Məhkəmə qərarları › İş №2(027)-2144/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2144/2025

11.08.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2144/2025 11.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahibliydən geri qaytarılması tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Gərəy kəndi ərazisində yerləşən mülkiyyətinə aid 1,5082 ha torpaq sahəsinin 0,50 ha hissəsinin Cavabdeh qanunsuz sahibliyindən alınaraq istifadəsinə qaytarılması və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə məhkəmə hazırlıq iclasında ərizə verərək, iddia ərizəsini, ona əlavə olunmuş sənədləri və dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin vəsatətini və iş materiallarını araşdırıb, hesab edir ki, iddiaçının nümayəndəsinin vəsatətinə əsasən hazırkı ərizə və ona əlavə olunmuş sənədlər, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti üzrə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, qaytarılır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 114.1.3, 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahibliydən geri qaytarılması tələbinə dair ərizə və ərizəyə əlavə olunmuş sənədlər İddiaçı nümayəndəsinin vəsatətinə əsasən geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli, ********** №-li qəbzə əsasən ödənilmiş 100 manat dövlət rüsumu iddia ərizəsi geri qaytarıldığından dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar