Məhkəmə qərarları › İş №2(027)-2116/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2116/2020

28.12.2020 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2116/2020 28.12.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X15 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölmüş elan edilməsinə” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1947-ci il tarixdə Quba rayonu, Küpçal kəndində anadan olmuş X3 ölmüş elan edilməsinin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X5 xx xxxxxx 1947-ci il tarixdə Quba rayonu, Küpçal kəndində doğulmuşdur. X4, anası X1r. xx xxxxxx 1969-cu il tarixdə rəsmi nikahı qeyd etdirərək ailə qurmuşlar. X5 1993-cü il tarixdə Bakı şəhərinə işləmək adı ilə çıxıb getmişdir. Bundan sonra həmin illərdə onlara verilən məlumata əsasən əri Birinci Qarabağ müharibəsinə aparmışlar. Həmin vaxtdan sonra əri ilə əlaqələr tamamilə kəsilmişdir. X2 ilə əlaqələr kəsilməsindən narahat olaraq dəfələrlə onu axtarmağa cəhdlər etmişlər. Bu barədə o, Quba rayon Polis Şöbəsinə müraciət etmişdir. Quba Rayon Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli məktubu ilə xx xxxxxx 1947-ci il təvəllüdlü X6 axtarışı ilə əlaqədar DİO-nun müvafiq orqanlarına sorğu məktubları göndərilməsi və onunla bağlı axtarış tədbirləri həyata keçirilməsi və onunla bağlı hər-hansı bir məlumatlar olarsa ona xəbər ediləcəyi bildirilmişdir. Lakin bu günə kimi əri Şakirdən heç bir xəbər yoxdur. Artıq uzun illərdir ki əri itkin düşmüşdür. Lakin bu günə kimi onu görən və barəsində nəsə eşidən olmamışdır. X3 ölümünün qeydə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmişlər. Maraqlı şəxs xx xxxxxx 2020-ci il tarixli 707 nömrəli məktubu ilə ona bu barədə imtina verilmiş və məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Ərinin ölmüş elan edilməsi onlara vərəsəlik məsələsinin həlli üçün lazımdır. X18 ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilmədiyinə görə göstərilənləri nəzərə alaraq, xx xxxxxx 1947-ci il təvəllüdlü X3 ölmüş elan edilməsinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizəsini müdafi edib, təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 xx.xx.1947-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan “nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 ilə Ərizəçi arasında xx.xx.12969-cu il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan Quba RİHB-nın Küpçal İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X9 1993-cü ildən son 27 ildir ki nümayəndəliyin ərazisində yaşamır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X9 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Quba RPŞ-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, xx.xx.1947-ci ildə anadan olmuş X9 1993-cü il tarixdə Bakı şəhərində işləmək məqsədilə getmiş və həmin vaxtdan onunla ailə üzvlərinin əlaqələri kəsilmişdir. xx.xx.1947-ci ildə anadan olmuş X9 qohumları ilə əlaqələri itmiş şəxs kimi axtarılır və tapılması üçün axtarış tədbirləri davam etdirilir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə Ərizəçi, X11, X8, X12 tərəfindən tərtib edilmiş aktdan görünür ki, xx.xx.1947-ci ildə anadan olmuş X9 xx.xx.1969-cu il tarixdə Ərizəçi ilə ailə qurmuş, həmin nikahdan üç övladları olmuşdur. X9 1993-cü ilə kimi ailəsi ilə birgə Küpçal kəndində yaşamışdır. Həmin il işləmək adı ilə evdən çıxmış, bir daha ailəsi və qohumları X9 barəsində heç bir məlumat əldə edə bilməmişlər. Onun sağ olması və vəfat etməsi barədə hal-hazıra kimi heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən, məhkəmə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin olunaraq, xx.xx.1947-ci il tarixdə Quba rayonu, Küpçal kəndində anadan olmuş X9 ölmüş elan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin olunsun. xx.xx.1947-ci il tarixdə Quba rayonu, Küpçal kəndində anadan olmuş X9 ölmüş elan edilsin. Mülki Məcəllənin 41.3-cü maddəsinə əsasən məhkəmə qərarının qüvvəyə mindiyi gün X6 ölüm günü sayılsın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar