Məhkəmə qərarları › İş №2(027)-2048/2020

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2048/2020

12.11.2020 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2048/2020 12.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı “alğı-satqı müqaviləsinin bağlanması” tələbinə dair mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı “alğı-satqı müqaviləsinin bağlanması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə məhkəmədə baxılmağa hazırlanarkən müəyyən olunmuşdur ki, iş üzrə Cavabdeh İstehsalat Birliyinin ünvanı Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi, 23-dür. Məhkəmə iddia ərizəsini və mülki işi nəzərdən keçirərək, hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi geri qaytarılır. Göstərilənlərə əsasən İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı “alğı-satqı müqaviləsinin bağlanması” tələbinə dair iddia ərizəsi aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsində baxılmalı olduğundan geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 152, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı “alğ ı-satqı müqaviləsinin bağlanması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət etmək hüququ izah olunsun. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar