Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2053/2020 09.12.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X25 oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X1 iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı qohumluq faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, X9 onun, yəni Ərizəçi atası olmaqla qohumluq münasibətində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o X5 və anası X10 1949-cu ilin əvvəllərində el-adəti üzrə ailə qurmuşlar. Ailə qurarkən nikahlarını rəsmi qeyd etdirməmişlər. Birgə yaşadıqları müddətdə o, xx xxxxxx 1959-cu il tarixdə Quba rayonu, Digah kəndində doğulmuşdur. Ona doğum haqqında şəhadətnamə alınarkən valideynləri arasında rəsmi nikah olmadığından, onun doğum haqqında şəhadətnaməmdə soyadı anasının qızlıq soyadı olan Atluxanova, adı Mahirə, atasının adı Nəbi qeyd olunmuşdur. Ana qrafasında anası X10 yazılmış, ata qrafası isə valideynlərinin nikahı olmadığından boş saxlanılmışdır. Bu səbəbdən də şəxsiyyət vəsiqəsində soyadı Atluxanova qeyd olunmuşdur. Sonradan valideynləri X16 və X10 xx xxx 1962-ci il tarixdə nikahları rəsmi qeyd etdirmişlər və anası Ağakişiyeva soyadını qəbul etmişdir. X5 xx xxxx 2006-cı il tarixdə, anası X8 xx xxxxxxx 2008-ci il tarixdə vəfat etmişlər. Onlar ölənə kimi o, onlarla yaşamış və onlara yaşlı olduqları zaman baxaraq qulluq göstərmişdir. O, X5nun doğma qızı olaraq, onun həmişə ona qarşı münasibəti doğma və mehriban olmuşdur, atası Nəbi və anası Güllər ölənə kimi bir ailədə yaşamışlar və təsərrüfatı birgə idarə etmişlər. Hətta torpaq islahatı gedişi zamanı atası Nəbiyə, anası Güllərə və ona bir yerdə bir Dövlət Aktı ilə torpaq verilmişdir. Həmin Dövlət Aktında onun soyadı da atasının soyadı ilə yazılmışdır. Bacı və qardaşlarının doğum haqqında şəhadətnamələrində soyadları atalarının soyadı olan Ağakişiyev soyadı ilə qeyd olunmuşdur. Hazırda vərəsəlik məsələsini həll etdirmək istəyirlər. Lakin onun soyadı anasının qızlıq soyadı olan Atluxanova soyadı ilə qeyd edildiyindən vərəsəliyi həll etdirə bilmir. Bunun üçün X5nun onun atası olmasına dair qohumluq faktının məhkəmə qaydasında müəyyən olunması tələb olunur. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili X2 ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 izahat verərək, Ərizəçi onun doğma bacısı olduğunu qeyd edərək ərizəçinin ərizəsində qeyd etdiklərini təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli arayışından və şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu ildə doğulmuşdur. Anası – X10 olaraq qeyd edilmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X10 arasında xx.xx.1962-ci il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra X7 “Ağakişiyeva” soyadı verilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X18 xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. Anası – X8 olaraq qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X17 xx.xx.1951-ci il tarixdə anadan olmuşdur. Anası – X8 olaraq qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X22 xx.xx.1953-cü il tarixdə anadan olmuşdur. Anası – X8 olaraq qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ağakişiyeva Güllər Ziyadxan qızı xx.xx.2008-ci il tarixdə Quba rayonu, Digah kəndində vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2006-cı il tarixdə Quba rayonu, Digah kəndində vəfat etmişdir. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, X11, X3 və X12 Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 08 nömrəli qərarı ilə JN:0062, KOD 30307038 saylı Dövlət Aktı tərtib edilərək 1,99 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Quba rayon Xucbala İƏD üzrə nümayəndəliyin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, J Torpağa Mülkiyyət Hüququna dair N:0062, KOD 30307038 saylı Dövlət Aktında texniki səhv olaraq X8 əvəzinə səhvən X15, Ərizəçi əvəzinə səhvən X6 qeyd edilmişdir. X8 ilə X15, Ərizəçi ilə X19 eyni şəxslərdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx.xx.2006-cı il tarixdə ölmüş X16 Ərizəçi atasıdır. Ərizəçi anası X8 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan sənədlərə nəzər saldıqda görünür ki, Ərizəçi X5, anası isə X4r. Eyni zamanda işdə olan sənədlərdən görünür ki, valideynləri rəsmi nikahı olmasına baxmayaraq, Ərizəçi doğum haqqında şəhadətnaməsində yalnışlıqla anasının qızlıq soyadı olan “Atluxanova” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçi xx.xx.2006-cı ildə ölmüş X9 Ərizəçi atası olmaqla qohumluq münasibətində olması faktı iş materialları ilə təsdiq olunduğu üçün, ərizə əsaslıdır və təmin olunmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2006-cı ildə ölmüş X9 Ərizəçi atası olmaqla qohumluq münasibətində olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2053/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2053/2020
09.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver