Məhkəmə qərarları › İş №2(027)-2087/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2087/2024

26.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2087/2024 26.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçilər Ərizəçi, X10 və X13 maraqlı şəxlər X15 və Maraqlı şəxs cəlb olunmaqla doğum faktının və atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi, X10 və X13 ərizə ilə məhkəməyə müraciət edərək, X3 22 aprel 2001-ci il tarixdə Quba rayonu, Adur kəndində doğulmağı faktının müəyyən edilməsi, ona doğum haqqında şəhadətnamə verilərkən vətəndaş qrafasında “X10”, atası qrafasında X14, anası qrafasında “X15” kimi qeyd olunması, X5 24 iyun 2005-ci il tarixdə Quba rayonu, Adur kəndində doğulmağı faktının müəyyən edilməsi, ona doğum haqqında şəhadətnamə verilərkən vətəndaş qrafasında “X10”, atası qrafasında X14, anası qrafasında “X15” kimi qeyd olunması, Ərizəçi 04 mart 1999-cu il tarixdə Quba rayonu, Adur kəndində doğulmağı faktının müəyyən edilməsi, ona doğum haqqında şəhadətnamə verilərkən vətəndaş qrafasında “X10”, atası qrafasında X14, anası qrafasında “X15” kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, X10 22 aprel 2001 -ci ildə Quba rayonu, Adur kəndində, X5 24 iyun 2005-ci il tarixdə Quba rayonu, Adur kəndində və Ərizəçi 04 mart 1999-cu il tarixdə Quba rayonu, Adur kəndində anadan olmuşlar. X4, atası X14 olmuşdur. Valideynləri arasında rəsmi nikah olmamış və onlar ev şəraitində anadan olduqdan sonra valideynlərinin səhlənkarlığı nəticəsində adlarına doğum haqqında şəhadətnamə alınmamışdır. Onlar hal-hazırda yetkinlik yaşına çatan şəxslər kimi öz sənədlərini qaydasına salmaq və doğulmalarının qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin ona qeydiyyat şöbəsi tərəfindən 08 iyul 2024-cü il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilən “X1 X12”nın 2.5.3- cü və 2.5.4-cü bəndlərinə əsasən doğumun qeydə alınması üçün tibb müəssisəsinin sənədi, uşaq tibb müəssisəsindən kənarda doğulduqda isə doğuma kömək etmiş həkimin verdiyi sənəd olmadığı üçün doğum haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Bundan sonra onlar, doğum haqqında tibbi şəhadətnamə almaq üçün rəsmi qaydada Quba rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Lakin həmin qurumdan da onlara imtina cavabı verilərək doğum haqqında tibbi şəhadətnamənin verilməsinin qeyrimümkün olduğu bildirilmişdir. Onlar, ev şəraitində doğulduğundan doğum haqqında tibbi şəhadətnamə almağı qeyri-mümkündür. Bu faktı başqa qaydada təsdiq etdirmək mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçilər Ərizəçi, X10 və X13 məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, həmçinin atalığın tanınması faktının müəyyən edilməsi, mərhum X6 onların atası olması faktının müəyyən olunması və şəhadətnamələrdə atası qrafasında “X14” kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişlər. Məhkəmə hazırlıq iclasında maraqlı şəxs X15 mərhum X14 ilə ailə qurduğunu, lakin rəsmi nikaha daxil olmadıqlarını, ona görə də övladları Ərizəçi, X10 və X8 doğum şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi ala bilmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ərizəçilər X10 və X13,iş üzrə maraqlı şəxs X15 məhkəmə iclasında iştirak etməmiş, Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdilər. Məhkəmə işə ərzəçilər X10 və X5, maraqlı şəxs X11 və maraqlı şəxs Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində bildirmişdir ki, Ərizəçi, X10 və X2 rayonu, Adur kəndində ev şəraitində doğulmuşlar. Onların atası X14 onun qardaşıdır. Məhkəmə, Ərizəçi izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X14 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi, X10 və X8 ünvanlanmış xx.xx.2024-cü məktublarından görünür ki, uşaqlar ev şəraitində doğulduğu, bu barədə tibb müəssisəsinin arayışı və ya doğuma kömək edən həkimin sənədi olmadığı üçün uşaqların doğumunun qeydə alınmasından imtina olunmuş və bu barədə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan Maraqlı şəxs 08 iyul 2024-cü il tarixli, 107 №li arayışından görünür ki, X10 barəsində Quba rayonu Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs 08 iyul 2024-cü il tarixli, 104 №li arayışından görünür ki, Ərizəçi barəsində Quba rayonu Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs 08 iyul 2024-cü il tarixli, 106 №li arayışından görünür ki, X18 barəsində Quba rayonu Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materillarında olan 15 iyul 2024-cü il tarixli aktlardan görünür ki, X3 22 aprel 2001-ci il tarixdə Quba rayonu, Adur kəndində, X5 24 iyun 2005-ci il tarixdə Quba rayonu, Adur kəndində və Ərizəçi 04 mart 1999-cu il tarixdə Quba rayonu, Adur kəndində anadan olmuşlar və həmin kənddə yaşayırlar. Həmin aktı İslam Nəcəfov, Qiyas Niftliyev və Famil Abdurəhmanov imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Bu Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qeyd olunan mülki prosessual hüquq normalarının məzmunundan görünür ki, həmin normalarda xüsusi icraat qaydasında məhkəmə tərəfindən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin şərtləri nəzərdə tutulmuşdur. Həmin şərtlər qeyd olunan maddələrdə aşağıdakı ardıcıllıqla göstərilmişdir: ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır;ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Başqa sözlə, müəyyən edilməsi tələb edilən hüquqi əhəmiyyətli faktı təsdiq edən hər hansı sənədin əldə olunması və ya bərpa edilməsi mümkün olmamalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və X1 qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun X1 qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Qeyd olunan normalarının təhlilindən aydın olur ki, uşağın doğumu haqqında tibb müəssisənin sənədi olmadıqda və müvafiq qeydiyyat orqanı uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, bu halda məhkəmə məhz uşağın doğum faktının müəyyən edilməsinə dair ərizəyə baxa bilər. Başqa sözlə, uşağın doğulmasına dair tibb müəssiəsinin sənədinin olmaması səbəbindən uşağın doğumunun qeydə alınması və buna dair doğum haqqında şəhadətnamə alınması mümkün olmadıqda, uşağın doğum faktının müəyyən edilməsi halı məhkəmə qaydasında müəyyən edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçilərin tələbi doğum faktının müəyyən edilməsi və müvafiq doğum haqqında şəhadətnamələrin verilməsinin təmin edilməsindən ibarətdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bu barədə müvafiq qeydiyyat şöbəsinə müraciət edilmiş, tələb olunan sənədləri və sağlamlıq haqqında arayışı qeydiyyat şöbəsinə təqdim olunmadığına görə doğumun qeydə alınması mümkün olmamışdır, bununla əlaqədar məhkəməyə müraciət olunması tövsiyyə olunmuş, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd olunan halları əsas gətirərək, təhsil, sağlamlıq və digər hüquqlarının və üstün maraqlarının təmin edilməsi prinsipini rəhbər tutaraq, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 11-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktınyəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X15 vəfat etmiş X6 münasibətindən ərizəçilər doğulmuş və rəsmi nikah olmadığından, və X14 vəfat etdiyindən, atası barədə müvafiq qeydlə doğum haqqında şəhadətnaməninin alınması mümkün olmamışdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi 04 mart 1999-cu il tarixdə Quba rayonu, Adur kəndində, X3 22 aprel 2001-ci il tarixdə Quba rayonu, Adur kəndində və X5 24 iyun 2005-ci il tarixdə Quba rayonu, Adur kəndində X9 doğulması faktı müəyyən olunmalı və X6 22 aprel 2001-ci ildə doğulmuş X3, 24 iyun 2005ci ildə doğulmuş X5, 04 mart 1999-cu ildə doğulmuş Ərizəçi münasibətdə atası olmasının etiraf olunmasına dair fakt müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi 04 mart 1999-cu il tarixdə Quba rayonu, Adur kəndində, X3 22 aprel 2001-ci il tarixdə Quba rayonu, Adur kəndində və X5 24 iyun 2005-ci il tarixdə Quba rayonu, Adur kəndində X9 doğulmaları faktı müəyyən edilsin. xx.xx.2019-cu il tarixdə vəfat etmiş X6 22 aprel 2001-ci ildə doğulmuş X10, 24 iyun 2005-ci ildə doğulmuş X13, 04 mart 1999-cu ildə doğulmuş Ərizəçi ataları olmasının etiraf olunmasına dair hüquqi əhəmiyyəti fakt müəyyən edilsin və müvafiq doğum haqqında şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar