Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2032/2021 15.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmirasıan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqaviləsiz qoşulmuş xətlərin ayrılması və maddi ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus transformatordan aldığı elektrik xəttinin kənarlaşdırılması və onun qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 500 (beş yüz) manat ziayanın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onula əsaslandırmışdır ki, Quba şəhəri, 22-ci məhəllədə onun mülkiyyətində 160 kva 6/04-lıq gücündə olan transformator vardır, həmin transformatorla öz mülkiyyətində olan obyekti elektrik enerjisi ilə təmin etmək üçün istifadə edir. Həmin transformator xəttinə heç bir müqavilə və onun icazəsi olmadan qoşularaq Quba şəhəri 22-ci məhəllə ərazisində yerləşən telefon mağazasını elektrik enerjisi ilə təmin etməklə istifadə edir. Belə ki, Cavabdeh özünə məxsus obyektin təyinatında dəyişiklik edərək əlavə avadanlıqlar quraşdıraraq transformatorun artıq yüklənməsinə səbəb olaraq transformatorun qoruyucularının yanmasına transformatorun sıradan çıxmasına gətirib çıxarmış, ona külli miqdarda ziyan dəymişdir. O, Cavabdeh dəfələrlə xəbərdarlıq edərək başqa mənbədən enerji alıb istifadə etməyi bildirsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək ona məxsus transformatordan gedən xətti ayırmaqdan boyun qaçırmışdır, bu barədə ona edilmiş rəsmi xəbərdarlıqlar da mövcuddur. Cavabdeh və qeyrilərinin bu hərəkətləri nəticəsində transformator sıradan çıxmış, təmirinə 3500 manat pul xərcləyib. Cavabdeh payına 500 manat düşür, həmin pulu ondan tələb edir. O, X4 Şöbəsinə müraciət edərək şəxsi mülkiyyətində olan transformatora qanunsuz qoşulmuş xətləri ayırmağı tələb etsə də, onlar onun tələbini təmin etməmişlər, ona görə də məhkəməyə müraciət etməli olub. İddia ərizəsinə əlavə etdiyi Energetika Nazirliyi Enerji X1 Xaçmaz filialı əməkdaşları tərəfindən tərtib edilmiş 09 avqust 2021-ci il tarixli Aktdan aşkar olur ki, Cavabdeh qanunsuz olaraq ona məxsus transformatora qoşularaq öz obyektini enerji ilə təmin etməsi bildirilmiş, o, akta şəxsən imza etmişdir. İddia ərizəsinə əlavə edilmiş 20.08.2021-ci il tarixli xəbərdarlıq məktubundan aşkar olur ki, o Cavabdeh rəsmi qaydada xəbərdar edərək ona məxsus transformatordan enerji almaması və başqa mənbəyə qoşulmasını təklif etmişdir. İddia ərizəsinə əlavə etdiyi 12 iyul 2020-ci il tarixli müqavilədən aşkar olur ki, o "xxxx" ASC ilə elektrik enerjisi ilə bağlı müqavilə bağlamışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh ona məxsus transformatordan aldığı elektrik xəttinin kənarlaşdırılması və onun qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 500 (beş yüz) manat ziayanın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş və bu barədə heç bir üzrlü səbəb məhkəməyə təqdim etməmişdir. Məhkəmə işə Azərbayan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdeh Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, işdə olan sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğu üçün, qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji X1 Xaçmaz filialı əməkdaşları tərəfindən tərtib edilmiş 09 avqust 2021-ci il tarixli Aktdan məlum olur ki, Cavabdeh qanunsuz olaraq İddiaçı məxsus ******* nömrəli 160 kVA transformatora qoşularaq özünə məxsus obyektini enerji ilə təmin etməsi qeyd edilib İş materiallarında olan 22.07.2020-ci il tarixli, 076635 saylı müqavilədən görünür ki, “Elektrik enerlisindən istifadə qaydaları”na əsasən Enerji təchizatı müəssisəsilə "xxxx" ASC ilə qeyri-istehsal müəssisəsi, ticarət, içtimai iaşə digər növ xidmət müəssisəsi (bundan sonra-abonent) “Əfsanə” maqaza abonent adından İddiaçı arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi bağlanmışdır. İş materialında olan 19.07.2019-cu il tarixli, 000873/19 saylı xidmət göstərilməsinə dair müqavilədən görünür ki, həmin müqaviləyə əsasən “Sifarişci” İddiaçı tapşırığı ilə “İcraçı” "xxxx" ASC 160 kVA transformatorun sınağı, transformatorun KTM-də quraşdırılması, torpaqlama konturuna nəzərən elektrik avadanlığlarının müqavimətinin ölçülməsi, elektrik verilişi xətlərinin FQQ-nin tələblərinə uyğun səliqəyə salınması üzrə göstərilən işlərin görülməsini öz öhdəsinə götürür. İş materialında olan Quba şəhəri Bazar ərazisində yerləşən İddiaçı məxsus obyektin elektrik şəbəkələrinə və avadanlığlarına texniki xidmətin göstərilməsi barədə qiymətlərinin razılaşdırması barədə tərtib edilmiş protokoldan görünür ki, müqavilədə qeyd olunan işlərin icrası zamanı istifadə olunacaq mal və materiallar sifarişçi-İddiaçı tərəfindən təmin olunmalıdır. İş materialında olan Quba şəhəri Bazar ərazisində yerləşən İddiaçı məxsus obyektin elektrik şəbəkələrinə və avadanlığlarına texniki xidmətin göstərilməsi barədə 30.04.2019-cu il tarixli Smetadan məlum olur ki, 160 kVA transformatorun sınağı və quraşdırılması barədə görüləcək işlər, avadanlıq və mal-materiallar miqdarı və dəyəri müəyyən olunmuşdur. İş materiallarında olan 20.08.2021-ci il tarixli xəbərdarlıq məktubundan məlum olur ki, İddiaçı Cavabdeh rəsmi qaydada xəbərdar edərək, onun mülkiyyətində olan 160 kVA 604 kv-lıq transformatordan kənarlaşması və başqa mənbəyə qoşulması barədə Şimal RETSİ Quba Elektrik şəbəkəsinə müraciət edilməsi xahiş olunmuş, əks halda ona dəymiş ziyanın ödənilməsi ilə bağlı Quba Rayon Məhkəməsinə iddia qaldıralacağı qeyd edilmişdir. İş materiallarında olan Quba RİNB-nın Quba şəhər İƏD-si üzrə nümayəndəliyinin 07.09.2021-ci il 2509 nömrəli arayışından və şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı Quba şəhəri, 22-ci məhəllə ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmədə iddiaçı iddiasının dəymiş zərər hissəsində sübut edə bilməsdi və o barədə sübutları məhkəməyə təqdim etmədi. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki İddiaçı Cavabdeh qarşı iddia tələbi ona məxsus transformatordan aldığı elektrik xəttinin kənarlaşdırılması hissəsində əsaslı olduğu üçün həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı məxsus Quba şəhəri, 22-ci məhəllədə yerləşən elektrik transformatorundan Cavabdeh məxsus olan elektrik xətti kənarlaşdırılsın. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2032/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2032/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver