Məhkəmə qərarları › İş №2(027)-220/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-220/2022

15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-220/2022 15.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Beynalxalq Bankı ilə bağlanmış 11 aprel 2016-cı il tarixdə 132-11.04.2016-GUB52 saylı bağlanmış zaminlik müqaviləsi üzrə ödədiyi 1517 (min beş yüz on yeddi) manat məbləğində pulun borclu-Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh onun tanışıdır. 2016-ci ilin aprel ayında onun təcili pula ehtiyacı olduğunu və bunun üçün bankdan kredit almaq istədiyini bildirərək, ondan onun üçün zamin durmağı xahiş edib. Cavabdeh götürəcəyi krediti vaxtlı-vaxtnda banka özünün ödəyəcəyini bildirib. O da Cavabdeh tanıdığından və arada inam və etibar olduğundan onun üçün zaminlik etməyə razılaşıb. Cavabdeh 11.04.2016-cı il tarixli 132-11.04.2016-GUB52 №li kredit müqaviləsinə əsasən "xxxx"dan 2500 manat məbləğində kredit götürmüş, onunla "xxxx" arasında 11 aprel 2016-cı il tarixdə 132-11.04.2016-GUB52 № saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit götürdükdən sonra kredit müqaviləsinə əsasən hər ay ödəməli olduğu kredit borcunun müəyyən bir hissəsini ödəsə də, qalan borc məbləğini ödəməmişdir. Bu səbəbdən də kredit borcu üzrə zaminlik müqaviləsi əsasında zamin olduğundan qalıq qalmış 1517 manat kredit borcunu 13 avqust 2021-ci il tarixdə "xxxx"na ödəyib. Həmin ödəniş qəbzini ərizəyə əlavə edib. Bu fakt ərizəyə əlavə etdiyi ABB-nin Quba filialının 16.08.2021-ci il tarixli 234 saylı arayışı ilə də təsdiq olunur. Cavabdehdən ondan əsassız olaraq tutulmuş 1517 manat məbləğində pulu tələb etsə də o, həmin pulu ona ödəməkdən imtina etmişdir. Hesab edir ki, məhkəmə qətnaməsinə əsasən ondan tutulmuş 1517 manat məbləğində pul cavabdehdən tutularaq ona verilməlidir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh Azərbaycan Beynalxalq Bankı ilə bağlanmış 11 aprel 2016-cı il tarixdə 132- 11.04.2016-GUB52 saylı bağlanmış zaminlik müqaviləsi üzrə ödədiyi 1517 manat məbləğində pulun borclu-Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş sənədlərində olan 11.04.2016-cı il tarixli 132-11.04.2016-GUB52 №li zaminlik müqaviləsindən görünür ki Cavabdeh 11.04.2016-cı il tarixli 132-11.04.2016-GUB52 №li kredit müqaviləsinə əsasən "xxxx"dan 2500 manat məbləğində kredit götürmüş, onunla "xxxx" arasında 11 aprel 2016-cı il tarixdə 132-11.04.2016-GUB52 № saylı zaminlik müqaviləsi bağlanmışdır. İş sənədlərində olan "xxxx" ASC-nin 16.08.2021-ci il tarixli 234 nömrəli arayışından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 11.04.2016-cı il tarixli 132-11.04.2016-GUB52 №li kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh 2500 manat məbləğində kredit verilmiş, kreditin təminatı olaraq, İddiaçı ilə həmin tarixdə və nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Müvafiq zaminlik müqaviləsi üzrə kredit borcu banka tam qaytarılmış, ona hesablanmış faizlət tam ödənilmişdir. İddiaçı zaminlik müqaviləsi üzrə 13.08.2021-ci il tarixinə bank qarşısında icra edilməmiş öhdəliyi mövcud deyildir. İş sənədlərində olan Azərbaycan Beynəlxalq Bankı” ASC-nin 13.08.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı müştərinin adından, yəni Cavabdeh adından banka 1517 (min beş yüz on yeddi) manat məbləğdə pul ödəyib. İş sənədlərində olan AZE ******** sseriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcələnin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1 maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir Şərh edilənləri nəzərə alaraq, məhkəmə Cavabdeh 1517 (min beş yüz on yeddi) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı ödənilməsini qanuni hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 1517 (min beş yüz on yeddi) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar