Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2098/2022 23.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixində doğulmuş X1 xx.xx.2020-ci il tarixdə Quba şəhərində doğulması faktının müəyyən edilməsi və X2 doğum haqqında şəhadətnamə verilərkən atası qrafasında “X3” anası qrafasında “Ərizəçi” qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, onun xx.xx.2020-ci il tarixində Gülay adlı qızı dünyaya gəlmişdir. Bununla əlaqədar ona X5 Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixli doğum haqqında tibbi şəhadətnamə verilmişdir. O bu günə qədər Gülay üçün doğum haqqında şhadətnamə almamışdır. Belə ki, şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdikdə ondan uşağın sağlamlığı haqqında arayış tələb edilib. Sağlamlıq haqqında arayış almaq üçün ərazi üzrə poliklinikaya müraciət etdikdə isə məndən doğum haqqında şəhadətnamə tələb edilir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq, xx.xx.2020-ci il tarixində doğulmuş X1 xx.xx.2020-ci il tarixdə Quba şəhərində doğulması faktının müəyyən edilməsi və X2 doğum haqqında şəhadətnamə verilərkən atası qrafasında “X3” anası qrafasında “Ərizəçi” qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, təmin olunmasını xahş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X4 bildirdi ki, Ərizəçi onun bacısının evində 3-4 il kirayəşin yaşayıb. O, vaxtdan onu tanıyır. Bacısı evində yaşayarkən onun bir qızı doğulub. Adını Gülay qoyublar. Məhkəmə ərizəçini və şahidi dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi doğum haqqında tibbi şəhadətnamədən (TQS 103) görünür ki, xx.xx.2020-ci il tarixdə Quba rayon MX-nın doğun şöbəsində Ərizəçi doğuşu qeydiyyata alınmışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 05Q/-257 nömrəli məlumatından məlum olur ki, uşağın doğumunun qeydə alınması və uşağın sağlamlığı haqqında arayışı qeydiyyat şöbəsinə təqdim olunmadığına görə doğumun qeydə alınması mümkün olmamışdır, bununla əlaqədar məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Beləliklə məhkəmədə müəyyən edildi ki, Ərizəçi xx.xx.2020-ci il tarixdə Quba rayon Mərkəzi xəstəxanasının doğun şöbəsində qızı doğulmuşdur. Lakin by günə kimi uşağa doğum haqqında şəhadətnamə alınmadığından, Ərizəçi Məmmədova Gülayın xx.xx.2020-ci il tarixdə Quba şəhərində doğulması faktının müəyyən edilməsi və X2 doğum haqqında şəhadətnamə verilərkən atası qrafasında “X3” anası qrafasında “Ərizəçi” qeyd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, X1 xx.xx.2020-ci il tarixdə Quba şəhərində doğulması faktı müəyyən edilməli və X2 doğum haqqında şəhadətnamə verilərkən atası qrafasında “X3” anası qrafasında “Ərizəçi” qeyd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. X1 xx.xx.2020-ci il tarixdə Quba şəhərində doğulması faktı müəyyən edilsin. X2 doğum haqqında şəhadətnamə verilərkən atası qrafasında “X3” anası qrafasında “Ərizəçi” qeyd olunsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2098/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2098/2022
23.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver