Məhkəmə qərarları › İş №2(027)-2058/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2058/2022

18.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2058/2022 18.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı evə istifadə hüququnun tanınması və evə köçürmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə yaşadığı Quba rayonu, Zizik kəndində yerləşən evdə istifadə hüququnu müəyyən etməklə onun və iki azyaşlı övladlarının həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə 2003-cü il tarixdə rəsmi nilaha daxil olaraq ailə qurmuşdur. O, Cavabdeh ilə hal-hazırda ayrı yaşayırlar. Nikaha daxil olduğu gündən Cavabdeh oglu ilə birgə təsərrüfatlarında olan Quba rayonu, Zizik kəndində yerləşən fərdi evdə yaşamışdır. Həmin evi birgə nikah zamanı bir yerdə əldə etmişlər. Onun cehiz-əmlakları Quba rayonu, Zizik kəndində yerləşən birgə əldə etdikləri evdədir. Evin sənədləri olmadığı üçün məhəkəməyə müraciət edərək ½ hissəyə böldürə bilmir. Özü də kirayədə yaşayır. İki uşaqla kirayədə yaşamaq onun üçün çox çətindir. Ondan əlavədə həmin evi onlar birgə nikah zamanı bir yerdə əldə edərək istifadə etmişlər. xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X13 anadan olmuşdur. Cavabdeh ona və uşaqlarına qayğı göstərmir. Cavabdeh evdən onu iki azyaşlı uşağı ilə çıxarmış və o, dəfələrlə qayıtmaq istəsə də, həmin evə buraxmamışdır. Valideynlərinə məxsus olan ev darısqal olduğundan orada yaşaya bilmir. Ona görə də kirayədə yaşamaq məcburiyyətində qalır. İş yeri olmadığı üçün kirayədə qalmaq onun üçün az yaşlı uşaqlarla çətndir. Hal-hazırda kirayədə yaşayır. Kirayədə azyaşlı uşaqla qalmaq, həmçinin uşaqları evdə tək qoyub işləmək ona çətin olur. Bundan sonar onun ev almağa və yaxud kirayə ev tutub yaşamağa maddi imkanı yoxdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, göstərmişdir ki, o, İddiaçı ilə 2004-cü il tarixdə rəsmi olaraq ailə qurmuşdur. İddiaçı ilə 7 il birgə yaşamışlar. Sonra bir müddət iddiaçının bacısıgildə yaşamış, problemlər yarandığndan sonra dayısıgildə və valideynlərinin evində yaşamışlar. Qardaşı torpaq sahəsi almışdır. İddiaçının köçüb yaşamaq istədiyi ev qardaşına məxsusdur. Ev 2 otaq və 1 zaldan ibarətdir, yaşayış üçün yararlıdır. O, özü də həmin evdə yaşamayacaqdır. Hesab edir ki, iddia əsassızdır və ona görə də təmin olunmamalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X6 ifadələrində 2017-ci il tarixdə iddiaçının yaşadığı Quba rayonu, Zizik kəndindəki evində usta kimi işlədiklərini, həmin vaxt evin yararsız vəziyyətdə olduğunu, iddiaçının iki uşağı ilə həmin evdə olduqlarını və işlədikləri vaxt iddiaçı tərəfindən onlara çay, yemek verdiklərini, həmin evdə işlədikləri vaxt cavabdehi həmin evdə görmədiklərini bildirmişlər. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1168 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh Qləmşah oğlu arasında xx.xx.2004-cü il tarixdə bağlanmış nikah qeydi pozulmuş, xx.xx.2006-clı il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X9 anaları İddiaçı himayəsinə verilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 406888 №-li şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı oğlu arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2021-ci ilin 09 ayının 02 günü 106 № ilə qeyd edilmişdir. İş materiallarında olan Quba rayon Timiryazev bələdiyyəsində 07 oktyabr 2022-ci il tarixdə tərtib edimiş Aktdan görünür ki, həqiqətən İddiaçı 2010-cu ildən 2020-ci ilə qədər Quba rayonu, Zizik kəndində əri ilə birgə tikdikləri yaşayış evində yaşayıb. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Alekseyevka kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 18 oktyabr 2022-ci il tarixli 122 №li məktubundan görünür ki, İddiaçı və Cavabdeh məxsus ərazi dairəsinin Zizik kəndində fərdi yaşayış evinin olması barədə nümayəndəlikdə məlumat yoxdur. İş materiallarında olan torpaqların alqı-satqısına dair aktın surətindən, qəbzdən və Zizik bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 04 saylı qərarından görünür ki, X1 Zizik bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan yararlı torpaq sahəsindən fərdi yaşayış evi tikintisi məqsədi ilə 0,06 ha torpaq sahəsi satılmışdır. İş materiallarında olan AZE seriyalı, 18669561 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2006-cı il tarixdə X8 doğulmuşdur. İş materiallarında olan AZE seriyalı, 18669563 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il tarixdə X13 doğulmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 2004-cü ildə Cavabdeh ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü Nigar və xx.xx.2012-ci il təvəllüdlü Zaur adlı uşaqları anadan olmuşdur. İddiaçı Cavabdeh ilə birgə nikah dövründə tikdikləri Quba rayonu, Zizik kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar. Sonradan cavabdeh X4 ilə xasiyyətləri uyğun gəlmədiyi üçün iddiaçı uşaqlarını da götürüb kirayədə yaşamağa məcbur olmuşdur. İddiaçıya məxsus cehiz əşyaları hal-hazırda da mübahisəli evdədir. Eyni zamanda, məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, İddiaçı iki uşağı ilə birlikdə köçürülməsini tələb etdiyi Quba rayonu, Zizik kəndində yerləşən mübahisəli fərdi yaşayış evi mülkiyyət hüququ əsasında tərəflərin heç birinin adına xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydə alınmamışdır. Göründüyü kimi Quba rayonu, Zizik kəndində yerləşən mübahisəli yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmadığından, həmin evə heç bir hüquq müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xilamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşmmaz əmlaka-digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alımalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxs ər yaş binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinir mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına uyğun qiymət verərək hesab edir ki, hazırki tələb üzrə mübahisə edilən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmadığına və hüquqi nöqteyi nəzərdən evin mülkiyyətçisi bəlli olmadığına görə qeyd edilən fərdi yaşayış evinə istifadə hüququnun yaranması mümkün deyildir. Belə ki, istifadə hüququ mülkiyyət hüququnun tərkib hissəsi olduğu üçün yalnız rəsmi reyestrdə qeydə alınmış daşınmaz əmlaka istifadə hüququ əmələ gələ bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi “İddiaçı Cavabdeh ilə birgə yaşadığı Quba rayonu, Zizik kəndində yerləşən evdən istifadə hüququnun müəyyən edilməsi hissəsində təmin edilməməlidir. Bundan əlavə məhkəmə hesab edir ki iddia tələbi “iddiaçının iki azyaşlı uşağı ilə birlikdə Cavabdeh ilə birgə yaşadığı Quba rayonu, Zizik kəndində yerləşən yaşayış evinə köçürülməsi” hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iddiaçı cavabdehlə birgə nikah dövründə əldə etdikləri evdə birgə təsərrüfat aparmaqla ailə üzvi; kimi yaşadığından, o və uşaqları Cavabdeh ailə üzvü olduğundan, həmin evi onların mənzili adlandırmaq olar. Məhkəmə hesab edir ki, İddiaçı və iki uşağının həmin evə köçürülməsinə məhdudiyyətlər yaradılması mənzil hüququnu təsbit edən Azərbaycan Respublikasının Konstitusiyasının 43 və İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edi iə bilməz. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və rilə nəyatına, mənzilinə və yazışma sirrinə hörmət, hüququna malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci bəndinə əsasən əgər yaşayş sahəsinin mülkiyyətçisi yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasım tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericilikidə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Beləliklə, məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə uyğun olaraq iddia tələblərinə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Quba rayonu Zizik kəndində yerləşən fakitki olaraq cavabdehə məxsus fərdi yaşayış evi iddiaçı və azyaşlı uşaqlarının mənzili hesab olunduğundan İddiaçı, azyaşlı uşaqları X8 və X13 ilə birlikdə həmin evə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı uşaqları xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X13 ilə birlikdə Quba rayonu Zizik kəndində yerləşən faktiki Cavabdeh məxsus fərdi yaşayış evinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına (elektron qaydada) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar