Məhkəmə qərarları › İş №2(027)-2213/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2213/2025

30.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2213/2025 30.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X9 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba rayon Qeydiyyat Şöbəsinə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 26 fevral 2012-ci ildə vəfat etmiş X15 onun anası 22 iyun 2015-ci il tarixdə vəfat etmiş X16 isə onun qardaşı olmaqla qohumluq münasibətində olması faktının müəyyən edilməsi və məhrum X7ndan və mərhum X4ndan miras qalmış JN-059A KOD 30325058 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Quba rayonu, Gültəpə kəndi ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və JN-0088 KOD 30325058 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Quba rayonu Gültəpə kəndi ərazisində yerləşən 1,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras qoyanlar X24 və X16 ölümündən sonra onun, yəni Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Qeyd olunan hüquq normasının tələblərinə əsasən Ərizəçi etibarnamə üzrə nümayəndəsi X19 məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 26 fevral 2012-ci ildə vəfat etmiş X15 onun anası və 22 iyun 2015-ci il tarixdə vəfat etmiş X16 onun qardaşı olmaqla qohumluq münasibətində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi 1935-ci ildə anadan olmuşdur. Onun X7, atası X25 olmuşdur. X38 İİ Dünya müharibəsi zamanı müharibəyə getmiş və bir daha geri qayıtmamışdır. X7 isə xx.xx.2012-cü il tarixdə vəfat etmişdir. Valideynlərinin birgə nikahından 15 mart 1940-cı il tarixdə X4 anadan olmuşdur. X4 isə 22 iyun 2015-ci il tarixdə vəfat etmişdir. X2 və X4nun vəfatından sonra onlardan miras əmlak qalmışdır. Belə ki, JN-059A KOD 30325058 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X7 və X4ndan Quba rayonu, Gültəpə kəndi ərazisində 0,10 ha həyətyanı torpaq sahəsi və JN-0088 KOD 30325058 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə 1,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras qalmışdır. Onu da qeyd edir ki, qardaşı Kamil İsayev xx.xx.2008-ci il tarixdə Qürbətova (İsayeva) Nurxanım Tayıbşah qızı ilə nikaha daxıl olmuş və həmin nikahdan uşaqları olmamışdır. Qürbətova (İsayeva) Nurxanım Tayıbşah qızı isə xx.xx.2011-ci il tarixdə vəfat emişdir. X2 qanun üzrə birinci növbəli, X4nun isə birinci növbə vərəsələri olmadığından ikinci növbə vərəsəsi kimi miras əmlakdan mənə çatası payın alınması üçün Quba regional ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisinə müraciət etmişdir. Lakin ona X24 və X26 ilə qohumluq əlaqələrini müəyyən etmək olmadığı, o cümlədən mirasın qəbul edilməsi müddətini ötürməyi əsası ilə vərəsəlik işi açılmasından imtina edilmişdir. Qohumluq münasibətinin təsdiq olunması ilə bağlı sənədləri ona görə notariat orqanına təqdim edə bilməmiş ki, onun doğum haqqında şəhadətnaməsi yoxdur, qardaşı Kamil İsayevin doğum haqında şəhadətnaməsi olsa da, həmin şəhadətnamədə də anaları Ceyran İsayevanın ata adı “Kərim” kimi deyil, “Hüseynxan” kimi qeyd edilmişdir. Eyni zamanda onun şəxsiyyət vəsiqə olsa da, doğum haqqında şəhadətnamənin olmamasına görə həmin sənədin əldə edilməsi ilə bağlı həm müvafiq qeydiyyat orqanına, həm də arxiv orqanlarına sorğular vermişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilən arayışdan göründüyü kimi Quba rayon qeydiyyat şöbəsinin 1934-1939-cu illərə aid Möhüc kəndi üzrə doğum aktlarının qeyd kitabında Ərizəçi doğum faktı aşkar edilməmişdir. Bundan əlavə Quba rayon qeydiyyat şöbəsi tərəfindən də onunla X15 ana-oğul olması, o cümlədən X26 ilə qardaş olmağı barədə doğum haqqında şəhadətnamə təqdim edə bilmədiyi üçün qohumluq faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Ona görə də xx.xx.2012-ci il tarixdə vəfat etmiş X15 onun anası xx.xx.2015ci il tarixdə vəfat etmiş X16 onun qardaşı olmaqla onunla qohumluq münasibətində olması faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. X15 onun doğma anası olmasını arxiv sənədləri, müvafiq icra hakimiyyəti tərəfindən verilən arayış, şahidlərin iştirakı ilə tərtib edilmiş aktla yanaşı, anası Ceyran İsayevanın sağlığında qoyduğu 08 yanvar 2010-cu il tarixli vəsiyyətnamə də bir daha təsdiq edir. Belə ki, həmin vəsiyyətnamə ilə X7 ona məxsus fərdi yaşayış evini və torpaq sahəsini nəvəsi X13 vəsiyyət etmişdir. Vəsiyyətnamədə nəvə kimi adı keçən Rüstəm İsayev isə onun oğludur. Bununla da bir daha təsdiq olunur ki, X24 onun anasıdır. Əlavə olaraq bildirmək istəyir ki, miras əmlakın qəbulu ilə bağlı vəsiyyət üzrə vərəsə Rüstəm İsayevlə aralarında hər hansı mübahisə də yoxdur. Bundan əlavə notariat orqanı ona vərəsəlik işinin açılmasından həm də ona görə imtina etmişdir ki, guya o mirasın qəbulu müddətini ötürmüşdür. Bununla bağlı bildirmək istəyir ki, hal-hazırda qanunvericilik şəxsin vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edibetməməsi əsasında hüquqi qiymət verilməli olduğunu tələb edir. Onun mərhum anasından və qardaşından miras qalmış əmlakı faktiki qəbul etməyinin ən bariz sübutu ərizəsinə əlavə etdiyi arayışlardır. Göründüyü kimi vərəsə kimi o anası Ceyran İsayevadan və mərhum qardaşı Kamil İsayevdən miras qalmış əmlakları fakiki qəbul edərək idarə edir. Bu faktların müəyyən olunması ona vərəsəlik məsələlərinin həlli üçün lazımdır. Məhkəmədə Ərizəçi etibarnamə üzrə nümayəndəsi X19 ərizəni müdafiə edərək və ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Quba regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin nümayəndəsi Süleyman Məmmədov ərizə göndərərək Quba regional “Asan xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin iş rejimi və vətəndaş müraciətlərinin çoxluğu səbəbindən məhkəmə iclasında iştirakının mümkün olmadığını bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 və X5 ifadələrində ərizəçinin həmkəndliləri olduğlarını, mərhum Ceyran İsayevanın ərizəçinin anası və Kamil İsayevin isə qardaşı olmasını, Ceyran İsayevanın 26 fevral 2012-ci ildə və Kamil İsayevin 22 iyun 2015-ci il tarixdə vəfat etdiyini göstərmişlər. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ № 507930 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. - AZ-İ № 755265 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. -Quba rayon İHB-nın Tüləkəran kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli 178 №li arayışından görünür ki, X1 sakini olub, həmin kənddə yaşamış və xx.xx.2012-ci il tarixində həmin kənddə vəfat etmiş, vəfat etdikdən sonra vərəsləri X26, X17, Ərizəçi və X28mışlar. X24 vəfat etdikdən sonra onun təsərrüfatını və əmlakını övladı Ərizəçi idarə edir. -Quba rayon İHB-nın Tüləkəran kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli 243 №li arayışından görünür ki, Ərizəçi ilə xx.xx.2015-ci il tarixdə vəfat etmiş mərhum X26 həqiqətən qardaşdır. -Quba rayon İHB-nın Tüləkəran kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli 179 №li arayışından görünür ki, Ərizəçi xx.xx.2012-ci il tarixdə vəfat etmiş mərhumə X15 doğma övladıdır. -Quba rayon Tüləkəran bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 29 №li arayışından görünür ki, X26 və X15 dəfn xərcləri X19 və Ərizəçi tərəfindən çəkilmişdir. -18 iyun 2025-ci il tarixli Gültəpə kənd sakinləri tərəfindən tərtib edilmiş aktdan görünür ki, Gültəpə kənd sakini Ərizəçi, xx.xx.2012-ci il tarixdə vəfat etmiş mərhumə X15 doğma övladıdır. Quba rayon İHB-nın Tüləkəran kənd İƏD üzrə nümayəndəsi təsdiq etmişdir. -22 iyul 2024-cü il tarixli Gültəpə kənd sakinləri tərəfindən tərtib edilmiş aktdan görünür ki, Gültəpə kənd sakini Ərizəçi ilə xx.xx.2015-ci il tarixdə vəfat etmiş mərhum X26 doğma qardaşıdır. Həmin aktı Quba rayon İHB-nın Tüləkəran kənd İƏD üzrə nümayəndəsi təsdiq etmişdir. -Quba rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 03-16-5/8 367 №li məktubundan görünür ki, tərəflərindən elektron informasiya sisteminə xx.xx.2024-cü ilədək araşdırma aparıldı və eklektron informasiya sistemində olan məlumatlara əsasən xx.xx.2015-ci ildə vəfat etmiş mərhun X16 doğum haqqında akt qeydi şöbədə saxlanılmadığından onun valideynlərini müəyyən etmək mümkün deyil. Həmçinin o xx.xx.2008-ci ildə Qürbətova (İsayeva) Nurxanım Tayıbşah qızı ilə nikaha daxil olmuş və elektron informasiya sistemində uşaqları barədə məlumatlar aşkar olunmamışdır. -Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filalının 11 aprel 2025-ci il tarixli arxiv arayışından görünür ki, Quba rayonu, Tüləkəran kənd X14 İcraiyyə Komitəsinin 1969-1971-ci illərə aid Gültəpə kəndi üzrə 10 saylı təsərrüfatbaşına kitabının 463 saylı təsərrüfatın başçısı olan Ərizəçi İV-1935 ildə anadan olduğu qeyd edilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filalının 23 may 2025-ci il tarixli arxiv arayışından görünür ki, Quba rayon Tüləkəran kənd X14 İcraiyyə Komitəsinin 1969- 1971-ci illərə aid Gültəpə kəndi üzrə 10 saylı təsərrüfatbaşına kitabının 461 nömrəli təsərrüfatında ailə başçısı olan X6 təsərrüfatında aşağıdakı ailə üzvlərinin adları qeyd edilmişdir: X17, X24, X29, X27, X26. X10 ayrıca təsərrüfat kimi qeyd edilmişdir. X22 arvadı kimi qeyd edilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filalının 07 iyun 2024-cü il tarixli arxiv arayışından görünür ki, Quba rayon Qeydiyyat Şöbəsinin 1934-1939-cu illər aid Möhüc kəndi üzrə doğum qeydinin aktları kitabında Ərizəçi doğum faktı aşkar edilmədi. -Quba rayon qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-249/2025 saylı Ərizəçi ünavnlanmış məktubundan görünür ki, ərizədə qeyd etdiyi şəxslərin ana-oğul olmasını təsdiq edən sənədləri (yəni doğum haqqında şəhadətnaməni) qeydiyyat şöbəsinə təqdim edə bilmədiyi üçün həmçinin qohumluq faktının təsdiq olunması Quba rayon qeydiyyat şöbəsinin səlahiyyətində olmadığı üçün məhkəməyə müraciə etməsi tövsiyyə olunmuşdur. -Quba rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-399/2025 saylı Ərizəçi etibarnaməli nümayndəsi X18 ünavnlanmış məktubundan görünür ki, Ərizəçi ilə X16 qardaş olmasını təsdiq edən sənədləri (doğum haqqında şəhadətnamələri) qeydiyyat şöbəsinə təqdim edə bilmədiyi üçün onların qohumluq faktının müəyyən edilməsi Quba rayon qeydiyyat şöbəsi tərəfindən mümkün deyil. Ərizəçi ilə X16 qardaş olması faktının təsdiq olunması Quba rayon qeydiyyat şöbəsinin səlahiyyətində olmadığı üçün bununla əlaqədar məhkəməyə müraciət etməyiniz sizə tövsiyyə olunur. -Quba rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 2266 saylı Ərizəçi ünavnlanmış məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx.xx.2023-cü il tarixinədək qüvvədə olan 1246-cı maddəsinə əsasən mirasın qəbulu müddəti ötürülmüş və qohumluq əlaqələrini müəyyən etmək olmadığından ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. -Quba rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 2267 saylı Ərizəçi ünavnlanmış məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx.xx.2023-cü il tarixinədək qüvvədə olan 1246-cı maddəsinə əsasən mirasın qəbulu müddəti ötürülmüş və qohumluq əlaqələrini müəyyən etmək olmadığından vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Məhkəmə araşdırması zamanı mərhum X15 (anası) və X16 (qardaşı) Ərizəçi ilə qohumluq münasibətlərində olması, bu barədə doğum haqqında akt qeydləri kitabında məlumat olmadığı üçün ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilməməsi və həmin hüquqi faktın müəyyən edilməsinin ona X7ndan və qardaşı Ərizəçi qalmış mirası qəbul etmək və vərəsəlik haqqında şəhadətnamə almaq üçün lazım olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması barədə hüquqi əhəmiyyətli fakt məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2012ci il tarixdə vəfat etmiş X15 Ərizəçi doğma anası və xx.xx.2015-ci il tarixdə vəfat etmiş X16 Ərizəçi doğma qardaşı olması faktları müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. xx.xx.2012-ci il tarixdə vəfat etmiş X15 Ərizəçi doğma anası və xx.xx.2015-ci il tarixdə vəfat etmiş X16 Ərizəçi doğma qardaşı olması faktları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar