Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2176/2021 19.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs uşağın anadan mənşəyinin müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 12.04.2013-cü ildə Quba rayonu, Zərdabi kəndində doğulmuş X2 ondan – Ərizəçi doğulması hüquqi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslanıdırılmışdır ki, o 03 dekabr 2017-ci il tarixdə X1 ilə nikahsız ailə qurmuşdur. Faktiki ailə münasibətlərindən 12 aprel 2013-cü il tarixdə X3 adlı uşaqları doğulmuşdur. X7 kənd məntəqəsində doğulmuş, bu barədə 21 sentyabr 2021-ci il tarixli arayış da verilmişdir. Lakin o, uşağına doğum haqqında şəhadətnaməni vaxtında almadığı üçün müddəti ötürmüşdür. Qızı Fidan məktəbə gedərək yaşıdları kimi qanunvericiliklə ona verilən təhsil hüququndan istifadə etmək istəyir. O, bir valideyn olaraq gecikmiş olsa da, uşağına doğum haqqında şəhadətnamə almaq istəyir. Lakin qızı Fidan Alimovanın doğumundan uzun müddət keçdiyi üçün ona doğum haqqında şəhadətnamə ala bilmir. Qızı Fidana doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs 24.09.2021-ci il tarixli məktubu ilə ona imtina verilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ona görə də üçün 12 aprel 2013-cü il tarixdə doğulmuş Fidan Alimovanın ondan doğulması, yəni uşağının anadan mənşəyinin məhkəmə qaydasında müəyyən olunması tələb olunur. Qızı Fidanın doğum haqqında şəhadətnaməsi olmadığı üçün hal-hazırda Azərbaycan Respublikası vətəndaşlığından irəli gələn heç bir hüquqa malik deyildir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahat verərək, Bəsti Alimovla nikahsız ailə qurduqlarını, faktiki münasibətlərindən 12.04.2013-cü ildə Quba rayonu, Zərdabi kəndində X2 doğulduğunu bildirmişdir. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini dinləyərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 24.09.2021-ci il tarixli məktubdan görünür ki, X2 barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydləri aşkar olunmamışdır. İş materiallarında olan RMX-nın Zərdabi həkim Məntəqəsinin 21.09.2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi 12.04.2013-cü il tarixdə Quba rayonu Zərdabi kəndində X3 adlı uşaq dünyaya gətirmişdir, uşaq hal-hazırda yaşayır və sağlamdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci bəndində doğumun qeydə alınması üçün təqdim edilməli olan sənədlər sadalanmışdır. Həmin sənədlərdən biri “doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd” kimi göstərilmişdir. Ərizəçi uşağı tibb müəssisəsindən kənarda dünyaya gətirdiyinə görə doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin sənədi yoxdur. Qaydaların 2.6-cı bəndində isə göstərilib: “Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir.” Ərizəçi 12.04.2013-cü il tarixdə Quba rayonun Zərdabi kəndində bir qız uşağı (valideynləri tərəfindən “Fidan” adlandırılan uşağı) doğması faktı iş üzrə toplanmış sübutlarla – ərizəçinin izahatı, şahidin ifadəsi, Zərdabi həkim məntəqəsinin arayışları ilə müəyyən olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi Quba rayonunun Zərdabi kəndində 12.04.2013-cü il tarixdə doğulmuş Fidan adlı uşağın anası olması faktı sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Quba rayonunun Zərdabi kəndində 12.04.2013-cü il tarixdə doğulmuş Fidan adlı uşağın Ərizəçi doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2176/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2176/2021
19.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver