Məhkəmə qərarları › İş №2(027)-215/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-215/2023

30.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-215/2023 30.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaşadığı və onun gəlin köçdüyü Quba rayonu, Qonaqkənd qəsəbəsində yerləşən fərdi yaşayış evinə o, yəni İddiaçı uşaqları 16 may 2006-cı il təvəllüdlü X13 və 25 may 2014-cü il təvəllüdlü X14 ilə birlikdə köçürülməyi, mediasiyada ödədiyi 50 manat xidmət haqqının, iddia ərizəsinin verilməsi üçün ödədiyi 50 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində pulun Cavabdeh alınaraq mənə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 05 avqust 2002-ci il tarixdə el adəti üzrə ailə qurmuşdur. Nikahlarını 14 yanvar 2003-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 13 iyun 2003-cü il təvəllüdlü X15 adlı, 16 may 2006cı il təvəllüdlü X13 adlı və 25 may 2014-cü il təvəllüdlü X14 adlı uşaqları anadan olmuşdur. O, cavabdeh ilə ailə qurduqdan sonra Quba rayonu Qonaqkənd qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşlər. Cavabdeh ailə qurduqları ilk vaxtlardan münasibətləri pis olmuşdur. Daimi olaraq spirtli içki içmiş ona qarşı şiddət göstərmişdir. Artıq bu vəziyyətdə yaşamaq mümkün olmadığı üçün o, ona qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, aralarında bağlanmış rəsmi nikah pozulmuş, uşaqların onun yanında saxlanılması, saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat olmaqla cəmi 360 manat məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi qət edilmişdir. O, cavabdeh ilə birgə yaşadığı vaxtdan təsərrüfatla məşğul olmuşdur. Heyvanlar alaraq saxlamışlar. O, haqqı olan payın alınması üçün birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(027)-1343/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 4 baş iribuynuzlu (qaramal) heyvan alınaraq ona verilməsi qət edilmişdir. Aralarında olan nikah pozulduqdan sonra cavabdeh onu gəlin gəldiyi evdə yaşamağa qoymamışdır. O, məcbur olaraq övladları ilə birlikdə Quba rayonunda kirayə ev tutaraq yaşayır. Hazırda uşaqlarından biri 13 iyun 2003-cü il təvəllüdlü X15 hərbi xidmətdədir. Digər iki oğlu isə məktəblidirlər. O, kirayə yaşayaraq övladlarına baxmaqda böyük çətinliklər çəkir. Min bir əziyyətlə pul qazanaraq onlara baxır. Lakin kirayədə yaşamaq onların maddi vəziyyətləri pis təsir göstərir. Aylıq 180 manat məbləğində kirayə pulu verir. O, gəlin köçdüyü fərdi yaşayış evinə getmək istəsə də cavabdeh buna imkan vermir. Lakin ona məxsus bütün cehiz əmlakı hazırda həmin fərdi yaşayış evindədir. Quba rayonu, Qonaqkənd qəsəbəsində yerləşən fərdi yaşayış evində olan cehiz əmlakı 3 ədəd xalça, 2 ədəd 5 m kavrolit, 1 ədəd çilçıraq, 1 ədəd taxt, 1 ədəd stol,6 ədəd stul, 1 ədəd sandıq, 20 ədəd qazan, tava, 1 ədə çörək peçi, 1 ədəd paltaryuyan, 1 ədəd ət maşını, 3 ədəd böyük tas, 1 ədəd şefoner, 2 ədəd kravat, 5 fəst yorğan dğşək, 10 ədəd balaca döşəkçə, evdə olan qab-qacaqlar, 1 ədəd termo, 1 ədəd odun peçi, 1 ədəd qaz peçi, 4 ayaq tikiş maşını, 1 ədəd od somovarı, padnoslar, 1 ədəd teşt,evdə olan pərdələr, geyimlər, xırda əşyalardan ibarətdir. Hesab edir ki, cavabdehlə ailə münasibətləri pozulsa da, onun 2002-ci ildə gəlin köçdüyü evdən istifadə hüququ yaranmışdır. Eyni zamanda həmin evlə bağlı onun hüquqları Azərbaycan Respublikasının qanunvericiliyində və beynəlxalq hüquq normalarında nəzərdə tutulmuş “mənzil hüququ”nun təsir dairəsinə düşür və bu hüququnun manesiz həyata keçirilməsi cavabehin və digər şəxslərin qanunsuz hərəkətlərindən müdafiə olunmalıdır. O, cavabdehlə aralarında olan mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 4.6-cı, Ailə Məcəlləsinin 7-1-ci və “Mediasıya Haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin tələblərindən çıxış edərək ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 24 oktyabr 2022-ci il tarixli, 20771 nömrəli arayış verilmişdir. Cavabdehlə aralarında olan mübahisəni başqa qaydada aradan qaldıra bilmədiyi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı, 334433 nömrəli, AZ-İİ seriyalı 965854 nömrəli və AZ-İİİ seriyalı 351743 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh ilə X1 birgə nikahından 13 iyun 2003-cü il tarixdə X15, 16 may 2006-cı il tarixdə X13 və xx.xx.2014-cü il tarixdə X14 anadan olmuşlar. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)- 242/2021 saylı qətnaməsindən görünür ki, X7 ilə Cavabdeh arasında xx.xx.2003-cü il tarixdə Quba rayonu, Qonaqkənd qəsəbəsi üzrə icra nümayəndəliyində bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2003-cü il təvəllüdlü X15, xx.xx.2006-cı il təvəllüdlü X13 və xx.xx.2014-cü il təvəllüdlü X11 anaları -X2 yanıada qalması müəyyən edilmiş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2003-cü il təvəllüdlü X15, xx.xx.2006-cı il təvəllüdlü X13 və xx.xx.2014-cü il təvəllüdlü X11 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün, xx.xx.2020-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, hər ay cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment X2 xeyrinə tutulmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)- 1343/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh 4 baş iribuynuzlu (qaramal) heyvan alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı 388733 №-li şəhadətnamədən görünür ki, Cavabdeh və X7 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2021-ci ilin 09 ayının 17 günü 116 № ilə qeyd edilmişdir. İş materiallarında olan Quba RİHB-nın Qonaqkənd qəsəbə İnzibati Dairəsi üzrə nümayəndəliyinin 09 dekabr 2022-ci il tarixli, 435 №-li arayışından görünür ki, İddiaçı halhazırda Qonaqkənd qəsəbəsində yaşamır. İş materiallarında olan Quba RİHB-nın Qonaqkənd qəsəbə İnzibati Dairəsi üzrə nümayəndəliyinin 09 dekabr 2022-ci il tarixli, 436 №-li arayışından görünür ki, Piriyeva X4 qəsəbə sakini mərhum X5 evinə gəlin köçmüş, oğlu Cavabdeh ilə rəsmi ailə həyatı qurmuş və nikahın pozulmasına qədər X8 məxsus fərdi yaşayış evində yaşamışdır. İş materiallarında olan Quba RİHB-nın Qonaqkənd qəsəbə İnzibati Dairəsi üzrə nümayəndəliyinin 26 yanvar 2023-cü il tarixli, 48 №-li arayışından görünür ki, Piriyeva X4 qəsəbə sakini mərhum qaynatası X5 evinə gəlin köçmüş, oğlu Cavabdeh ilə rəsmi ailə həyatı qurmuş və nikahın pozulmasına qədər mərhum qaynatası X8 məxsus fərdi yaşayış evində yaşamışdır. 01№-li Qonaqkənd qəsəbə təsərrüfatbaşına kitabın 71 saylı hesab vərəqinə əsasən 0,22 ha torpaq sahəsində tikilmiş bir mərtəbəli ümumi sahəsi 96 kv.m üç otaqlı, yaşayış sahəsi 57 kv.m-dən ibarət fərdi yaşayış evində qeydiyyat olan aşağıdakı ailə üzvləri ilə birgə mərhum X9 məxsus fərdi yaşayış evində yaşamışlar. Cavabdeh Şahnurad oğlu, Yunusova (Piriyeva) Elnura Şəmistan qızı, X15, X13, X14. Həmin fərdi yaşayış evində hal-hazırda Cavabdeh tək yaşayır. İş materiallarında olan X18 rayon fərdi mediatorunun xx.xx.2022-ci il tarixli, 22771 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində, saat 14:00 radələrində keçirilən fərdi yaşayış evindən istifadə hüququnun tanınması, gəlin ködüyü evə köçürülmə mübahisəsi üzrə ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh isə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərc ödədi. İş materiallarında olan 02.011.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı hazırkı iddianın qaldırılması üçün 50 manat dövlət rüsumu ödəmişdir. İş materiallarından həmçinin görünür ki, iddiaçı ilə onun vəkili arasında hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmış və iddiaçı tərəfindən vəkilə xx.xx.2022-ci il tarixli mədaxil qəbzi ilə 50 manat pul ödənilməsi göstərilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 2002-ci ildə Cavabdeh Şahnurad oğlu ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, nikahlarını 14 yanvar 2003-cü il tarixdə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahından 13 iyun 2003-cü il tarixdə X15, 16 may 2006-cı il tarixdə X13 və xx.xx.2014-cü il tarixdə X14 anadan olmuşlar. İddiaçı Cavabdeh Şahnurad oğlu ilə ailə qurduqdan sonra Cavabdeh yaşadığı Quba rayonu, Qonaqkənd qəsəbəsində yerləşən fədri yaşayış evinə gəlin köçərək həmin evdə yaşamışlar. Sonradan Cavabdeh Şahnurad oğlu ilə aralarında bağlanmış nikahları pozulmuş, iddiaçı uşaqlarını da götürüb kirayədə yaşamağa məcbur olmuşdur. İddiaçıya məxsus cehiz əşyaları hal-hazırda da mübahisəli evdədir. Eyni zamanda, məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, İddiaçı iki uşağı ilə birlikdə köçürülməsini tələb etdiyi Quba rayonu, Qonaqkənd qəsəbəsində yerləşən mübahisəli fərdi yaşayış evi mülkiyyət hüququ əsasında tərəflərin heç birinin adına xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydə alınmamışdır. Göründüyü kimi Quba rayonu, Qonaqkənd qəsəbəsində yerləşən mübahisəli yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmadığından, həmin evə heç bir hüquq müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xilamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşmmaz əmlaka-digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alımalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxs ər yaş binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinir mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlə mübahisəli evdə birgə təsərrüfat aparmaqla ailə üzvi; kimi yaşadığından, o və uşaqları Cavabdeh ailə üzvü olduğundan, onların başqa yaşayış yerinə malik olmaması və evlə daimi əlaqəsinin olmasına görə həmin evi onların mənzili adlandırmaq olar. Məhkəmə hesab edir ki, İddiaçı və iki uşağının həmin evə köçürülməsinə məhdudiyyətlər yaradılması mənzil hüququnu təsbit edən Azərbaycan Respublikasının Konstitusiyasının 43 və İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə nəyatına, mənzilinə və yazışma sirrinə hörmət, hüququna malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci bəndinə əsasən əgər yaşayş sahəsinin mülkiyyətçisi yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasım tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericilikidə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Beləliklə, məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə uyğun olaraq iddia tələblərinə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Quba rayonu Qonaqkənd qəsəbəsində yerləşən fakitki olaraq cavabdehə məxsus fərdi yaşayış evi iddiaçı və azyaşlı uşaqlarının mənzili hesab olunduğundan İddiaçı, uşaqları 16 may 2006-cı il təvəllüdlü X13 və 25 may 2014-cü il təvəllüdlü X14 ilə birlikdə həmin evə köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, ilkin mediasiya prosesi üçün ödənilmiş 50 (əlli) manat, hüquqi yardım ilə əlaqədar 50 manat və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 50 manat Cavabdeh tutularaq, İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Azərbaycan Respublikası MPM-nin 115.0.5 və 115.0.6-cı malddələrinə əsasən nümayəndəyə və vəkilə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı, uşaqları 16 may 2006-cı il təvəllüdlü X13 və 25 may 2014-cü il təvəllüdlü X14 ilə birlikdə Quba rayonu Qonaqkənd qəsəbəsində yerləşən faktiki Cavabdeh məxsus fərdi yaşayış evinə köçürülsün. İlkin mediasiya prosesi üçün ödənilmiş 50 (əlli) manat, hüquqi yardım ilə əlaqədar 50 manat və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 50 manat Cavabdeh tutularaq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına (elektron qaydada) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar