Məhkəmə qərarları › İş №2(027)-2104/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2104/2023

03.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2104/2023 03.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X15 oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayonunun Susay kənd İƏDÜ Nümayəndəliyin Gərəy kəndində yaşamış və 26 yanvar 2001-ci il tarixdə ölmüş X4 onun doğma anası olmasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun X1 Quba rayonunun Susay kənd İƏD üzrə Nümayəndəliyin Gərəy kəndində yaşamış və 26 yanvar 2001-ci il tarixdə vəfat etmişdir. O, xx xxxx 1933-cü il tarixdə Quba rayonu, Gəray kəndində anadan olmuşdur. Lakin bu barədə Quba rayonu üzrə VVAQ şöbəsinin doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmadığından adına doğum haqqında şəhadətnamə verilməmişdir. X4 ölümündən sonra onun xüsusi mülkiyyətində olmuş Quba rayonu, Gəray kəndi ərazisində yerləşən JN-0004 KOD 30323028 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə 0,49 ha və daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, reyestr nömrəsi **********75 olan çıxarışa əsasən 0,20 ha torpaq sahələri miras qalmışdır. X4 ölümündən sonra onun yeganə birinci dərəcəli vərəsəsi kimi qeyd olunan miras əmlakını özü idarə etməklə faktiki olaraq mirası qəbul etmişdir. O, X1nın ölümündən sonra miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Quba Regional «Asan Xidmət» mərkəzində notariat ofisinə ərizə ilə müraciət etmişdir. Quba Regional «Asan Xidmət» mərkəzində notariat ofisi 25 aprel 2023-cü il tarixli məktubu ilə mirası qəbul etmə müddətini ötürdüyünə və X1 ilə qohumluq münasibətlərini təsdiq edən sənədləri təqdim etmədiyinə görə ərizəni təmin etməmiş və bununla bağlı məhkəməyə müraciət etməyi bildirilmişdir. Yuxarıda qeyd etdiyi kimi, onun doğumu haqqında VVAQ kitablarında müvafiq qeydiyyat aparılmadığına görə adına doğum haqqında şəhadətnamə verilməmiş və həmin səbəbdən də anasının həqiqətən X4 olması məhkəmə qaydasında müəyyən edilməlidir. Onun anasının həqiqətən X4 olması ərizəyə əlavə etdiyi akt, arayışlar və digər sənədlərlə sübuta yetir. Məhkəmədə Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdaifə edərək və ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs X22 xidmət Mərkəzində Notariat Ofisinin notariusu Cəmil Hüseynov məhkəməyə məktub göndərərək, X22 Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisinin iş rejimi və vətəndaş müraciətlərinin çoxluğu səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 və X9 ifadələrində Ərizəçi həmkəndliləri olduğlarını, mərhum X4 ərizəçinin anası olmasını, Güldanənin 2001-ci ildə vəfat etdiyini göstərmişlər. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba rayon RİHB-nın Susay kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 25 saylı Arayışından görünür ki, Ərizəçi Quba rayonu, Alpan kəndində qeydiyyatdadır, Gəray kəndində yaşayır. X1 vəfat etdikdən sonra onun əmlakını yeganə varisi Ərizəçi idarə edir. İş materiallarında olan Quba rayon RİHB-nın Susay kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 39 saylı Arayışından görünür ki, Ərizəçi Quba rayonu, Gəray kəndində yaşayır və mərhumə X5 onun anasıdır. İş materiallarında olan X9, X6 və X14 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Ərizəçi Quba rayon Gəray kəndində yaşayır və mərhum X5 onun anasıdır. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X5 xx.xx.2001-ci ildə Quba rayonu, Gəray kəndində ürək damar sistemi çatmamzlığı səbəbindən ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası X21 filialının 06 iyul 2023-cü il tarixli 3-48-AA-6/2-T-8xx-xx/2023 №li arxiv arayışından görünür ki, Quba rayonu, X8 Soveti İcariyyə Komitəsinin Gərəy kəndi üzrə 1960-1962-ci illərə aid təsərrüfatbaşına kitabda Ərizəçi 1933-cü ildə anadan olduğu qeyd edilmişdir. X12 Aktlarının Qeydiyyatı şöbəsinin 1933-cü ilə aid Alpan kəndi üzrə doğum aktlarının qeydi kitabı X21 filialına təhvil verilməmişdir. 1934-cü ilin Alpan kəndi üzrə doğum aktlarının qeyd kitabında isə Ərizəçi adı aşkar olunmadı. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş Ərizəçi ünvanlanmış 25 aprel 2023-cü il tarixli, 1365№li məktubdan görünür ki, mirsaın qəbulu müddəti ötürüldüyündən və mirasın qəbulu, ona sahiblik etmə barədə sübutlar və qohumluq münasibətlərini təsdiq edən sənədləri təqdim edə bilmədiyindən Notariat haqqında Azərbaycan Respublikası haqqında Qanunun 40-cı maddəsinin 1-ci bəndinin tələbinə əsasən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Məhkəmə təhqiqatı zamanı mərhum X4 Ərizəçi ilə qohumluq münasibətlərində (anası) olması, bu barədə doğum haqqında akt qeydləri kitabında məlumat olmadığı üçün ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilməməsi və həmin hüquqi faktın müəyyən edilməsinin ona X1ndan qalmış mirası qəbul etmək və vərəsəlik haqqında şəhadətnamə almaq üçün lazım olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması barədə hüquqi əhəmiyyətli fakt məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 26 yanvar 2001-ci il tarixdə ölmüş X4 Ərizəçi doğma anası olması faktı müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. 26 yanvar 2001-ci il tarixdə ölmüş X4 Ərizəçi doğma anası olması olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar