Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-208/2023 03.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 Eman qızına qarşı “istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Quba Rayonu, Dəlləkli kəndində yerləşən ümumi sahəsi 0.32 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 Eman qızı və onların azyaşlı ailə üzvləri X6, X8, X4, X9, X10, X7, X11, X13 və X5 istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 Eman qızı və onların azyaşlı ailə üzvləri X6, X8, X4, X9, X10, X7, X11, X13 və X5 Quba Rayonu, Dəlləkli kəndində yerləşən ümumi sahəsi 0.32 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmaqla həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ilə Quba rayonu, Dəlləkli kəndində yerləşən ümumi sahəsi 0.32 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evini almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX-nin tərəfindən xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, **********17-10301reyestr nömrəli Çıxarışla iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Quba Şəhər İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən əldə etdikləri arayışa əsasən iddiaçı "xxxx" KB ASC-nin mükiyyətində olan Quba rayonu, Dəlləkli kəndində yerləşən ümumi sahəsi 0.32 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evində hal-hazırda iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 Eman qızı və onların azyaşlı ailə üzvləri X6, X8, X4, X9, X10, X7, X11, X13 və X12 qeydiyyatdadırlar və bu şəxslərin mübahisəli evdə qeydiyyatda qalmaları iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edilməkdədir. Qeyd olunan mənzilin hazırda mülkiyyətçisi olan iddiaçı "xxxx" KB ASC ilə keçmiş mülkiyyətçiləri ilə nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 Eman qızı və onların azyaşlı ailə üzvləri X6, X8, X4, X9, X10, X7, X11, X13 və X5 həmin mənzilə heç bir hüquqları yoxdur. Bu səbəbdən keçmiş mülkiyyətçilərinin Quba Rayonu, Dəlləkli kəndində yerləşən ümumi sahəsi 0.32 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evində qeydiyyatda olması və orada yaşaması qeyri-qanunidir. Quba Rayonu, Dəlləkli kəndində yerləşən ümumi sahəsi 0.32 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisə predmetini təşkil edən mənzilin qiyməti 50.000 manat təşkil etmişdir. Hazırda övladı ürək xəstəsidir və əməliyyat olunmalıdır. Qeyd olunanlara əsasən iddanın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 Eman qızı məhkəmə iclasına gəlməmiş və gəlməməylərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazım qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışlarından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 Eman qızı, X6, X8, X4, X9, X10, X7, X11, X13 və X1 rayonu, Dəlləkli kəndində qeydiyyatdadırlar. Mülki işin materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li, Reyestr nömrəsi **********17-10301, qeydiyyat nömrəsi **********, xx.xx.2017-ci il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Dəlləkli kəndində yerləşən ümumi sahəsi 120 kv.m-dən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında "xxxx" ASC-nin adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli protokoldan və xx.xx.2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqaviləsindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 Eman qızına məxsus olan Quba rayonu, Dəlləkli kəndində yerləşən mənzil 28687.40 manata "xxxx" ASC-yə satılmışdır. İş materiallarında olan Quba rayon İHB-nın Vladimirovka kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 Eman qızı və onların azyaşlı ailə üzvləri X6, X8, X4, X9, X10, X7, X11, X13 və X1 rayonu, Dəlləkli kəndində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 Eman qızına məxsus olan Quba rayonu, Dəlləkli kəndində yerləşən mənzil 28687.40 manata "xxxx" ASC-yə satılmışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li, Reyestr nömrəsi **********17-10301, qeydiyyat nömrəsi **********, xx.xx.2017-ci il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Dəlləkli kəndində yerləşən ümumi sahəsi 120 kv.m-dən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında "xxxx" ASC-nin adına dövlət qeydiyyatına alınmasına baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 Eman qızı və onların azyaşlı ailə üzvləri X6, X8, X4, X9, X10, X7, X11, X13 və X12 hələdə həmin evdə qeydiyyatda olaraq yaşayırlar. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: bu Məcəllənin 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya bu Məcəllənin 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasından görünür ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etməsi üçün 3 dispozitiv şərtin olması vacibdir:1) şəxsin həmin əmlaka mülkiyyət hüququ olmalı;2) həmin əmlak başqasının sahibliyində, həmçinin istifadəsində olmalı; 3) başqasının həmin əmlaka sahibliyi və istifadəsi qeyri-qanuni olmalıdır. İşdəki sübutlardan görünür ki, qeyd edilən ev "xxxx" ASC-nin xüsusi mülkiyyətindədir və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 Eman qızı mülkiyyətçi olmadan, mülkiyyətçi ilə icarə və kirayə müqaviləsi bağlamadan, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslar olmadan həmin evdə yaşamaqla, ondan istifadə edirlər. Cavabdehlər heç bir hüquqi əsas olmadan sözügedən evdə yaşamaqla, həmin evdən qanunsuz istifadə edir və evə qanunsuz sahiblik edirlər. Cavabdehlər iddiaçının mülkiyyətində olan yaşayış evində heç bir hüquqi əsas olmadan yaşayırlar. Cavabdehlərin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində heç bir hüquqi əsas olmadan yaşamaları iddiaçının həmin evə sahiblik, istifadə və sərəncam hüquqlarından ibarət mülkiyyət hüquqlarının əsassız məhdudlaşdırılması o deməkdir ki, bu da mülkiyyət hüquqlarının müdafiəsinə təminat verən qanun normalarının kobud pozuntusu olmaqla yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.1-ci maddəsinə əsasən mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa və ya məhkəmə qərarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə görə müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmanın əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Yuxarıda göstərilən qanun normalarına istinad edərək, məhkəmə hesab edir ki, ipoteka predmeti olmuş Quba rayonu, Dəlləkli kəndində yerləşən ümumi sahəsi 120 kv.mdən ibarət fərdi yaşayış evinə tutma yönəldilərək həmin ev satıldığından, eyni zamanda sözügedən evə iddiaçı "xxxx" ASC-nin mülkiyyət hüququ olduğundan, cavabdehlər hazırda heç bir hüquqi əsas olmadan həmin evə qanunsuz sahiblik edib, evdən istifadə etdiklərindən, bununla da iddiaçının mülkiyyət hüquqlarını pozduqlarından, Quba rayonu, Dəlləkli kəndində yerləşən ümumi sahəsi 120 kv.m-dən ibarət fərdi yaşayış evində yaşayan cavabdehlərin həmin evə istifadə hüquqlarına xitam verilməli, ev boşaldılmalı və iddiaçının sözügedən evə pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır. İş üzrə cavabdehlər Quba rayonu, Dəlləkli kəndində yerləşən ümumi sahəsi 120 kv.m-dən ibarət fərdi yaşayış evindən qanuni əsaslarla istifadə etmələrini, həmin evin onların qanuni sahiblik və istifadəsində olmalarını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddia tələbinə etirazı əsaslandırdığı halları sübut edə bilməmişlər. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinə etirazı əsaslandıran halları sübut etmə vəzifəsi cavabdehlərin üzərinə düşür. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 Eman qızı və onların azyaşlı ailə üzvləri X6, X8, X4, X9, X10, X7, X11, X13 və X1 rayonu, Dəlləkli kəndində yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 Eman qızı və onların azyaşlı ailə üzvləri X6, X8, X4, X9, X10, X7, X11, X13 və X12 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li, Reyestr nömrəsi **********17-10301, qeydiyyat nömrəsi **********, xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən "xxxx" ASC-nin xüsusi mülkiyyətində olan Quba rayonu, Dəlləkli kəndində yerləşən ümumi sahəsi 120 kv.m-dən ibarət fərdi yaşayış sahəsindən çıxarılmaqla, həmin mənzil boşaldılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia təmin edilsin; Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 Eman qızı və onların azyaşlı ailə üzvləri X6, X8, X4, X9, X10, X7, X11, X13 və X1 rayonu, Dəlləkli kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li, Reyestr nömrəsi **********17-10301, qeydiyyat nömrəsi **********, xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən "xxxx" ASC-nin xüsusi mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilsin, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 Eman qızı və onların azyaşlı ailə üzvləri X6, X8, X4, X9, X10, X7, X11, X13 və X12 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li, Reyestr nömrəsi **********17-10301, qeydiyyat nömrəsi **********, xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən "xxxx" ASC-nin xüsusi mülkiyyətində olan Quba rayonu, Dəlləkli kəndində yerləşən ümumi sahəsi 120 kv.m-dən ibarət fərdi yaşayış sahəsindən çıxarılsınlar və həmin mənzil boşaldılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-208/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-208/2023
03.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver