Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2245/2024 22.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X8 qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs göstərilməklə şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə QUBA şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, QUBA rayonu, Mirzəqışlaq kənd sakini X1 ölmüş edlan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X3 1995-ci ildə işləmək məqsədilə Rusiya Federasiyasına getmişdir. Ancaq həmin müddətdən sonra heç vaxt ölkəyə qayıtmamışdır. Ailəli olub. Üç qız övladı var. Artıq hər üçü ailə qurub. Sonuncu dəfə təxminən 15 ildən uzun müddət əvvəl qızı ilə telefon əlaqəsi saxlayıb. Həmin vaxtdan sonra ondan heç bir xəbər almamışlar. Həmin müddətdən sonra onun ölüsündən, dirisindən heç bir xəbər almamışlar. Lazım gələrsə kənd sakinləri də məhkəməyə şahid qismində gəlib bu faktı təsdiq edə bilər. Bununla bağlı 24 iyul 2024-cü ildə QUBA rayon Polis Şöbəsinə də bu barədə ərizə verilib. Ərizəsinə əsasən axtarış işi açılmışdır. Vərəsəlik və daşınmaz əmlakla bağlı sənədləşmə işlərinin aparılması üçün ərinin ölüm faktının təsdiqi lazımdır. Şəxsin ölməsi faktının başqa yolla təsdiq edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə yazılanlara uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan QUBA rayon Polis Şöbəsinin Ərizəçi ünvanlamış xx.xx.2024-cü il tarixli 91/2-M-18909/11 saylı məktubundan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü X2 axtarışı ilə əlaqədar DİO-nun müvafiq orqanlarına sorğu məktubları göndərilmiş və bununla bağlı axtarış tədbirləri həyata keçirilir. Onun barəsində hər hansı bir məlumat əldə olunarsa ona bildiriləcəkdir. İş materiallarında olan QUBA Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarxili, 91/2-M- 18909/11 №li arayışından görünür ki, xx.xx.1956-cı il təvəllüdlü yaxın qohumları ilə əlaqələri itirmiş şəxs X2 axtarılmasına dair xx.xx.2024-cü il tarixli 560760/23 nömrəli iş açılmış və şəxsin tapılması üçün axtarış tədbirləri davam etdirilir. İş materiallarında olan QUBA Rayon İHB-nın 1-ci Nügədi kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli 543№li arayışından görünür ki, QUBA rayon 1-ci Nügədi kənd İƏD üzrə nümayəndəliyin Mirzəqışlaq kəndində qeydiyyatda olan X4 1995-ci il tarixdə Rusiya Federasiyasının şəhərlərinə gedib və bu günə kimi kənddə qayıtmayıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikası MPM-nin 305.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə baxır. Qanunvericiliyin tələbindən göründüyü kimi şəxsin məhkəmə qaydasında ölmüş elan edilə bilməsi üçün şəxsin yaşayış yerində onun harada olması barədə 5 il ərzində məlumatın olmaması, habelə ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşməsi və ondan 6 ay ərzində xəbər çıxamaması kimi haların olması nəzərdə tutulmuşdur. QUBA RPŞ-nin arayışından görünür ki, xx.xx.1956-cı il təvəllüdlü X2 axtarılmasına dair xx.xx.2024-cü il tarixli 560760/23 nömrəli iş açılmış və şəxsin tapılması üçün axtarış tədbirləri davam etdirilir. Belə olan halda məhkəmə, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-2245/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2245/2024
22.10.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver