Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2095/2024 20.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədliyi, X4 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla doğum faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, onun 24 iyun 2005-ci il tarixində Quba rayonu, Adur kəndində doğulmağı faktının müəyyən edilməsi, ona “Doğum haqqında şəhadətnamə” verilərkən vətəndaş qrafasında “Ərizəçi”, atası qrafasında “X3”, anası qrafasında “X5” kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixində məhkəmə iclası zamanı müəyyən edilmişdi ki, 2(027)-2095/2024 saylı mülki işlə əlaqəli olan doğum faktının müəyyən edilməsi barədə ərizəçilər X1 və X2 Maraqlı şəxs cəlb olunmaqla doğum faktının müəyyən edilməsi barədə ərizələri üzrə 2(027)-2094/2024 saylı və 2(027)-2087/2024 saylı mülki işlər icraatdadır. Məhkəmə hesab edir ki, 2(027)-2095/2024 saylı və 2(027)-2094/2024 saylı mülki işlər üzrə icraat 2(027)-2087/2024 saylı mülki iş üzrə icraatla birləşdirilməklə baxılmalıdır. Ərizəçi məhkəmə iclasında hazırki işin 2(027)-2087/2024 saylı mülki işlə bir icraatda birləşdirilməsinə etiraz etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Qeyd edilən Məcəllənin 114.1.1-ci maddəsin əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 43, 169.3, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə 2(027)-2095/2024 saylı mülki iş 2(027)-2087/2024 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardad 100 (yüz) manat məbləğində dövlət rüsumunun (Əməliyyat İD: 528922185, qəbzin nömrəsi:10525 ödənişi edən Ərizəçi qaytarılması üçün əsasdır. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-2095/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2095/2024
20.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver