Məhkəmə qərarları › İş №2(027)-2157/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2157/2024

04.11.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2157/2024 04.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə köçürürlmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı Quba Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ovə azyaşlı övladı X8 ilə birlikdə cavadehlərin yaşadığı və sahiblik etdiyi, gəlin köçdüyü Quba rayon Rustov kəndində yerləşən 2 mərtəbədən ibarət birinci mərtəbəsi 1 zal iki otaq, ikinci mərtəbə 3 otaq bir zal və bir kuxna olmaqla mənzilə köçürülməsi və ya köçürülməsi mümkün olmadıqda 7000 (yeddi min) manat məbləğində konpensasiya əvəz olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icalsında İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə xx.xx.2014-cü il tarixdə nikaha daxil olaraq ailə həyatı qurmuşadur. Birgə nikah dövründə iki övladı dünyaya gəlib. 2014-cü ilin avqust ayında cavabdehlərə məxsus Quba rayon Rustov kəndində yerləşən 2 mərtəbədən ibarət birinci mərtəbəsi 1 zal iki otaq, ikinci mərtəbə 3 otaq bir zal və bir kuxna olmaqla mənzilə gəlin köçmüşdür. Gəlin köcdüyü vaxt özü ilə cehiz-əmlakları aparmişdır. Cavabdeh1 Xalədddin oğlu ilə aralarında ailə mübahisələri olduğu üçün birgə nikahı davam eletdirə bilmədilər. Quba rayon məhkəməsinin 2(027)-76/2023 saylı xx.xx.2023-cü il qətnaməsinə əsasən nikahları ləğv edilmişdir. Hal-hazırda o və himayəsində olan azyaşlı övladı ilə birgə valideyini ilə birlikdə Timiryazev qəsəbəsində yaşayırlar. Bugünədək cavabdehlər onun və himayəsində olan azyaşlı övladına maddi-və mənəvi köməklik göstərməmişlər əksinə tez-tez müdaxilə etmişlər. O, gəlin köçdüyü vaxt cavabdehlərə məxsus Quba rayonu Rustov kəndindəki mənzildə birgə yaşamaqlarına baxmayaraq onun və valideynlərinin köməyi ilə həmin evə təmir işlərinə müəyyən qədər xərc çəkmiş, köməklik etmişdir. Birgə nikah dövründə keçmiş yoldaşı Cavabdeh1 ilə birgə nikah dövründə müəyyən qədər gəlirləri olsada gəlirlərə sahiblik cavabdehlik etmişdir. Hal-hazırda o azyaşlı övladı ilə valideyininin yanında yaşayır, maddı vəziyyətləri çətin durumdadır. Cavabdehlərə məxsus Quba rayon Rustov kəndində yerləşən mənzilə sənədlərin kimə aid olduğunu bilmir lakin evə sahiblik cavabdehlər edirlər. Məhkəmədən iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, göstərmişdir ki, iddiaçının köçüb yaşamaq istədiyi Quba rayon Rustov kəndində yerləşən ev nənəsinin olub. Həmin evi özü təmir etmişdir. Hazırda ev onlardan heç kimin adına deyil. İddiaçı ilə birgə yaşadıqları müddətdə ev tikməmişlər. İddiaçının Quba rayonu, həmin evdən heç bir istifadə hüquqları yaranmamışdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, göstərmişdir ki, iddiaçının köçüb yaşamaq istədiyi Quba rayonu, Rustov kəndində yerləşən ev anasına məxsus olub. Həmin ev 1890-cı illərdə tikilmiş, ev 3 otaqlı olmuşdur. Həmin evi təmir etmişlər. İddiaçı həmin evə gəlin gələrkən ev hazır vəziyyətdə olmuşdur. Ev 5 nəfər vərəsəyə aiddir yəni anasının 5 vərəsəsi vardır. İddiaçının həmin evə dair heç bir haqqı yoxdur, odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək, göstərmişdir ki, Quba rayonu, Rustov kəndində yerləşən ev qaynanasına məxsus olub. O, özü də həmin evə gəlin köçmüşdür. 42 ildir ki, həmin evdə yaşayır. İddiaçının həmin evdə dair haqqı yoxdur, odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş üzrə iddiaçının və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, onlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-175F 30321018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Quba rayonu X4 01 noyabr 1997-ci il tarixli 14 saylı qərarı ilə 0,26 hektar torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan olan 03 iyul 1989-cu il tarixli, 365 saylı Qeydiyyat vəsiqəsindən görünür ki, Quba rayonu, X6-xacə kəndində yerləşən, iki mərtəbəli, üç yaşayış otaqlı yaşayış evi mülkiyyət hüququ əsasında Quba rayonu, X1 adına 03 iyul 1989-cu il tarixdə 264 reyestr nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan AZ-İ seriyalı 394069 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, X5 ilə Cavabdeh1 arasında 20 noyabr 2014-cü il tarixdə Quba RİHB-nın Rustov İƏD üzrə nümayəndəliyində bağlanmış 76 nömrə ilə qeydə alınmış nikah pozulmuş, nikah pozularkən tərəflərin birgə nikahından 30 iyun 2017-ci il tarixdə anadan olmuş X8 anası X2 yanında, 24 may 2015-ci il tarixdə anadan olmuş X9 isə atası Cavabdeh1 yanında saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının uşağı ilə birlkidə köçüb yaşamasını tələb etdiyi iddia predmetini təşkil edən Quba rayonu, Rustov kəndində yerləşən fərdi yaşayış evi mərhum X1 mülkiyyətində olmuşdur. İddiaçı xx.xx.2014-cü ildə Cavabdeh1 ilə ailə qurub, mübahisəli evə gəlin köçmüşdür. Cavabdeh1 ilə İddiaçınən birgə nikahlarından 24 may 2015-ci il tarixdə Ziya və 30 iyun 2017-ci il tarixdə Anar adlı uşaqları doğulmuşlar. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 arasında 20 noyabr 2014-cü il tarixdə bağlanmış ilə qeydə nikah pozulmuş, iddiaçı yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə həmin evdən çıxıb valideynlərinə məxsus yaşayış evinə getmişdir və hazırda da uşağı ilə birlikdə həmin evdə yaşayır. Quba rayonu, Rustov kəndində yerləşən həmin fərdi yaşayış evindən istifadə hüququ ilə bağlı evin mülkiyyətçiləri ilə İddiaçı, həmçinin İddiaçı uşağı arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma bağlanmamış və İddiaçı və uşağının həmin yaşayış evindən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Pespublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahadən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu ili oktyabırn 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27 may 2008-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notarial qaydada təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına istinad edilərək göstərilir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur:-mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması;həmin razılaşmanın notarial qaydasında təsdiq edilməsi;-istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Köhnə redaksiyada (1964-cü il) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111-ci maddəsinə əsasən əmlak ümumi mülkiyyət hüququ əsasında o cümlədən iki və ya bir neçə vətəndaşa məxsus ola bilər. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən paylar məlum olan ümumi mülkiyyətdə sahiblik, istifadə və sərəncam bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasəni ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasında razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İddiaçı fərdi yaşayış evinin mülkiyyətçiləri ilə fərdi yaşayış evindən istifadəsilə bağlı notarial qaydada təsdiq olunmuş yazılı razılaşmanın bağlanması və mübahisəli evə istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, bu iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. Beləliklə, hazırki işdə evə köçürmə ilə bağlı qanunda göstərilən şərtlər mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Beləliklə, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə köçürürlmə barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə köçürürlmə barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar