Məhkəmə qərarları › İş №2(027)-206/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-206/2023

05.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-206/2023 05.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, atası X3 2 iyun 1932-ci il tarixdə Quba şəhərində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi və yeni doğum haqqında şəhadətnamə verilərkən vətəndaş qrafasında X8, doğum tarixi qrafasında 2 iyun 1932-ci il, doğum yeri qrafasında Quba şəhəri, atası qrafasında Ərizəçi Məmməd oğlu, anası qrafasında isə X1 qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülk-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan hüquq normasının tələblərinə əsasən Ərizəçi Hüseyn-ağa oğlu məhkəməyə dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək, atası Məmmədov Hüseyn-ağa Murtuz oğlunun 2 iyun 1932-ci il tarixdə Quba şəhərində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi və yeni doğum haqqında şəhadətnamə verilərkən vətəndaş qrafasında Məmmədov Hüseyn-ağa Murtuz oğlu, doğum tarixi qrafasında 02 iyun 1932-ci il, doğum yeri qrafasında Quba şəhəri, atası qrafasında Ərizəçi Məmməd oğlu, anası qrafasında isə X1 qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizələrini onunla əsaslandırmışlar ki, atası X8 2 iyun 1932-ci ildə Quba şəhərində anadan olmuşdur. Atası 2 may 1989-cu ildə Quba şəhərində vəfat etmiş və Quba şəhər qəbirsanlığında dəfn olunmuşdur. Atasının doğum haqqında şəhadətnaməsini axtaran zaman ona məlum olmuşdur ki, atasının doğum haqqında şəhadətnaməsi olmamışdır. Atasına təkrarən doğum haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin həmin qeydiyyat orqanı tərəfindən atasının doğulmasına dair heç bir sənəd təqdim edə bilmədiyi üçün doğum faktının müəyyən edilməsi və yaxud bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Hazırda sənədləşmə işləri ilə bağlı olaraq ondan doğum haqqında şəhadətnamə tələb olunur və doğum haqqında şəhadətnamə olmadığından müxtəlif maneələrlə rastlaşmışdır. Ona görə də Atasına məxsus doğum haqqında şəhadətnaməni ala bilmədiyi üçün Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinin tələblərini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiqlənmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ını rəhbər tutaraq məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Ərizəçi və maraqlı şəxs qismində Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, İş materiallarında olan doğum haqqında olan şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə Quba şəhərində anadan olmuşdur. X8, Ərizəçi atasıdır. İş materiallarında olan Quba rayon İHB-nın arayışından görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Hüseyn-ağa Murtuz oğlu 03 may 1989-cu ildə Quba şəhərində vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 550 saylı arayışından görünür ki, Məmmədov Hüseyn-ağa Murtuz oğlunun doğumunun qeydə alınması və ya doğumunun bərpa edilməsi Maraqlı şəxs tərəfindən mümkün olmamışdır. İş materiallarında olan arxiv arayışından görünür ki, Quba rayonu VVAQ şöbəsinin 1931-1939-cu illərə aid Quba şəhəri üzrə doğum aktlarının qeydi kitablarında və 1936- 1938-ci illərə aid Quba şəhəri üzrə doğum qeydinin bərpa aktları kitablarında X3 doğum faktı aşkar edilməmişdir. İş materiallarında olan Quba rayon İHB-nın xx.xx.2019-cu il tarixli 1908 saylı arayışından görünür ki, X8 xx.xx.1989-cu il tarixdə vəfat etmiş və onun vəfatından sonra vərəsələri X9, Ərizəçi, X5 və xx.xx.2016-cı il tarixdə vəfat etmiş X4r. İş materiallarında olan məzar daşı foto şəklindən görünür ki, X8 xx.xx.1989-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Quba rayon sakinləri X9, X10 və X6 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X8 xx.xx.1932-ci ildə Quba şəhərində anadan olmuş, atası Ərizəçi Məmməd oğlu, anası X2 olmuş, xx.xx.1989-cu ildə vəfat etmiş və o, Quba şəhər qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan ev dəftərindən görünür ki, Məmmədov Hüseyn-ağa Murtuz oğlu 1932-ci il tarixdə anadan olmuş və ünvan 1 ünvanında yaşamışdır. Məmmədov Hüseyn-ağa Murtuz oğlunun anası X2 1908-ci ildə anadan olmuş və ünvan 1 ünvanında yaşamış, atası Ərizəçi Məmməd oğlu 1897-ci ildə anadan olmuş və ünvan 1 ünvanında yaşamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Məmmədov Hüseyn-ağa Murtuz oğlu 1932-ci il tarixdə anadan olmuş və ünvan 1 ünvanında yaşamışdır. Məmmədov Hüseyn-ağa Murtuz oğlu 03 may 1989-cu ildə Quba şəhərində vəfat etmişdir. Ərizəçi məhkəmədən atası Məmmədov Hüseyn-ağa Murtuz oğlunun 2 iyun 1932-ci il tarixdə Quba şəhərində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi və yeni doğum haqqında şəhadətnamə verilərkən vətəndaş qrafasında Məmmədov Hüseyn-ağa Murtuz oğlu, doğum tarixi qrafasında 02 iyun 1932-ci il, doğum yeri qrafasında Quba şəhəri, atası qrafasında Ərizəçi Məmməd oğlu, anası qrafasında isə X1 qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hal, yəni atası Məmmədov Hüseyn-ağa Murtuz oğlunun 2 iyun 1932-ci il tarixdə Quba şəhərində doğulması, atasının Ərizəçi Məmməd oğlu və anasının isə X2 olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. Məmmədov Hüseyn-ağa Murtuz oğlunun 02 iyun 1932-ci il tarixdə Quba şəhərində doğumunun qeyd edilməsi faktının müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən vətəndaş qrafasında Məmmədov Hüseyn-ağa Murtuz oğlu, doğum tarixi qrafasında 02 iyun 1932-ci il, doğum yeri qrafasında Quba şəhəri, atası qrafasında Ərizəçi Məmməd oğlu, anası qrafasında isə X1 qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar