Məhkəmə qərarları › İş №2(027)-2253/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2253/2024

02.09.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2253/2024 02.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Mən, QUBA Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu İddiaçı iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdeh “Cavabdeh”-ə qarşı əmlakın cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********84 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan QUBA rayonu Amsar kəndində yerləşən 0,92 ha torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən götürülərək ona verilməsi və onun tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinin tələbinə görə ərizəçi iddia ərizəsində işdə iştirak edən şəxs kimi cavabdehin (hüquqi şəxsə münasibətdə) adını, yaşayış yeri və ya olduğu yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), elektron poçt ünvanı və VÖEN-i göstərməli olduğu halda, cavabdehin rəsmi qeydə alındığı ünvanı, elektron poçt ünvanı və VÖEN-i göstərməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı ərizə geri qaytarılmalı və ərizəçiyə ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149,151-152, 263-264 və 266-268-ci cı maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı ərizəsi geri qaytarılsın; İddiaçı izah edilsin ki, ərizəsinin qaytarlıması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində QUBA Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar