Məhkəmə qərarları › İş №2(027)-2074/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2074/2022

10.10.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2074/2022 10.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və səlahiyyətli nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, JN-451 KOD 30304028 saylı torpağa mülkiyyət hüququna X9na əsasən onların mülkiyyətlərində olan, Quba rayonunun Zizik kəndi ərazisində yerləşən 0,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri qaytarılması və ödənilmiş dövlət rüsumunun əvəzi 100 manat məbləğində pulun cavabdehdən alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, Respublikada torpaq islahatı aparılan zaman, Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli, 02 saylı qərarına əsasən, JN-451 KOD 30304028 saylı torpağa mülkiyyət hüququna X9 ilə onların mülkiyyətlərinə Quba rayonunun Zizik kəndi ərazisindən 0,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin 0,36 hektarı alma bağı, 0,10 hektarı isə açıq sahədir. 2004-cü ilə qədər torpaq sahələrindən özləri istifadə etmişlər. 2004-cü ildə həmkəndliləri Cavabdeh ilə şifahi razılaşma əsasında həmin torpaq sahəsini ona icarəyə vermişlər. O torpaq sahəsindən istifadə etməyə başladı və razılaşmalarından sonrakı birinci il üçün nəzərdə tutulan icarə haqqını onlara ödədi. İddiaçılardan İddiaçı1 2005-ci ildən son dörd ilədək kənddə olmadı. Bu illər ərzində cavabdeh onlara heç bir məbləğ ödəməmişdir. Dəfələrlə ondan torpaqdan çıxmağı xahiş və tələb etsələr də, cavabdeh onlara məxsus torpaq sahəsindən çıxmır. Cavabdeh hal-hazırda da onlara məxsus torpaq sahəsindən qanunsuz istifadə etməkdə davam edir. Beləliklə onlar öz mülkiyyətlərində olan əmlakına istədiyi kimi sahiblik və ondan istifadə edə bilmirlər. Bu barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İşə baxılarkən məhkəmə tərəfindən DƏDRX-nə sorğu göndərilərək cavab alınmış, mütəxəssis və ekspert rəyi alınmışdır. Bundan sonra məhkəmə iclasına gecikmələrinə görə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Hal-hazırda məhkəməyə mürüciət edirlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh oğlu iddianı qəbul edərək, ekspertizanın rəyi ilə razılaşdığını və iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş JN-451 KOD 30304028 saylı Torpağa Mülkiyyət Hüququna X8 görünür ki, İddiaçı1 və X3 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli, 02 nömrəli qərarı ilə 0,46 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş JN-0716 KOD 30304028 saylı Torpağa Mülkiyyət Hüququna X8 görünür ki, Cavabdeh Vacib oğlunun mülkiyyətinə Quba rayon məhkəməsinin 21 fevral 2006-c il tarixli, 2-1052a saylı qətnaməsi ilə 1,12 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2022-ci il tarixli, 10/881 №-li ekspert rəyindən görünür ki, JN 451 KOD 30304028 nömrəli torpağa mülkiyyət hüququna X9na əsasən İddiaçı1 və İddiaçı2 məxsus Quba rayonu Zizik kəndi ərazisində yerləşən 0,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 2 hissədən ibarətdir 451Z nömrəli 0.09 ha və 451 nömrəli 0,36 ha. İddiaçı1 və İddiaçı2 məxsus Quba rayonu, Zizik kəndi ərazisində yerləşən 0,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,09 ha hissəsi və 0.36 ha hissəsi X2 tərəfindən istifadə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün hüquqi və fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci mddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci mddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinadən Torpağa Mülkiyyət Hüququna Dair JN-0716 KOD 30304028 saylı və JN-451 KOD 30304028 saylı dövlət aktlarını və torpaq sahələrinin plan və ölçülərini, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2022-ci il tarixli, 10/881 №-li ekspertiza rəyini işin hallarını əlaqəli şəkildə təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə iş üzrə müəyyən edilmiş hallara qiymət verərək hesab edir ki, işdəki sübutlarla iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus 0.46 ha torpaq sahəsinin cavabdeh X2 tərəfindən zəbt olunaraq qeyri-qanuni istifadə olunması sübuta yetirilir. Ona görə də cavabdeh Ağahüseyn İskəndərov qanunsuz istifadə etdiyi iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus 0.46 ha torpaq sahəsindən çıxarılmalı və bununla da həmin iddiaçıların zəbt olunmuş həmin torpaq sahələrinə mülkiyyət hüquqları tam şəkildə bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X4 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və X4 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, cavabdeh X2 JN-451 KOD 30304028 saylı Torpağa Mülkiyyət Hüququna X9 əsasında iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus 0.46 ha torpaq sahəsindən çıxarılmalı, həmçinin cavabdeh X1 100 manat dövlət rüsümü alınaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 JN-451 KOD 30304028 saylı Torpağa Mülkiyyət Hüququna X9 əsasında iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus 0.46 ha torpaq sahəsindən çıxarılsın. Cavabdeh X1 100 manat dövlət rüsümü alınaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə (elektron qaydada) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar