Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2066/2021 17.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Quba RİHB-nın nümayəndəsi X3 iştirakı ilə Ərizəçi maraqlı şəxs Quba Rayon İcra Hakimiyyətinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, onun Quba şəhəri, G.Əsədov küçəsi ev 13 ünvanında yerləşən 2 otaqlı ümumi sahəsi 26,8 kv.m olan mənzilin kirayəçisi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, Quba şəhər, G.Əsədov küçəsi bina 13 Quba Mənzil İstismar İdarəsinin balansındadır. O, 1990-cı ildən ailə üzvləri ilə həmin mənzilə köçərək yaşamışlar. Qızı Zərintac doğulduğu vaxtdan özü və oğlu Elnur isə köçdüyü vaxtdan həmin mənzildə qeydiyyatdadır. Həmin mənzilə çəkilmiş su, qaz, elektrik enerjisinin ödənilməsinə dair müqavilələr onun adınadır. Həmin mənzilə verilən qaz, su, elektrik enerjisinə görə pulu özü ödəyir. Mənzil iki otaqdan ibarət olmaqla sahəsi 26,8 kv.m-dir. 1990-cı ildən həmin mənzildə yaşamaqla həmin mənzili idarə edir, mənzilə faktiki olaraq mülkiyyət hüququnu həyata keçirir. Köçdüyü vaxtdan mənzilini dəfələrlə təmir etmişdir. O, ailə üzvləri ilə mənzilə köçdüyü vaxt mənzilə dair adına order olsa da, həmin order sonradan mənzilin təmiri zamanı itmişdir. Onun surətini almaq istəsə də bu mümkün olmamışdır. 1990-cı ildə adına həmin mənzilə dair verilmiş orderi ala bilmir. Həmin mənzilə hüquqməyynedici sənədlər olmamasına görə yaşayış sahəsinin dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Yaşadığı mənzilə dair hüquqmüəyyənedici sənədlərin əldə edilməsi başqa qaydada qeyrimümkündür. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Quba RİHB-nın nümayəndəsi X8 ərizəni qəbul edərək təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 18.07.2011-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi Quba şəhəri, G.Əsədov küçəsi ev 13 ünvanda qeydiyyatdadır. İş materiallarında olan 22.06.2018-ci il tarixdə verilmiş AZE seriyalı, 17954476 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X1 şəhəri, G.Əsədov küçəsi ev 13 ünvanda qeydiyyatdadır. İş materiallarında olan 14.06.2018-ci il tarixdə verilmiş AZE seriyalı, 13527866 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X2 şəhəri, G.Əsədov küçəsi ev 13 ünvanda qeydiyyatdadır. İş materiallarında olan Quba Rayonu, İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsinin 02 sentyabr 2021-ci il tarixli, 121 saylı məktubundan görünür ki, Quba şəhəri, G.Əsədov küçəsi bina 13 Quba Mənzil İstismar Sahəsinin balansındadır. Ərizəçi Quba şəhəri, G.Əsədov küçəsi bina 13-də 1990-cı ildən hal-hazıra kimi ailə üzvləri ilə birlikdə yaşayırlar. Ərizəçi ailə üzvləri dörd nəfərdən ibarətdir. Ailə üzvlərindən özünün, qızının və oğlunun qeydiyyatı Quba şəhəri, G.Əsədov küçəsi bina 13-dır. Həyat yoldaşı X5 qeydiyyatı ünvan 2 ünvandadır. Ərizəçi yaşadığı mənzil üçün adına orderi yoxdur. Mənzil 2 otaqdan ibarət olub, 26,8 kv.metr yaşayış sahəsinə malikdir. İş materiallarında olan Su təchizatı və tullantı suyunun axıdılması xidməti üzrə 0140 saylı müqavilədən görünür ki, müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqadarda, tərkib və keyfiyyətinə görə DÜİST 2874-82 nömrəli Dövlət Standartının tələblərinə uyğun, məişət-içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərinin müəyyən ediməsi barədə “Azərsu ASC” "xxxx" MMC-nin ünvan 3 ünvanında yaşayan X10 arasında müqavilə bağlanmışdır. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş 25.08.2012-ci il tarixli, 248676 №li qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, Ərizəçi məxsus Quba şəhəri, G.Əsədov küçəsində yerləşən yaşayış evindən Elster tipli, G-4 markalı, ******* №li qaz sayğacı çıxarılaraq yeni sayğacla əvəz edilmişdir. İş materiallarında olan “Telekommunikasiya operatoru” ilə “Abunəçi” arasında 18.02.2019-cu il tarixli, müqavilədən görünür ki, “Abunəçi”yə Müqavilədə göstərilən qaydada seçdiyi telekomnukasiya xidmətlərinin xidmətlərinin göstərilməsi və “Abunəçi” tərəfindən bu xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı telekommunikasiya operatoru ilə abunəçi Ərizəçi arasında müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 59.4-cü maddəsinə əasən, «Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır». Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 81.2-ci maddəsinə əsasən, «Kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyəti ailə üzvü ailə üzvlərinin və kirayə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərin məxsusdur». «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətəçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır; mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onlrın barəsndə qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcələsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi omasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X14 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasınının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasna dair» 4 aprel 2006-cı il tarixli qərarında göstərilir ki, mənzilin (evin) özəlləşdirilməsi ilə bağlı şəxsin müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq hərəkətlər eməsi də (zəruri sənədləin toplanaraq səlahiyyətli orqanlara təqdim olunması) şəxsin hüquq qabiliyyətindən irəli gəlməklə iradə ifadəsinin göstəricisidir və müsbət keyfiyyətli hüquqi nəticəyə nail olma məqsədi güdür. Lakin özəlləşdirmə hüququnun faktiki olaraq onun reallaşdırılması mərhələsindən çıxmaqla sübyektik hüquqa transformasiya etməsinə (mənzilə (evə) mülkiyyət hüququ barədə qeydiyyat vəsiqəsinin alınmaması) iradədən asılı olmayan bioloji faktor kimi ölümün maneə törətməsi, digər tərəfdən isə ölən şəxs barəsində mənzilin (evin) özəlləşdirilməsindən imtina edilməsinə dair qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcud olmaması xüsusi mülkiyyət hüququnun artıq formalaşması kimi dəyərləndirilməlidir. Məhkəmə təhqiqatı zamanı ərizəçi və ailəsinin 1990-cı ildən ünvan 4 ünvanında yerləşən mənzilə köçərək, həmin mənzildə yaşamaları, Ərizəçi oölu, X7, X6 və X5 ünvan 4 ünvanında qeydiyyatda olmaqla, həmin mənzildə kirayəçi kimi yaşaması, həmin mənzilə dair orderin naməlum şəraitdə itməsi və bərpa olunmaması, həmçinin ərizəçinin həmin faktı təsdiq edən sənədləri başqa qaydada ala bilməməsi sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər fakt məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi Quba şəhəri, G.Əsədov küçəsi ev 13 ünvanında yerləşən 2 otaqlı ümumi sahəsi 26,8 kv.m olan mənzilin kirayəçisi olması faktı müəyyən edilməlidir. Məhkəmə, yuxarıdakı göstərilən qanun normalarına, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X14 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasınının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasna dair» 4 aprel 2006-cı il tarixli qərarına istinad edərək, onu da qeyd edir ki, Quba şəhəri, G.Əsədov küçəsi ev 13 saylı ünvanındakı mənzilin kirayəçiləri həmin mənzilə sahiblik və istifadə hüququ həyata keçirməklə, onların həmin mənzilə mülkiyyət hüquqları artıq formalaşmış sayılmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. Ərizəçi Quba şəhəri, G.Əsədov küçəsi ev 13 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 26,8 kv.m olan mənzilin kirayəçisi olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-2066/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2066/2021
17.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver