Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-23/2024 29.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddaçı və digər iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızının nümayəndəsi İddiaçı2, Cavabdeh X4 nümayəndəsi Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızının cavabdehlər X8 və Cavabdeh2 qarşı zəbt edimiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2021-ci il tarixli Quba rayonu, Qaraçay kəndində yerləşən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 məxsus 1,2189 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tanıdılması barədə AKTA əsasən mərz nişanları çıxarılaraq yenidən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilən torpaq sahəsi hissəsindən çıxarılmaqla, mərz nişanlarının yerinə basdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsini onunla əsaslandırılmışlar ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 18 noyabr tarixli 15 nömrəli qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN0020 kod 30319028 nömrəli Dövlət aktına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı üçün bizə 1.95 ha (1.21 ha bağ , 0.72 ha əkin sahasi olmaqla] torpaq sahəsi mülkiyyətimizə verilmişdir. 1.21 ha bağ sahəsindən qonşularımız cavabdehlər-Cavabdeh1 və Cavabdeh2 təqribən 0.20 ha zəbt edərək müxtəlif növ meyvə ağaclarını qanunsuz əkməklə zəbt etmişlər. Onlar mülkiyyətlərində olan torpaq sahəsindən cavabdehlərin qanunsuz istifadə etməsinə etiraz edərək torpaq sahəsindən çıxmalarını tələb etmişik. Buna baxmayaraq cavabdehlər zəbt etdiyi torpaq sahəsindən çıxmaqdan imtina etmiş və həmin torpaq sahəsini özlərinin mkiyyətinə aid olmasını bildirmişlər. Mübahisənin həlli üçün, 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş və həmin mülkiyyətlərində olan pay torpaq sahəsinin sərhədləri müəyyən edilməklə onlara AR ƏMDK-i yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seiya RX ******* nömrəli Çıxarışa uyğun, yerində baxış keçirilməklə mərz nişanlarına əsasən AN 286780 nömrəli torpaq sahəsinin plan və ölçüsü ilə müəyyən olunmaqla mərz nişanları ilə təhkim edilməsini xahiş etmişlər. Lakin ərizə baxılmadığından Sumqayıt İnzibati Məhkəməsinə bu haqda "Məcbur etmə haqqında "İddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışlar. Sumqayıt İnzibati Məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Sumqayıt inzibati Məhkəməsinin icra sənədinə əsasən 760 (yeddi yüz altımış) manat rüsum ödədikdən sonra - Onlara təqdim edilən 13 sentybr 2021-ci il tarixli aktla torpaq sahəsi onlara təhkim edilmiş və mərz nişanları ilə ayrılmışdır. Həmin vaxtı cavabdehləri torpaq sahəsinin yerində sərhədlərinin müəyyən edilməsində iştirak etməsini xahiş etmişlər. Lakin cavabdehlər iştirakdan qəsdən imtina etmişlər. Bir neçə gündən sonra torpaq sahəsinə payız- qış mövsümü ilə əlaqdar işlər aparmaq üçün getdikdə cavabdehlərin onlara aid torpaq sahəsinin sərhədlərini müəyyən edən mərz nişanlarının çıxarıb ataraq yenə də təqribən 0.20 ha torpaq sahələrini zəbt etməsini müəyyən etmişlər. Onu də qeyd etməlidir ki, onlar mülkiyyətlərində olan torpaq sahəsini zəbt edərək əkdiyi gavalı ağaclarındakı məhsulu yetişmədən yığıb apardığını görüb Cavabdeh1 qanunsuz əkdiyi ağacların çıxarılıb təkrar zəbt etdiyi sahədən çıxmasını mərz nişanlarının yerinə basdırılmasını tələb etsələr də onların haqlı tələbi əməl olunmadı. Nəhayət cavabdehlərin barəsində Quba rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmək məcburiyyətində qaldılar. Şikayət ərizəsi ilə əlaqədar Quba rayon PŞ-nin TB baş tədqiqatçısı, polis mayoru X2 tərəfindən 17 oktyabr 2021-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, təkrar zəbt olunan torpaq sahəsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Bundan sonra həmin qərardan narazı qalaraq Məhkəmə nəzarəti qaydasında şikayət etmişlər. Lakin Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 6(027)-12/2021-ci il tarixli qərarı ilə şikayət təmin edilməmişdir. Beləliklə cavabdehlər bu gendə onlara məxsus torpaq sahəsindən təqribən 0.20 ha zəbt edərək istifadə edirlər. Növbəti dəfə zəbt edilən torpaq sahəsindən cavabdehlərin çıxarılması və mərz nişanlarının yerinə basdırılması barədə iddia ərizəsi ilə zəbt edilən torpaq sahəmizin qaytarılması barədə ədalətli qətnamənin qəbul edilməsi ümüdləri ilə yerli məhkəməyə müraciət edirlər. İş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızı ərizə təqdim edərək, cavabdehlərdən Cavabdeh1 əsil cavabdeh X8 ilə əvəz edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinin tələbinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Məhkəmə iclasında iddaçı və digər iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızının nümayəndəsi İddiaçı2 iddia tələbini müdafiə edərək, cavabdehlərdən zəbt edilən 1,22 ha torpaq sahəsini tələb etdiyini bildirmiş, iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X4 nümayəndəsi Cavabdeh1 iddianı qəbul etməyərək, iddianı əsassız hesab edərək rədd olunmasını xahiş etdi. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, iş üzrə digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, mütəxəsis rəyi onun tərəfindən tərtib olunmuşdur. Məhkəmənin qərardadına əsasən Quba rayon Qaraçay kəndində yerləşən 1,2189 ha mübahisəli torpaq sahəsinə tərəflərin iştirakı ilə tərəfindən baxış keçirilmşdir. Baxış zamanı İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızına ümumibirgə məxsus 1,2189 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X8 və X1 tərəfindən hansısa formada istifadə olunmadığı müəyyən olunmuşdur. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızına məxsus torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları əsasında torpaqların rəqəmsal kadastr xəritələrində 0,4584 ha kimi göstərilmişdir. Rəyi təsdiq edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, onun təqdim etdiyi sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan JN-0020 KOD 30319028 saylı Torpağa Mülkiyyət Hüququna X10 görünür ki, İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı5, Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızı və İddiaçı2 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 15 nömrəli qərarı ilə 1,95 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan RX seriyalı ******* №li Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan xx.xx.2018-ci il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Qaraçay kəndində yerləşən 1,2189 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı3 və İddiaçı6 adına daşınmaz əmlakın dövlət reyestrində 205 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı2 və X3 tərəfindən tərtib edilmiş Aktdan görünür ki, Sumqayıt İnzibati İqtisad Məhkəməsi tərəfindən daxil olmuş xx.xx.2021-ci il tarixli 2-1/118- 216/2021 nömrəli icra sənədinə əsasən Quba rayonu, Qaraçay kəndində yerləşən İddiaçı2 məxsus 1,2189 ha k/təyinatlı torpaq sahəsinə yerində baxış keçirildi. Torpaq sahəsinin döngə nöqtələri yerində GPS aləti vasitəsilə ƏMDX-nın vahid elektron baza məlumatlarında olan xəritə materiallarına və **********30 reyestr nömrəli çıxarışdakı koordinatlara və bu çıxarışın yaranmasına əsas olmuş JN-20 nömrəli dövlət aktına əsasən vətəndaşa yerində tanıdıldı və izah olundu. İş materiallarında olan məhkəmə ekspertizasının 12 iyun 2023-cü il tarixli, 10/3683 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Əliağa Orucovun mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızına məxsus torpaq sahəsi X8 və Cavabdeh2 Xeyrula oğlu tərəfindən hansısa formada istifadə olunmur. İddiaçı1, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızına məxsus torpaq sahəsi Azərbaycan Respublikasında Prezidentir 07 mart 2016-ci il tarixli 818 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları əsasında torpaqların rəqəmsal kadastr xəritələrində 0.4584 ha kimi göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüqı şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Əliağa Orucovun mütəxəssis rəyini qeyd edilir ki, iddiaçılara və cavabdehlərə məxsus torpaq sahələrinin koordinatları fakt olaraq GPS aləti ilə ölçdükdən sonra elektron uçot xərtəsində araşdırmaqla müqayisəli şəkildə sxem tərtib olunaraq işə əlavə edilib. İş materiallarında olan məhkəmə ekspertizasının 26 fevral 2024-cü il tarixli, 3-16- 16/2-10/1216 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Yerqurluşu üzrə mühəndisi Beydulla Əlistanovun tərtib etdiyi xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-765/2024 saylı mütəxəsis rəyinə əsasən müəyyən edilmişdir: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızına ümumibirgə məxsus 1,2189 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X8 və X1 tərəfindən hansısa formada istifadə olunmur. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızına məxsus torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları əsasında torpaqların rəqəmsal kadastr xəritələrində 0,4584 ha kimi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, məhkəmədə müəyyən edildi ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızı xx.xx.2021-ci il tarixli Quba rayonu, Qaraçay kəndində yerləşən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 məxsus 1,2189 ha kənd təsərrüfatı təyinatlı sahəsinin tanıdılması barədə AKTA əsasən mərz nişanları çıxarılaraq yenidən cavabdehlər X8 və Cavabdeh2 tərəfindən zəbt edilən torpaq sahəsi hissəsindən çıxarılmaqla, mərz nişanlarının yerinə basdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdilər. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızına ümumibirgə məxsus 1,2189 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X8 və X1 tərəfindən hansısa formada istifadə olunmadığı müəyyən olunmuşdur. Odur ki, məhkəmə həmin rəyi mötəbər sübut kimi qəbul edərək, hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızının cavabdehlər X8 və Cavabdeh2 qarşı zəbt edimiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbləninin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızının cavabdehlər X8 və Cavabdeh2 qarşı zəbt edimiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-23/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-23/2024
29.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver