Məhkəmə qərarları › İş №2(027)-229/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-229/2021

17.06.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-229/2021 17.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 nümayədəsi (anası) X2 iştirakı ilə, İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı “torpaq sahəsində payının naturada ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyati haqqında daşınmaz əmlakın Dövlət reyestrindan verilmiş ********** qeydiyyat nömrəli, 08 iyun 2020-ci il tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,0537 ha torpaq sahəsindən ona düşən payın ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyati haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 08 iyun 2020-ci il tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,0537 ha torpaq sahəsi və üzərində olan ümumi sahəsi 72.9 kv.m ev paylan ümumbirgə olmaqla ona və qohumlarının, X7 və Cavabdeh2 adına qeydə alınmışdır. Həmin torpaq sahəsi va evdə paylar müəyyən olunsa da o, cavabdehlərin yaratdığı manelərə görə nə fərdi yaşayış evində yaşaya, nə də torpaq sahəsindən istifadə edə bilir. O, dəfələrlə cavabdehlərə ona düşən payının naturada ayrılıb verilməsini xahiş etsə də, cavabdehlər ona torpaq sahəsi düşmədiyini, ona görə torpaq sahəsi verilmədiyini bildirmişlər. Ona görə də torpaq sahəsindən payının naturadan ayrılıb ona verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayədəsi (anası) X8, iddia tələbini qəbul etmişdir. Lakin iddiaçının özünün ayrıca ev və torpaq sahəsinin olduğunu bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh X6 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyati haqqında daşınmaz əmlakın Dövlət reyestrindan verilmiş ********** qeydiyyat nömrəli, 08 iyun 2020-ci il tarixli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin ¼ hissə torpaq sahəsi ümumi birgə X4, ¼ hissə torpaq sahəsi ümumi birgə Cavabdeh2 və ½ hissə torpaq sahəsi ümumi birgə olmaqla hüquqi sahibləri arasında payları müəyyən edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 15.06.2004-cü il tarixdə anadan olmuşdur. Ata qrafasında- X9, ana qrafasında – X5r. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/536 saylı, 08.05.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,0537 ha torpaq sahəsinin yerləşmə vəziyyətinin texniki pasport sənədə uyğun olmasını, mülkiyyətdə olan torpaq sahəsi şimal tərəfdən (yaşayış evinin arxa hissəsi) və cənub tərəfədən yol ilə sərhəd olmasını, üzərində olan tikililərin yerləşmə vəziyyətini nəzərə alaraq həmin torpaq sahəsindən 1/3 hissənin naturada ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün torpaq sahəsinin yol ilə sərhəddinin cənub-şərq tərəfindəki küncündən yol ilə sərhəd boyu 13,8 metr məsafədən sonra şimal istiqamətə 12,6 metr uzunluğunda, torpaq sahəsinin cənub-şərq tərəfindəki küncündən şimal istiqamətinə 14 metr məsafədən sonra qərb istiqamətinə 13,55 metr uzunluqda sərhəd hasarı çəkilməlidir Qeyd olunanları nəzərə alaraq, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 08 iyun 2020-ci il tarixli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0,0537 ha torpaq sahəsindən İddiaçı payına düşən 1/3 hissənin naturada ayrılması texniki cəhətdən mümkündür. Torpaq sahəsinin ayrılması variantı rəyə əlavə edilmiş sxemdə ətraflı göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddianın əsaslı olub-olmaması ilk növbədə iddiaçının məhkəməyə bildirdiyi faktiki hallar əsasında iddia tələbinin özlüyündə əsaslılığının yoxlanılmasını zəruri edir. Bunun üçün ilk növbədə tələbin qanuni əsası tapılmalıdır. İddianın qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə, qarşı tərəfdən icranı, müəyyən hərəkətin edilməsini və ya həmin hərəkətdən çəkinməyi tələb etmək imkanı verir. Yəni qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün. İddia tələbinin qanuni əsası tapıldıqdan sonra iddiaçının dəlilləri ilə iddianın qanuni əsasını təşkil edən hüquq normasının dispozisiya şərtlərinin uyğunluğu müəyyən edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyati haqqında daşınmaz əmlakın Dövlət reyestrindan verilmiş ********** qeydiyyat nömrəli, 08 iyun 2020-ci il tarixli çıxarışına əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin ¼ hissə torpaq sahəsi ümumi birgə X4, ¼ hissə torpaq sahəsi ümumi birgə Cavabdeh2 və ½ hissə torpaq sahəsi ümumi birgə olmaqla hüquqi sahibləri arasında payları müəyyən edilmişdir. İddiaçı ünvan 1 ünvanında yerləşən 0,0537 ha torpaq sahəsinə paylarının müəyyən edilərək naturada ayrılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/536 saylı, 08.05.2021-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 08 iyun 2020-ci il tarixli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0,0537 ha torpaq sahəsindən İddiaçı payına düşən 1/3 hissənin naturada ayrılması texniki cəhətdən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyətin mülkiyyətçilərinin payları Mülki Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Göründüyü kimi mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04.04.2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə Mülki Məcəllənin 220-ci maddəsinin tələblərini və Konstitusiya Məhkəməsinin həmin maddə ilə bağlı hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, qanunvericilik paylı mülkiyyətin bölünməsi mərhələlərinin mülkiyyətçilərlə bir icraat çərçivəsində müzakirə edilməsini istisna etmir. Sadəcə qanunun tələbi ondan ibarətdir ki, hər bir növbəti mərhələ üzrə tələbin təmin olunması üçün həmin icraat çərçivəsində daha əvvəlki mərhələlərin qeyri-mümkün olduğu müəyyən edilməlidir. Qeyd olunanlardan, mülki iş üzrə təyin edilmiş ekspert rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyati haqqında daşınmaz əmlakın Dövlət reyestrindan verilmiş ********** qeydiyyat nömrəli, 08 iyun 2020-ci il tarixli çıxarışına əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən 0,0537 ha torpaq sahəsinə 1/3 hissədə payı müəyyən edilməli və 1/3 hissədə pay “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/536 saylı, 08.05.2021-ci il tarixli ekspert rəyinə əlavə edilmiş sexm əsasında naturada ayrılmalıdır. Bundan başqa 50 manat məbləğində ekspertiza xərci cavabdehlərdən alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin X1 xüsusi hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyati haqqında daşınmaz əmlakın Dövlət reyestrindan verilmiş ********** qeydiyyat nömrəli, 08 iyun 2020-ci il tarixli çıxarışına əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən 0,0537 ha torpaq sahəsinə 1/3 hissədə payı müəyyən edilsin və 1/3 hissədə pay “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/536 saylı, 08.05.2021-ci il tarixli ekspert rəyinə əlavə edilmiş sexm əsasında naturada ayrılsın. Ekspertiza xərci olan 50 manat cavabdehlər X6 və Cavabdeh2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin X3 (Kodu: 210005, VÖEN **********, MH: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar