Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2031/2021 28.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddaçı İddiaçı-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Hacızadeh Fard (Məlikova) Simnarə Bəxti qızına qarşı “evdən çıxarılma, evin boşaldılması və istifadə hüququnun itirilməsi” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Hacızadeh Fard (Məlikova) Simnarə Bəxti qızının Daşınmaz Əmlakın Dövlət Reyestrində 2 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınan Seriya RX ******* nömrəli çıxarışa əsasən Quba rayonu, Vladimirovka kəndində 0.16 ha torpaq sahəsi ölçüsü olan, xüsusi mülkiyyət növü olan, ümumi sahəsi 172.2 kv.m-dən ibarət fərdi yaşayış evi üzrə istifadə hüquqların itirilməsi və həmin əmlakın boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 16 avqust 2012-ci il tarixdən başlayaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən, Daşınmaz Əmlak Dövlət Reyestrində 2 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alman Seriya RX ******* nömrəli çıxarışa əsasən, Quba rayonu, Vladimirovka kəndində 0.16 ha torpaq sahəsi ölçüsü olan, xüsusi mülkiyyət növü olan, ümumi sahəsi 172.2 kv. metrdən ibarət fərdi yaşayış evi İddiaçı-yə məxsusdur. Lakin həmin daşınmaz əmlak 2012-ci il tarixdən İddiaçı-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, X7, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4 və Hacızadeh Fard (Məlikova) Simnarə Bəxti qızı hal-hazıradək həmin fərdi yaşayış evin qeydiyyatdadırlar və həmin əmlak hal-hazıradək boşaldılmamışdır. Məhkəmə iclasında İddiaçı–nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Hacızadeh Fard (Məlikova) Simnarə Bəxti qızı məhkəmə iclasına gəlməmiş və gəlməməylərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazım qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materallarında olan Quba RİHB-nın Vladimirovka İƏD üzrə nümayəndəsinin 30.12.2020-ci il tarixli, 1458 №li arayışından görünür ki, Quba rayonu, Vladimirovka kəndində yerləşən 0.16 ha torpaq sahəsi ölçüsü olan, xüsusi mülkiyyət növü olan, ümumi sahəsi 172.2 kv.m-dən ibarət fərdi yaşayış evində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Hacızadeh Fard (Məlikova) Simnarə Bəxti qızı qeydiyyatdadır. Mülki işin materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li, Reyestr nömrəsi **********73-10301, qeydiyyat nömrəsi **********, 16.08.2012-ci il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Vladimirovka kəndində 0.16 ha torpaq sahəsi ölçüsü olan, xüsusi mülkiyyət növü olan, ümumi sahəsi 172.2 kv.m-dən ibarət fərdi yaşayış evinə tam mülkiyyət hüququ əsasında İddiaçı-in adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Quba rayon Məhkəməsinin 10.03.2009-cu il tarixli, 2(027)- 248/2009 saylı qətnaməsi ilə, girov qoyulmuş X6 məxsus olan Quba rayonu, Vladimirovka kəndində yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyularaq satılması və satışdan əldə edilən puldan X5 10.03.2009-cu il tarixdə İddiaçı QBKT-na olan cəmi 16037,09 ABŞ dolları məbləğində əsas kredit borcu və cərimələri ödənilməsi qərara alınmışdır. İş materiallarında olan DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Hacızadeh Fard (Məlikova) X8 rayonu, Vladimirovka kəndində qeydiyyatdadırlar . Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Quba rayon Məhkəməsinin 10.03.2009-cu il tarixli, 2(027)-248/2009 saylı qətnaməsi ilə, ipoteka qoyulmuş X6 məxsus olan Quba rayonu, Vladimirovka kəndində yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyularaq satılması və satışdan əldə edilən puldan X5 10.03.2009-cu il tarixdə İddiaçı QBKT-na olan cəmi 16037,09 ABŞ dolları məbləğində əsas kredit borcu və cərimələri ödənilməsi qərara alınmışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li, Reyestr nömrəsi **********73-10301, qeydiyyat nömrəsi **********, 16.08.2012-ci il tarixli Çıxarışa əsasən, Quba rayonu, Vladimirovka kəndində yerləşən 0.16 ha torpaq sahəsi ölçüsü olan, xüsusi mülkiyyət növü olan, ümumi sahəsi 172.2 kv.m-dən ibarət fərdi yaşayış evinə tam mülkiyyət hüququ əsasında İddiaçı-in adına dövlət qeydiyyatına alınmasına baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Hacızadeh Fard (Məlikova) Simnarə Bəxti qızı hələdə həmin evdə qeydiyyatda olduğları və hal-hazıradək həmin ünvanda yaşadığları, yaşayış sahəsini tərk etmədikləri və hazırda da həmin evdə qanuni əsaslar olmadan yaşamaqla, mülkiyyətçinin bu mənzilə olan mülkiyyət hüquqlarını pozulması müəyyən olunmuşdur. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: bu Məcəllənin 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya bu Məcəllənin 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasından görünür ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etməsi üçün 3 dispozitiv şərtin olması vacibdir:1) şəxsin həmin əmlaka mülkiyyət hüququ olmalı;2) həmin əmlak başqasının sahibliyində, həmçinin istifadəsində olmalı; 3) başqasının həmin əmlaka sahibliyi və istifadəsi qeyri-qanuni olmalıdır. İşdəki sübutlardan görünür ki, Quba rayonu, Vladimirovka kəndində yerləşən 0.16 ha torpaq sahəsi ölçüsü olan, xüsusi mülkiyyət növü olan, ümumi sahəsi 172.2 kv.m-dən ibarət fərdi yaşayış evi İddiaçı-nin xüsusi mülkiyyətindədir və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Hacızadeh Fard (Məlikova) Simnarə Bəxti qızı mülkiyyətçi olmadan, mülkiyyətçi ilə icarə və kirayə müqaviləsi bağlamadan, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslar olmadan həmin evdə yaşamaqla, ondan istifadə edirlər. Cavabdehlər heç bir hüquqi əsas olmadan sözügedən evdə yaşamaqla, həmin evdən qanunsuz istifadə edir və evə qanunsuz sahiblik edirlər. Cavabdehlər, iddiaçının mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində yerləşən 0.16 ha torpaq sahəsi ölçüsü olan, xüsusi mülkiyyət növü olan, ümumi sahəsi 172.2 kv.m-dən ibarət fərdi yaşayış evində heç bir hüquqi əsas olmadan yaşayırlar. Cavabdehlər heç bir hüquqi əsas olmadan sözügedən evdə yaşamaqla, həmin evdən qanunsuz istifadə edir və evə qanunsuz sahiblik edirlər. Cavabdehlərin, iddiaçının mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində yerləşən 0.16 ha torpaq sahəsi ölçüsü olan, xüsusi mülkiyyət növü olan, ümumi sahəsi 172.2 kv.m-dən ibarət fərdi yaşayış evində heç bir hüquqi əsas olmadan yaşamaları, iddiaçının həmin evə sahiblik, istifadə və sərəncam hüquqlarından ibarət mülkiyyət hüquqlarının əsassız məhdudlaşdırılması o deməkdir ki, bu da mülkiyyət hüquqlarının müdafiəsinə təminat verən qanun normalarının kobud pozuntusu olmaqla, yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.1-ci maddəsinə əsasən Mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa və ya məhkəmə qərarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri- tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə görə müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmanın əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Yuxarıda göstərilən qanun normalarına istinad edərək, məhkəmə hesab edir ki, ipoteka predmeti olmuş Quba rayonu, Vladimirovka kəndində yerləşən 0.16 ha torpaq sahəsi ölçüsü olan, xüsusi mülkiyyət növü olan, ümumi sahəsi 172.2 kv.m-dən ibarət fərdi yaşayış evinə tutma yönəldilərək, həmin ev satıldığından, eyni zamanda sözügedən evə İddiaçı-nin mülkiyyət hüququ olduğundan və cavabdehlər hazırda heç bir hüquqi əsas olmadan həmin evə qanunsuz sahiblik edib, evdən istifadə etdiklərindən və bununla da iddiaçının mülkiyyət hüquqlarını pozduqlarından, Quba rayonu, Vladimirovka kəndində yerləşən 0.16 ha torpaq sahəsi ölçüsü olan, xüsusi mülkiyyət növü olan, ümumi sahəsi 172.2 kv.m-dən ibarət fərdi yaşayış evində yaşayan cavabdehlərin həmin evə istifadə hüquqlarına xitam verilməli, ev boşaldılmalı və iddiaçının sözügedən evə pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır. İş üzrə cavabdehlər Quba rayonu, Vladimirovka kəndində yerləşən 0.16 ha torpaq sahəsi ölçüsü olan, xüsusi mülkiyyət növü olan, ümumi sahəsi 172.2 kv.m-dən ibarət fərdi yaşayış evindən qanuni əsaslarla istifadə etmələrini, həmin evin onların qanuni sahiblik və istifadəsində olmalarını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddia tələbinə etirazı əsaslandırdığı halları sübut edə bilməmişlər. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinə etirazı əsaslandıran halları sübut etmə vəzifəsi cavabdehlərin üzərinə düşür. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Hacızadeh Fard (Məlikova) Simnarə Bəxti qızı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li, Reyestr nömrəsi **********73-10301, qeydiyyat nömrəsi **********, 16.08.2012-ci il tarixli Çıxarışa əsasən İddiaçı-nin xüsusi mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində yerləşən 0.16 ha torpaq sahəsi ölçüsü olan, xüsusi mülkiyyət növü olan, ümumi sahəsi 172.2 kv.m-dən ibarət fərdi yaşayış evi üzrə istifadə hüquqlarına xitam verilməli və həmin əmlakın boşaldılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, qət e t d i: İddia təmin edilsin; Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Hacızadeh Fard (Məlikova) Simnarə Bəxti qızı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li, Reyestr nömrəsi **********73-10301, qeydiyyat nömrəsi **********, 16.08.2012-ci il tarixli Çıxarışa əsasən İddiaçı-nin xüsusi mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində yerləşən 0.16 ha torpaq sahəsi ölçüsü olan, xüsusi mülkiyyət növü olan, ümumi sahəsi 172.2 kv.m-dən ibarət fərdi yaşayış evi üzrə istifadə hüquqlarına xitam verilsin və həmin əmlak boşaldılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2031/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2031/2021
28.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver