Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2098/2020 21.12.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X24 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba regional “Asan Xidmət” mərkəzi notariat ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Qasımova (Ağasiyeva) Ənfira Seyfəl qızı, X19 və X5 qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum anası X9 JN 00xx xxx 30307038 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən mülkiyyət hüququ əsasında məxsus olmaqla ondan miras qalmış Quba rayonu, Digah kəndi ərazisində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və digər əmlakları üzrə vərəsəliyin açılma yerinin Quba rayonu, Digah kəndi olması və həmin mirasın anamın ölümündən sonra o, yəni Ərizəçi qəbul etməsi faktının təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayonu AİK-nın xx xxxxxx 1997-ci il tarixli 08 saylı qərarı ilə anası X10 Quba rayonu, Digah kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0,50 ha torpaq sahəsi ayrılaraq verilmiş və adına JN: 00xx xxx 30307038 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı tərtib olunmuşdur. Həmin torpaq sahəsi mülkiyyət hüququ üzrə anası Aliyə Ağasiyevaya məxsus olmaqla ondan miras qalmışdır. X1 və X16 xx xxxx 1970-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirsələr də faktiki 1949-cu ildə evlənib ailə qurmuşlar. Birgə ər-arvad kimi yaşadıqları müddətdə xx.xx.1950-ci il tarixdə Tənzifə, xx.xx.1953-cü il tarixdə Elman, xx.xx.1955-ci il tarixdə o, yəni Veysəl, xx.xx.1957-ci il tarixdə Ənfira və xx.xx.1960-cı il tarixdə Lətif doğulmuşlar. X2 xx xxxx 1984-cü il tarixdə, anası X16 xx xxxxxx 2005-ci il tarixdə ölmüş, onun ölümündən sonra vərəsələri bacıları Tənzifə, Ənfirə, qardaşları Elman, Lətif və o qalsalar da, anasından qalmış 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini və digər miras əmlakını da faktiki o, istifadə və idarə etməklə qəbul etmişdir. Eləcə də vergi borclarını o, ödəyirəm və torpaq sahələrini o, əkib-becərir. Digər vərəsələr bacı və qardaşları anasından qalmış miras əmlakını qəbul etməmiş və xx xxxx 2020-ci il tarixdə Tənzifə, xx xxxxxx 2020-ci il tarixdə Ənfirə, xx xxxxxx 2020-ci il tarixdə Elman və xx xxxx 2013-cü il tarixdə Lətif, Notariat kontorunda ərizə verərək miras əmlakdan onlara çatası hissəni qəbul etmədiklərini və gələcəkdə də bu barədə hər hansı bir iddia qaldırmayacaqlarını bildirmişlər. Beləliklə də, qanunvericiliyin tələbləri üzrə anasından miras qalmış əmlak olan Quba rayonu Digah kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və digər miras əmlakları üzrə mirası faktiki idarə etməklə mən qəbul etmişdir. Vərəsələrdən bacısı X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Qasımova (Ağasiyeva) Ənfira Seyfəl qızı, X19 və X12 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Quba rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X11 xx.xx.1984-cü ildə Quba rayonu, Digah kəndində vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Quba rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından və “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə Quba rayonu, Digah kəndində anadan olmuş, atası – X11, anası – X16 olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Quba rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X11 ilə Aydəmirova (Ağasiyeva) Aliyə Məclum qızı arasında xx.xx.1970-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarına əlavə olunmuş Quba rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X13 xx.xx.1950-ci il tarixdə anadan olmuşdur. Onun anası qrafasında – X16 olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın Xucbala kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Ərizəçi Quba rayonu, Digah kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. İş materiallarına əlavə olunmuş “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X19 xx.xx.1960-cı ildə anadan olmuşdur. Anası qrafasında - X16 qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X15 xx.xx.1957-cı ildə anadan olmuşdur. Anası qrafasında - X16 qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 xx.xx.1953-cü ildə anadan olmuşdur. Anası qrafasında - X16 qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X16 xx.xx.2005-ci il tarixdə Quba rayonu, Digah kəndində vəfat etmişdir. İş materiallarına əlavə olunmuş “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ağakişiyeva (Ağasiyeva) Tənzifə Seyfəl qızı xx.xx.2020-ci il tarixdə Quba rayonu, Digah kəndində vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın Xucbala kənd İƏD üzrə xx.xx.2020ci il tarixli arayışından görünür ki, X3 rayonu, Digah kəndində yaşayıb, xx.xx.20005-ci il tarixdə vəfat etmiş, vəfatından sonra – X11 (əri-vəfat edib), Qasımova (Ağasiyeva) Ənfira Seyfəl qızı, X19 və X12 vərəsələridir. İş materiallarına əlavə olunmuş Quba rayon Digah-Xucbala Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X3 rayonu, Digah kəndində yaşayıb, xx.xx.20005-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra ona məxsus pay torpaq sahəsindən vərəsəsi Aöasiyev Veysəl Seyfəl oğlu istifadə edir. Torpaq vergisini X17 xx.xx.2006-cı il tarixdən 6 ay ərzində ödəmiş və hal-hazırda ödəyir. İş materiallarına əlavə olunmuş Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, X10 Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 08 saylı qərarına əsasən JN-0059, KOD 30307038 saylı Dövlət Aktı tərtib edilərək 0,50 ha torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. Qasımova (Ağasiyeva) Ənfira Seyfəl qızı, X19 və X12 məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1984-cü il tarixdə vəfat etmiş mərhum X4 və xx.xx.2005-ci il tarixdə vəfat etmiş mərhum X8 ölümündən sonra miras qalmış əmlakın onlara düşən miras əmlak paylarını faktiki qəbul etməmişlər, etmək niyyətində deyillər və gələcəkdə bu barədə məhkəmə orqanına müraciət etməyəcəklər. Beləliklə, məhkəmədə müəyyən olundu ki,Ərizəçi xx.xx.1955-ci ildə anadan olmuş, X2 və anası X16 olmuşdur. X11 xx.xx.1984-cü il tarixdə, X16 isə xx.xx.2005-cı il tarixdə vəfat etmişlər. X4 və X8 vəfatından sonra Qasımova (Ağasiyeva) Ənfira Seyfəl qızı, X19 və X12 və Ərizəçi qanun üzrə birinci növbəli vərəsələr kimi qeydiyyata alınmışlar. X7 miras qalmış Quba rayon Digah kəndində yerləşən 0,50 ha həyətyanı torpaq sahəsinə Ərizəçi sahiblik etmiş, onu qəbul etmiş, əmlaka dair vergiləri ödəmişdir. Lakin qanunu bilməməzlikdən miras qoyan X8 vəfat edəndən sonra qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmək üçün Notariat Kontoruna ərizə ilə müraciət etməmişdir. Anasından qalan mirası qəbul etmək üçün Quba regional “Asan Xidmət” mərkəzinin notariat ofisinə müraiət etsə də, oradan ona qanunla müəyyən edilmiş müddəti buraxdığına görə notariat hərəkətinin aparılmasından imtina edilmiş və məhkəməyə müraciət edilməsi məqsədə uyğun hesab edilmişdir. Bundan başqa, ərizəçi ərizəsində digər əmlakları üzrə vərəsəliyin açılma yerinin Quba rayonu, Digah kəndi olması və həmin mirasın anamın ölümündən sonra o, yəni Ərizəçi qəbul etməsi faktının təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, digər əmlakların nədən ibarət olması barədə məhkəməyə hərhansı sübut təqdim etməmiş və həmin faktı ərizəsində qeyd etməmişdir. Ona görə də, ərizə həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Qanunun 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, Ərizəçi göstərdiyi hallara əsasən anası X7 miras qalmış JN 00xx xxx 30307038 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı əsasında Quba rayon Digah kəndində yerləşən 0,50 ha həyətyanı torpaq sahəsi Ərizəçi qəbul etmiş hal-hazırda həmin əmlak onun faktiki sahibliyi və istifadəsindədir. Göstərilənləri nəzərə alaraq, ərizə əsaslı olduğu üçün təmin edilməli, anası X7 miras qalmış JN 00xx xxx 30307038 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı əsasında Quba rayon Digah kəndində yerləşən 0,50 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın, mirasın açılma yeri Quba rayonu Digah kəndi olmaqla Ərizəçi tərəfindən qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi qismən təmin edilsin. Miras qoyan X7 miras qalmış JN 00xx xxx 30307038 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı əsasında Quba rayon Digah kəndində yerləşən 0,50 ha həyətyanı torpaq sahəsinin onun ölümündən sonra mirasın açılma yeri Quba rayonu Digah kəndi olmaqla Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2098/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2098/2020
21.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver