzdur. İddiaçıların verdiyi iddia üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin icraatında olan 2(105)-1777/2021 saylı iş üzrə icraat yekunlaşıb qətnamə qanuni qüvvəyə minənə kimi hazırkı iş üzrə icraatın aparılması yolverməzdir və iş üzrə icraat dayandırılmalıdır. Bunda əlavə iddiaçı X6 onunla rəsmi nikaha daxil olmuş, həmin nikahdan Həzrət adlı uşağı doğulmuşdur. Sonradan məhkəmənin qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. Bundan sonra iddiaçı X6 ona və atasına qarşı iddia tələbləri ilə məhkəməyə müraciət etmiş, ondan və atasından pul almış və heç bir tələbinin olmamasına dair akt tərtib edilmişdir. İddiaçının nə birinci iddia ilə məhkəməyə müraciət etdiyi torpaq sahəsi və nə hazırkı iddia ilə məhkəməyə müraciət etdiyi bölünməsini xahiş etdiyi torpaq sahəsi ümumiyyətlə nə iddiaçının nə də onun istifadəsində olmamışdır. Hazırda da həmin torpaq sahəsi ilə onun heç bir bağlılığı yoxdur. Hazırkı iddianın ona heç bir aidiyyatı yoxdur. İddiaçılar torpaq sahəsinin bölünməsini istəyirlərsə torpaq sahəsi kimin istifadəsindədirsə ona qarşı tələb irəli sürə bilərlər. İddiaçı ilə aralarında olan nikah uzun illərdir pozulmasına baxmayaraq iddiaçı ona qarşı qisas məqsədilə əsassız iddialar qaldırmaqla məşğuldur. O,iddiaçılara torpaq verən şəxs deyil, qeyd edirə ki, bu işdə o cavabdeh olmalı deyil. Çünki torpaq sahəsi onun istifadəsində deyil. Cavabdeh iddiaçının iddia tələbinin əsassız olduğunu nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı2 və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı X4 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın ********** qeydiyyat nömrəli, 20.08.2021-ci il tarixli Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Quba rayonu İ Nügədi kəndində yerləşən yaşayış məntəqələrinin torpaqlarından 0,08 ha torpaq sahəsi Quba rayonu X5, Cavabdeh və İddiaçı2 ümumi birgə mülkiyyət hüququ ilə məxsusdur. İş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 Quba rayonu İ Nügədi kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X1 rayonu İ Nügədi kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, 20.08.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Cavabdeh, X5 və İddiaçı2 ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi bərabər paylara bölünsün və həmin torpaq sahəsinə 1/3 hissədə X3, 1/3 hissədə İddiaçı2 oğlunun və 1/3 hissədə Cavabdeh payı müəyyən edilməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi İddia qismən təmin edilsin. 20.08.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Cavabdeh, X5 və İddiaçı2 ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi bərabər paylara bölünsün və həmin torpaq sahəsinə 1/3 hissədə X3, 1/3 hissədə İddiaçı2 oğlunun və 1/3 hissədə Cavabdeh payı müəyyən edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2029/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2029/2021
22.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver