Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2078/2021 15.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba rayon Qeydiyyat şöbəsinə qarşı doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, onu- Ərizəçi xx xxxxxxxx 1985-ci il tarixdə Quba şəhərində, atası X5, X1 olmaqla, doğulmağı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş edərək bildirdi ki, ailəlidir, lakin şəxsiyyət vəsiqəsi olmadığına görə rəsmi nikahı yoxdur. Molla kəbini ilə ailə qurub, orta məktəbə də arayışla götürüblər. Ərizəçi ərizədə göstərmişdi ki, o, xx xxxxxxxx 1985-ci ildə Quba şəhərində anadan olub. Doğum Quba Rayon Mərkəzi xəstəxanasının doğum şöbəsində olmuş və bu barədə arayış alınmışdır. Lakin valideynləri tərəfindən qanunla müəyyən edilmiş müddətdə doğum haqqında şəhadətnamə alınmamışdır. Atası, X5 və anası, X4r. Atası, X5 13.06.2019-cu il tarixdə vəfat etmişdir. Hazırda, onun doğumundan 36 il ötmüşdür. Onun adına doğum haqqında şəhadətnamənin mövcud olması barədə Quba rayon Qeydiyyat Şöbəsinə müraciət edib. Müraciətinə cavab olaraq, Quba rayon Qeydiyyat Şöbəsinin 06 sentyabr 2021-ci il tarixli, 05/Q-483 saylı arayışına əsasən, Quba rayon Qeydiyyat Şöbəsi doğumun bərpa edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməyini bildirmişdir. Doğulduğu vaxtdan isə uzun müddət keçmişdir. Bildirmək istəyir ki, ona doğum haqqında şəhadətnamə şəxsiyyət vəsiqəsinin alınması üçün lazımdır. Hazırda onun doğum haqqında şəhadətnaməsinin olmadığından, müvafiq sənədin alınması mümkün deyildir. Onun doğum faktı məhkəməyə təqdim olunmuş həkim arayışında da öz əksini tapır. Göstərilənləri nəzərə alaraq, Ərizəçi xx xxxxxxxx 1985-ci il tarixdə Quba şəhərində, atası X5, X1 olmaqla, doğulmağı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Quba rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X3 bildirdi ki, Ərizəçi onun qardaşı oğludu. Onlar ailədə üç uşaq olublar, Məhbubə, Günel və Tərlan. Tərlan xx xxxxxxxx 1985-ci il tarixdə Quba şəhərində anadan olub. Quba şəhər 2 nömrəli məktəbdə təhsil alıb. Məhkəmədə şahid X6 bildirdi ki, Ərizəçi onun qardaşıdır, ailədə üç uşaq olublar, Atası içkiyə meyyilli olub, onların sənədləşmə işlərinə əhəmiyyət verməyib, bu səbəbdən qardaşı Tərlana bu günə qədər doğum faktı müəyyən edilməyib. Tərlan xx xxxxxxxx 1985-ci il tarixdə Quba şəhərində anadan olub. Quba şəhər 2 nömrəli məktəbdə oxuyub, hazırda ailəlidir. Məhkəmə Ərizəçi, və şahidləri dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş 14.09.2021-ci il tarixli, 2593 nömrəli aktdan görünür ki, Ərizəçi xx.xx.1985-ci ildə ünvan 1 ünvanında yaşayır və şəkildəki şəxsən özüdür. X1, h/yoldaşı X2, qonşusu X7, qonşusu X8 aktın doğruluğunu imzalarıyla təsdiq etmişdilər. Quba rayon Qeydiyyat şöbəsinin 06.09.2021-ci il tarixli, 05Q/-483 nömrəli Ərizəçi ünvanlanan məktubundan məlum olur ki, şəxsiyyəti təsdiq edən sənədin olmaması səbəbindən doğum faktının bərpa edilməsi mümkün olmamış, şəxsiyyətin təsdiq edilməsi və doğum faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarında olan Quba şəhər 2 nömrəli məktəb-liseyin 15.04.2014-cü il 31 nömrəli arayışından məlum olur ki, Ərizəçi 2000-2001-ci il tədris ilində məktəbin İX sinifini bitirmiş və ona ümumi orta təhsil kursu üzrə B-476113 nömrəli şəhadətnamə verilmişdir. İş materiallarında olan AZ-İİ 021816 seriya və nömrəli ölüm haqqında şəhadətnamədən məlum olur ki, X5 13.06.2019-cu ildə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında 02.08.2019cu ildə 0489 nömrə ilə qeyd edilib. İş materiallarında olan İİ-ЖГ 468542 seriya və nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Bağırov Rəşid Feyzulla oğlu ilə Bağırova (Şıxaliyeva) Validə Yusif qızı arasında 07.05.1982- ci ildə rəsmi nikah bağlanmış, 08 nömrə ilə qeyd edilmişdir. Beləliklə məhkəmədə müəyyən edildi ki, Ərizəçi xx.xx.1985-ci ildə Quba şəhərində doğulub, atası Bağırov Rəşid Feyzulla oğlu, anası Bağırova (Şıxaliyeva) Validə Yusif qızıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, Ərizəçi xx xxxxxxxx 1985-ci il tarixdə Quba şəhərində doğulması faktı müəyyən edilməli, Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən atası qrafasında “X5” anası qrafasında “X10” qeyd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Ərizəçi xx xxxxxxxx 1985-ci il tarixdə Quba şəhərində doğulması faktı müəyyən edilsin. Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən atası qrafasında “X5” anası qrafasında “X10” qeyd olunsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2078/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2078/2021
15.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver