Məhkəmə qərarları › İş №2(027)-2094/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2094/2025

05.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2094/2025 05.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Məhkəmə iclas katibi Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh1 qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər qardaşının arvadı Cavabdeh1, qardaşının oğlu Cavabdeh2 Xalıq oğlu və qardaşının qızı Cavabdeh3 Xalıq qızının xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ona məxsus mülkiyyətində olan ünvan 1 ünvanında 0.0534 ha torpaq sahəsi və üzərində yerləşən 161.6 kv.m ümumi sahədən ibarət 4 otaqlı fərdi yaşayış evindən çıxarılması, mediasiya üçün ödənilmiş 60 (altımış) manat mediasiya xərcinin və 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ona məxsus ünvan 1 ünvanında 0.0534 ha torpaq sahəsi və üzərində yerləşən 161.6 kv.m ümumi sahədən ibarət 4 otaqlı fərdi yaşayış evində onun istəyi olmadan qardaşının arvadı Cavabdeh1, qardaşının oğlu Cavabdeh2 və qardaşının qızı Cavabdeh3 15 ilə yaxındır ki, yaşayırlar. Bu şəxslərin heç biri onun evində qeydiyyatda deyil. Heç vaxt da qeydiyyatda olmayıblar. Qeyd edir ki, rəhmətlik atası Cavabdeh2 öz evini qardaşı Xalıg Həsənova bağışlayıb. Xalıg da həmin evi uzun müddət əvvəl başqa birisinə satıb. Xalıg ailə qurduqdan sonra evi olmadığı üçün onun evində müvəqqəti yaşamağa başlayıb. Onun evinə yerləşəndə ən qısa vaxtda kirayə ev tutub çıxacağını bildirsə də, hər dəfə bəhanələrlə vaxtı uzadıb. Artığ 15 ilə yaxındır ki, qardaşı Xalıgın ailəsi onun evindədir. Halbuki, 1 ilə ev tapıb ailəsi ilə birgə çıxacağını demişdir. Xalıg 5 ilə yaxındır ki, ailəsini onun evində qoyub Almaniyaya gedib. Gedəndə də 1 ilə qayıdıb ailəsini də aparacağını bildirmişdi. Evdən qovmağa da üzü gəlmir. Ancaq dəfələrlə aralarında bu barədə söhbətlər olub. Ancaq yalandan vəd verərək evində onun icazəsi olmadan yaşamağa davam edirlər. Bu da onun rahatlığını pozur. Özü də xəstə adamdır. Daimi müalicə alır. Cavabdeh1 və övladlarının Quba rayonu Çiçi kəndində ata evi var. Evdə təkcə anası qalır. O da qış aylarında Rusiyaya oğlanlarının yanınına gedir. Ev boşdu, heç kim yaşamır. Xaçmaz şəhərində və Xaçmazın kəndində qardaşlarının evi var. Gedib orada yaşaya bilər də. Ancaq getmir. Qardaşına da dəfələrlə demişdir. Deyir Azərbaycana gələn kimi ev tutub ailəsini çıxaracaq ordan. Bilir ki, yalan deyir. Onu bir növ yola verir. Buna görə də cavabdehlərlə aralarıda olan mübahisənin könüllü şəkildə həlli üçün qanunvericiliyin tələbinə əsasən ilkin olaraq mediasiya şurasına müraciət etmişdir. Cavabdehlər keçirilən mediasiya prosesinə gəlməmişdir. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 (altımış) manat məbləğində mediasiyaya dair xərc tərəfindən ödənilmişdir. Yuxarıda sadaladıqlarını əsas gətirərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə Cavabdeh2 Xalıq oğlu və Cavabdeh3 Xalıq qızının yetkinlik yaşına çatmadıqlarını nəzərə alaraq, onların adlarının iddia tələbinin xahiş hissəsində göstərilməsinə baxamyaraq, iddia ərizəsində cavabdeh kimi göstərilməsinə zərurət görmür. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddia tələbin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materiallarında olan: Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı,xx.xx.2014-cü il qeydiyyat tarixli, **********39-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. xx.xx.2025-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqında araşına əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində - X7, X8, X4, İddiaçı, X9 və X3 qeydiyyatdadırlar. 30 iyul 1998-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh2 Abdulxalıq oğlu tərəfindən İddiaçı bağışlanılmışdır. 30 iyul 1998-ci il tarixdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. Quba şəhər “Komunizm yolu” kolxozunun xx.xx.1958-ci il tarixli 20 nömrəli protokolundan çıxarışa əsasən Kolxozun üzvü Cavabdeh2 Abdulxalıq oğluna fərdi yaşayış evi tikməkdən ötrü 0.06 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi : 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, hər bir şəxsin mülkiyyətində istənilən daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ şəxsin əmlak üzərində istədiyi kimi maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi yalnız mülkiyyətçinin razılığı və iradə ifadəsi ilə mümkün ola bilər. Əmlakın mülkiyyətçisi olan şəxsin iradəsinə zidd əmlakdan istifadə etmək mülkiyyət hüququna müdaxilə təşkil edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyinə son qoyularaq, əmlakını geri tələb edə bilər. İşin hallarından müəyyən olunur ki, mübahisələndirilən fərdi yaşayış evi 30 iyul 1998-ci il tarixli bağışlama müqaviləsinə əsasən iddiaçının atası tərəfindən ona bağışlanılmış,elə həmində tarixdə də sonuncuya qeydiyyat vəsiqəsi verilmişdir. Qeyd edilən sənədlərə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0534 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçı hazırda sözügedən fərdi yaşayış evində yaşayış qardaşı arvadı və onun övladlarının evdən çıxarılması ilə bağlı tələb irəli sürmüşdür. Məhkəmə iclası dəfələrlə təxirə salınmasına baxmayaraq cavabdeh məhkəməyə gəlməmiş, iddiaya qarşı münasibət bildirməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə tərəfindən tədqiq edilən faktiki hallarından göründüyü kimi İddiaçı mübahisəli evin mülkiyyətçisi olsa da, Cavabdeh1 və onunla birlikdə yaşayan övladları Cavabdeh2 Xalıq oğlu və Cavabdeh3 Xalıq qızının həmin evdə yaşamaqla müşahidə olunan hərəkətləri nəticəsində öz mülkiyyətindən istədiyi kimi istifadə, sahiblik edə bilmir. Bu da onun mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırılmasına, eləcə də evə dair hüquqlarından da məhrum edilməsinə dəlalət edir. Qeyd etmək lazımdır ki, mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə qüvvədə olan qanunvericilik ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd edilir ki, Yaşayış sahəsi mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. AR Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən isə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı(əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkittəçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən normalarının məzmunundan göründüyü kimi mülkiyyətçinin ailə üzvlərinin mülkiyyətçi ilə bərabər yaşayış sahəsindən istifadə etmək hüquq vardır. Lakin mülkiyyətçinin “ailə üzvləri” dedikə isə qanunverici mülkiyyətçinin əri(arvadı), uşaqları və valideynlərini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 oktyabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, Şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Həmçinin yuxarıda qeyd edilən Plenum Qərarında Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin 2-ci cümləsində qeyd edilən “digər qohumlar” ifadəsinə aydınlıq gətirilərək qeyd edilmişdir ki, “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Məhkəmə hesab edir ki, hazırkı halda Cavabdeh1 yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanmasını tələb etmək hüququ mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Beləliklə, məhkəmə araşdırması zamanı toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh1, Cavabdeh2 Xalıq oğlu və Cavabdeh3 Xalıq qızı xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında 0.0534 ha torpaq sahəsi və üzərində yerləşən 161.6 kv.m ümumi sahədən ibarət 4 otaqlı fərdi yaşayış evindən çıxarılmalıdırlar. İddia ilə həmçinin 60 (altımış) manat mediasiya rüsumu və dövlət rüsümü olaraq ödənilmiş 100 (bir yüz) manatın cavabdehdən tutulması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, qeyd edilən 60 (altımış) manat mediasiya rüsumu və 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrinə əsasən məhkəmə,

qətetdi:

İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 Xalıq oğlu və Cavabdeh3 Xalıq qızı xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0534 ha torpaq sahəsi və üzərində yerləşən 161.6 kv.m ümumi sahədən ibarət 4 otaqlı fərdi yaşayış evindən çıxarılsınlar. Cavabdeh1 60 (altmış) manat mediasiya rüsumu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat rüsum tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar