Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-223/2021 18.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X20 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba Regional “ASAN Xidmət” X5rşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, X1 qalmış Quba rayon, Digah kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə dair onun, yəni Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X14 ounun qardaşıdır. Quba rayonu, Digah kəndi ərazisindən 0,06 ha həyətyanı torpaq sahəsi JN-665F Kod 30327028 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən mərhum X2na məxsus olmaqla ondan miras qalmışdır. X2 xx xxxxxxxx 2005-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra vərəsələri anası Limunad, qardaşı Atik, bacısı Nümunə və o qalmışdır. Vərəsələrdən anası X15 xx xxxx 2011-ci il tarixdə, qardaşı X18 xx xxx 2018-ci il tarixdə vəfat etmişlər. Digər vərəsə bacısı Nümünə Fətullayeva (Kərimova) miras qoyan Natiq Kərimovanın sağlığında ailə quraraq Bakı şəhərinə köçüb getmişdir. Beləliklə də, Nümunə Fətullayeva miras əmlakını nə faktiki idarə etməklə, nədə ki, notariat kontoruna ərizə verməklə miras qəbul etməmişdir. X17 ümumiyyətlə ailə qurmamış, onun arvadı və uşaqları olmamışdır. Bu fakt ərizəsinə əlavə etdiyi Quba rayon qeydiyyat şöbəsinin xx xxxx 2020-ci il tarixli № 212 saylı arayışı ilə də təsdiq olunur. Bundan başqa atası X7 xx xxxxxx 2001-ci il tarixdə vəfat etmişdir. Həmin torpaq sahəsini vərəsələrdən yalnız o, faktiki idarə etməklə mirası qəbul etmişdir. Həmin torpaq sahələrinə dair vergi borclarını o, ödəyir. Eləcə də, torpaq sahəsində təmizlik işlərini o, gördürür. Hazırda , X1 miras qalmış Quba rayon Digah kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə dair çıxarış almaq istəyir. Bunun üçün onun qardaşının vərəsəsi olaraq mirası qəbul etməyi, həmin mirasa faktiki sahiblik və istifadə etməyi faktının müəyyən edilməsi tələb olunur. Qanunvericiliyin tələbləri üzrə X1 miras qalmış Quba rayonu, Digah kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsini faktiki idarə etməklə mirası o, qəbul etmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Quba regional Asan xidmət X11 müraciət etmişdir. Quba regional Asan xidmət mərkəzində notariat ofisinin xx xxxxxxxx 2020-ci il tarixli, 1022 saylı məktubu ilə qanunvericiliklə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxdığını bildirilərək, ona həmin faktın məhkəmə qaydasında müəyyən olunması izah olunmuşdur. Miras qoyan mərhum X2na məxsus Quba rayonu, Digah kəndi ərazisindən verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinə dair JN-665F Kod 30327028 saylı Torpağın Mülkiyyətə X3ra məlum olmayan səbəblərdən naməlum şəraitdə itmişdir. Həmin şəhadətnamənin tapılması üçün Quba rayon Polis şöbəsinə müraciət etmişdir. Quba rayon PŞ-nin xx xxxx 2020-ci il tarixli məktubu və arayışı ilə bildirilmişdir ki, mərhum X2na məxsus Quba rayonu, Digah kəndi ərazisindən verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinə dair JN- 665F Kod 30327028 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə itmiş və ya tapılmış əşya kimi Quba rayon PŞ-yə daxil olmamışdır. Bundan başqa şəhadətnamənin itməsi barədə Respublika qəzetinə elan vermişdir. Lakin şəhadətnamənin tapılması mümkün olmamışdır. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs Quba Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci ildə Quba rayonu, Digah kəndində anadan olmuşdur. Onun atası – X7, anası – X12r. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1957-ci ildə Quba rayonu, Digah kəndində anadan olmuşdur. Onun atası – X7, anası – X12r. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2005-ci il tarixdə Quba rayonu, Digah kəndində vəfat etmişdir. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2011-ci il tarixdə Quba rayonu, Digah kəndində vəfat etmişdir. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2018-ci il tarixdə Quba rayonu, Digah kəndində vəfat etmişdir. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2001-ci il tarixdə Quba rayonu, Digah kəndində vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Quba rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, xx.xx.1957-ci il tarixdə anadan olmuş X8 ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə xx.xx.1975-ci ildən xx.xx.2005-ci ilədək olan dövrə aid “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətənda.lıq aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Quba Regional “ASAN XİDMƏT” Mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli, məktubundan görünür ki, X10 qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxmış, ona sahiblik etməsi barədə sübutlar təqdim etməmişdir. Ona görə də, Ərizəçi həmin faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir.. İş materiallarına əlavə olunmuş Quba rayon PŞ-nin xx xxxx 2020-ci il tarixli məktubu və arayışı ilə bildirilmişdir ki, mərhum X2na məxsus Quba rayonu, Digah kəndi ərazisindən verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinə dair JN- 665F Kod 30327028 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə itmiş və ya tapılmış əşya kimi Quba rayon PŞyə daxil olmamışdır. İş materiallarına əlavə olunmuş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, X9 Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 04 saylı qərarına əsasən JN:665F, KOD 30327028 saylı Şəhadətnamə tərtib edilərək 0.06 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. X4 məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X8 ölümündən sonra miras qalmış əmlakın ona düşən miras əmlak payını faktiki qəbul etməmiş, etməkdə niyyətində deyildir. Gələcəkdə bu barədə iddia və tələbi olmayacaqdır. Beləliklə, məhkəmədə müəyyən olundu ki, Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 04 saylı qərarına əsasən JN:665F, KOD 30327028 saylı Şəhadətnamə tərtib edilərək Quba rayonu, Digah kəndində 0.06 ha torpaq sahəsi X8 mülkiyyətinə verilmişdir. Ərizəçi mərhum X1 qalmış miras əmlaka dair vergiləri ödəmiş, təsərrüfatı o idarə etmişdir. X4 məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X8 ölümündən sonra miras qalmış əmlakın ona düşən miras əmlak payını faktiki qəbul etməmiş, etməkdə niyyətində deyildir. Gələcəkdə bu barədə iddia və tələbi olmayacaqdır. Lakin qanunu bilməməzlikdən və savadsızlıqdan qardaşı vəfat etdikdən sonra notariat kontorunda miras qəbul edilməsi barədə ərizə verməmişdir. X1 qalmış əmlakı vərəsəlik yolu qəbul etmək üçün Quba regional “ASAN xidmət” mərkəzinin notariat kontoruna müraciət etmiş, oradan mirası qəbul edilməsi barədə sübutlar təqdim edilmədiyindən və qanunla müəyyən edilmiş müddətdə buraxdığı üçün miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Qanunun 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, Ərizəçi göstərdiyi hallar, yəni Torpağın Mülkiyyətə Verilməsinə dair JN:665F, KOD 30327028 saylı Şəhadətnaməyə əsasən X1 qalmış mirası (Quba rayonu Digah kəndində yerləşən 0,06 ha torpaq sahəsi Ərizəçi qəbul etmiş halhazırda həmin əmlak onun faktiki sahibliyi və istifadəsindədir. Göstərilənləri nəzərə alaraq, ərizə əsaslı olduğu üçün təmin edilməli, xx.xx.2005-ci ildə vəfat etmiş X1 qalmış miras Quba rayonu Digah kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi vərəsəliyin açılma yeri Quba rayonu, Digah kəndi olmaqla, onun tərəfindən qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.2005-ci ildə vəfat etmiş ərizəçinin X2nun mülkiyyətində olan Torpağın Mülkiyyətə Verilməsinə dair JN:665F, KOD 30327028 saylı Şəhadətnamə əsasında Quba rayonu, Digah kəndində yerləşən, ümumi sahəsi 0,06 ha həyətyanı torpaq sahəsi vərəsəliyin açılma yeri Quba rayonu, Digah kəndi olmaqla, Ərizəçi tərəfindən vərəsəlik qaydasında mirası qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-223/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-223/2021
18.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver