Məhkəmə qərarları › İş №2(027)-221/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-221/2025

05.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-221/2025 05.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən ücüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1 5 saylı Xaçmaz Ərazi idarəsi cəlb olunmaqla Cavabdeh qarşı torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, **********4 qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, **********15 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu Mürsəliqışlaq kəndində yerləşən 0,07 ha torpaq sahəsindən ona düşən ½ hissədə payının əsas döngə nöqtələri və koordinantları 2-3 (Y-4589959.6997; X-317980.72) başlamaqla əsas döngə nöqtələri və koordinantları 3-4 (X- 317997.66; Y-4589989.1498) hissəsinə kimi olan ərazidən (yaşamaq üçün tikilmiş balaca tikilinin olduğu yer daxil olmaqla) Cavabdeh ½ hissədə payından naturada ayrılaraq (bölünərək) verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 25 iyun 2005-ci ildə Cavabdeh ilə rəsmi nikah qeyd etdirərək ailə qurmuş, birgə nikahdan 19 mart 2007-ci ildə Eyyub və 04 avqust 2009-cu il təvəllüdlü Şəhanə adlı uşaqları anadan olmuşdur. Quba Rayon Məhkəməsinin 2(027)-1216/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Quba Rayon Məhkəməsinin 2(027)-73/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, iddia təmin edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13 mart 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Xaçmaz rayonu, Mürsəlqışlaq kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinə ½ payı müəyyən edilmişdir. Qətnamə icra edilməsi üçün Quba rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Həmin qətnamənin icra olunması nəticəsində, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Mürsəliqışlaq kəndində yerləşən 0,07 ha torpaq sahəsi 1/2 hissədə ona, 1/2 hissədə cavabdehə məxsusdur. Həmçinin həmin torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Birgə nikah dövründə əldə edilmiş əmlaklara sahiblik və istifadə etməklə bağlı iş üzrə cavabdehlə aralarında mübahisə olduğu üçün ona mülkiyyətindən istifadə etməyə maneə olur. Payının cavabehin razılığı ilə naturada ayrılması mümkünsüzdür. Belə ki, o dəfələrlə cavabdehə ona düşən torpaq payının və üzərində tikdikləri qeydiyyatsız tikililərin naturada ayrılıb verilməsini xahiş etsə də, cavabdeh buna əməl etmir. Cavabdehin təqsirli əməlləri nəticəsində paylı mülkiyyətin mülkiyyətçisi kimi o mülkiyyətində olan əmlakdan səmərəli surətdə istifadə edə və mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Ona görə də hal-hazırda birgə nikah dövründə əldə edilmiş əmlakdan müəyyən edilmiş 1/2 hissədə payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etməyə məcbur olmuşdur. Həmin torpaq sahəsində birgə nikah dövründə bir otaqlı yaşayış sahəsi və böyük bir tövlə tikilmişdi. Qeyd edilən tikililərə mülkiyyət hüququ müəyyən edilməmişdir. Lakin birgə nikah dövründə əldə etdikləri 0,07 ha torpaq sahəsi naturada bölünərsə, torpaq sahəsinin üzərində olan qeydiyyatsız tikililər də həmin torpaq sahəsinin üzərində qalmaqda davam edəcəkdir. Gələcəkdə naturada bölgü ilə bağlı torpaq sahəsinin üzərində olan tikililərə görə hər hansı problemin yaşanmaması üçün o torpaq sahəsinin bölgüsünün hansı qaydada həyata keçirilməsi ilə bağlı istəyini iddia ərizəsində qeyd edir. Belə ki, cavabdehin özünün də çox yaxşı bildiyi kimi fərdi yaşayış evinin tikintisinin əksər hissəsini onun qohumları həyata keçirmişlər. Torpaq sahəsində birgə nikah dövründə tikdirdikləri tövlənin bazar dəyəri fərdi yaşayış evindən qatqat çoxdur. Lakin o torpaq sahəsinin ona düşən 1/2 hissədə payının naturada ayrılmasını tövlə tərəfdən deyil, fərdi yaşayış evi tərəfdən aparılmasını istəyir. Bu zaman isə torpaq sahəsində birgə nikah dövründə inşa etdikləri tövlənin cavabdehdə qalmasına etiraz etmir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, torpaq sahəsinin 2 metr məsafə buraxılmaqla bölünməsini xahiş etmişdir. İş üzrə digər ücüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1 5 saylı Xaçmaz Ərazi idarəsinə məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdilər. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş matariallarını tədqiq etməklə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X1 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2024-cü il tarixli, qeydiyyat nömrəsi **********4 reyestr nömrəsi **********15 reyestr nömrəli Çıxarışdan görünür ki, Xaçmaz rayonu, Mürsəlqışlaq kəndi ərazisində yerləşən 0.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi birgə paylı mülkiyyət hüququ əsasında ½ hissədə Cavabdeh, və ½ hissədə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə təyin edilmiş və keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2025-ci il tarixli rəyinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1in 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmz əmlakın Dövlət reyestrinin xx.xx.2024-cü il tarixli, qeydiyyat nömrəsi xx.xx.2024-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********35 olan çıxarışa əsasən, Xaçmaz rayonu, Mürsəlqışlaq kəndi ərazisində yerləşən 0.07 ha yaşayış sahəsi (tkililər nəzərə alınmaqla) ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh paylarına düşən hissəsinin naturada ayrılması mümkündür. Hansı hissədə bölgünün olması sxemdə əks olunur (bölgü sexmi). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. İddiaçı torpaq sahəsindən ona düşən payın naturada ayrılması və ona verilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ekspertizanın rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1in 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmz əmlakın Dövlət reyestrinin xx.xx.2024-cü il tarixli, qeydiyyat nömrəsi xx.xx.2024-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********35 olan çıxarışa əsasən, Xaçmaz rayonu, Mürsəlqışlaq kəndi ərazisində yerləşən 0.07 ha yaşayış sahəsi (tkililər nəzərə alınmaqla) ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh paylarına düşən hissəsinin naturada ayrılması mümkündür, hər bir mülkiyyətçiyə paylarına uyğun bölgü aparılmış və sxem tərtib olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göstərilənlərə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməli, Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X1 xx.xx.2024-cü il tarixli, qeydiyyat nömrəsi **********4 reyestr nömrəsi **********15 reyestr nömrəli çıxarışa Xaçmaz rayonu, Mürsəlqışlaq kəndi ərazisində yerləşən 0.07 torpaq sahəsindən İddiaçı ½ hissə payı naturada bölünməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X1 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2024-cü il tarixli, **********4 qeydiyyat nömrəli, **********15 reyestr nömrəli Çıxarışa əsasən, Xaçmaz rayonu, Mürsəlqışlaq kəndi ərazisində yerləşən 0.07 ha torpaq sahəsindən İddiaçı ½ hissə payı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2025-ci il tarixli 10/129 saylı ekspertiza rəyində istinad olunmuş mütəxəssis rəyinə əlavə olunmuş sxem və bölgü üzrə naturada ayrılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar