Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2296/2022 02.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba rayonu Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun Maraqlı şəxs1 ilə qeyri-rəsmi nikah münasibətlərindən anadan olmuş uşağları X3 xx.xx.2021-ci il tarixdə Quba rayon Muçu kəndində doğulması faktının müəyyən edilməsi, X3 doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında "Maraqlı şəxs1" və ana qrafasında "Ərizəçi" kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs1 ilə 2018-cı ildə el adəti ilə ailə qurmuşdur. Birgə ailə münasibətlərindən 2 uşağları doğulmuşdur. Birinci uşağları üçün doğum haqqında şəhadətnamə almışlar. xx.xx.2021-ci ildə Quba rayon Muçu kəndində Həzrət adlı oğlları doğulmuşdur. Nikahlarını rəsmi olaraq xx.xx.2020-ci ildə Quba ASAN Xidmət mərkəzinin qeydiyyat şöbəsində qeydə aldırmışlar. Yaşayış yerləri Quba şəhər xəstəxanasından uzaqda olduğundan və həmin vaxt qar yağdığı üçün və həmçinin Quba MRX-na zəng etsələrdə hava şəraitinin pis olduğuna görə doğuşu qəbul etmək üçün gələ bilməmişlər və onlarda doğuşu xəstəxanaya çatdıra bilmədiklərinə görə uşaq ev şəraitində doğulmuşdur. Ondan sonra maddi imkanları pis olduğundan uşağın doğumunu rəsmiləşdirə bilməmişlər və bu səbəbdən uşağa doğum haqqında tibbi şəhadətnamə ala bilməmişdirlər. O, Maraqlı şəxs2nə müraciət edərək uşağın doğumunu qeydə alınması ilə bağlı müraciət etmişdir. Lakin doğum haqqında tibbi şəhadətnamənin olmadığı səbəbindən uşağın doğumunun qeydə alınmasından imtina olunmuşdur və bu barədə ona imtina məktubu və arayış verilmişdir. Uşağın artıq 1 yaşı tamam olmaq üzrədir və ona görədə ona doğum haqqında şəhadətnamə almaq məcburiyyətində qalmışdırlar. Məhkəmə iclasında Ərizəçi ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs qismində dindirilmiş Maraqlı şəxs1 bildirmişdir ki, o, xx.xx.2021-ci il tarixdə doğulmuş Həzrətin atasıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2, X1 və X7 bildirmişdir ki, Ərizəçi həqiqətən də, Quba rayon Muçu kəndində xx.xx.2021-ci il tarixdə X6X6 adında uşaq dünyaya gətirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə Maraqlı şəxs2 səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs1 arasında xx.xx.2020-cı il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan Quba rayon Xaltan kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Ərizəçi Quba rayonu Muçu kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. İş materiallarında olan Maraqlı şəxs2 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 468 nömrəli məktubdan görünür ki, X6 barəsində Maraqlı şəxs2ndə doğum haqqqında akt qeydləri aşkar olunmamışdır. İş materiallarında olan Quba rayonu Xaltan kəndində yaşayan X8, X2, X1 tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həqiqətən xx.xx.2021-ci ildə Ərizəçi ev şəraitində doğumunda iştirak etmiş, doğuşda Quba RMX-nın həkimi Aqayeva Bikəxanım və Şixəmmədova Töfə köməklik göstərmişlər. Həqiqətən həmin tarixdə onun bir oğlan usağı doğulmuş və hal-hazırda sağ-salamatdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci bəndində doğumun qeydə alınması üçün təqdim edilməli olan sənədlər sadalanmışdır. Həmin sənədlərdən biri “doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd” kimi göstərilmişdir. Ərizəçi uşağı tibb müəssisəsindən kənarda dünyaya gətirdiyinə görə doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin sənədi yoxdur. Qaydaların 2.6-cı bəndində isə göstərilib: “Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir.” Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, X3 xx.xx.2021-ci il tarixdə Quba rayon Muçu kəndində Ərizəçi doğulması faktı müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, atalıq faktının müəyyən edilməsi hissəsində ərizə təmin edilməməlidir. Belə ki, ərizəçi bununla əlaqədar ilk öncə Maraqlı şəxs2nə müraciət etməli, atalıq faktının müəyyən edilməsi qeydiyyat şöbəsində mümkün olmadıqda Quba rayon Məhkəməsinə atalıq faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi qismən təmin edilsin. X3 xx.xx.2005-ci il tarixdə xx.xx.2021-ci il tarixdə Quba rayonu, Muçu kəndində Ərizəçi doğulması faktı müəyyən edilsin. Qətnamə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən doğum haqqında aktın qeydiyyatı üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2296/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2296/2022
02.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver