Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2306/2022 24.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X13 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə X1 uşağın anadan mənşəyinin müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 01 oktyabr 2013-cü il tarixdə doğulmuş X4 və 07 iyun 2016-cı il tarixdə doğulmuş X3 Quba rayonu Alpan kəndində Ərizəçi doğulmaqla mənşəyinin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, onunla əsaslandırmışdır ki, o, Ərizəçi 11 noyabr 2011-ci il tarixdə X12 ilə rəsmi nikahı qeyd etdirmədən ailə qurmuşdur. Faktiki ailə münasibətlərindən 01 oktyabr 2013-cü il təvəllüdlü X8 və 07 iyun 2016-cı il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Uşaqları Aysu və Ayşən ev şəraitində doğulduqları üçün onlara doğum haqqında şəhadətnamə ala bilməmişdir. Aysu və Ayşənin doğum haqqında şəhadətnamələri olmadığı üçün onlara şəxsiyyəti təsdiq edən sənədi almaq mümkün olmamışdır. Hazırda qızları Aysu və Ayşənə doğum haqqında şəhadətnamə almaq istəyir. Lakin qızlarının doğulmağına görə tibb müəssisəsindən sənəd olmadığına görə bu mümkün deyildir. O, qızları Aysu və Ayşənin doğumlarının qeydə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 13 sentyabr 2021-ci il tarixli, 05 Q-501 nömrəli məktubu ilə qızları X8 və X5 doğumlarından uzun müddət keçdiyi üçün Maraqlı şəxsndə şəhadətnamə verilməsindən imtina edilmişdir. Ona görə də qızları Aysu və Ayşənin ondan doğulması, yəni mənşəyinin məhkəmə qaydasında müəyyən olunması tələb olunur. Qızları Aysu və Ayşənin atası X12 da bu faktı təsdiq edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə hazırki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Ərizəçi ilə 11 noyabr 2011-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirmədən evlənib ailə qurmuşlar. Birgə yaşadıqları müddətdə 01 oktyabr 2013-cü il tarixdə Aysu və 07 iyun 2016-cı il tarixdə Ayşən adlı uşaqları anadan olmuşdur. Uşaqlar Quba rayonu Alpan kəndində ev şəraitində doğulmuşdur, hal-hazırda sağ və salamatdır və onların yanında yaşayırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, ərizəçini tanıyır. Həqiqətən Ərizəçi 11 noyabr 2011-ci il tarixdə X12 ilə rəsmi nikah qeyd etdirmədən evlənib ailə qurmuş, X8 01 oktyabr 2016-cı il tarixdə və X7 07 iyun 2016-cı il tarixdə Ərizəçi doğulmuşlar. Məhkəmə, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Mərkəzi Xəstəxanasının Alpan kənd Həkim Məntəqəsinin 10 sentyabr 2021-ci il tarixli, 35 №li arayışdan görünür ki, 01 oktyabr 2003-cü il təvəllüdlü X19 hal-hazırda sağ və salamatdır. İş materiallarında olan Quba Rayon Mərkəzi Xəstəxanasının Alpan kənd Həkim Məntəqəsinin 10 sentyabr 2021-ci il tarixli, 36 №li arayışdan görünür ki, 07 iyun 2016-cı il təvəllüdlü X15 hal-hazırda sağ və salamatdır. İş materiallarında olan Maraqlı şəxs 13 sentyabr 2021-ci il tarixli, 237 №li arayışından görünür ki, X8 barəsində Quba rayonu Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydi aşkar edilmədi. İş materiallarında olan Maraqlı şəxs 13 sentyabr 2021-ci il tarixli, 238 №li arayışından görünür ki, X7 barəsində Quba rayonu Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydi aşkar edilmədi. İş materiallarında olan Quba rayon X2 Şahnaz Calal qızına ünvanlanmış xx.xx.2021ci il tarixli, 501 №li məktubundan görünür ki, uşaqlar ev şəraitində doğulduğu, bu barədə tibb müəssisəsinin arayışı və ya doğuma kömək edən həkimin sənədi olmadığı üçün uşaqların doğumunun qeydə alınmasından imtina olunmuş və bu barədə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan 13 sentyabr 2021-ci il tarxidə Quba rayon Alpan kəndində X9, X11 və X10 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, həqiqətən X19 01 oktyabr 2013-cü il tarixdə, X16 07 iyun 2016-cı ildə Alpan kənd həkim məntəqəsində doğulmuş və Quba rayon Alpan kəndində yaşayır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, Ərizəçi ilə X12 11 noyabr 2011-ci ildə evlənib ər-arvad münasibətlərində yaşamış, lakin nikahlarını rəsmiləşdirməmişlər. Onların ər-arvad münasibətlərindən 01 oktyabr 2013-cü il tarixdə X8 və 07 iyun 2016-cı il tarixdə X7 doğulmuşlar. Lakin uşaqlar tibb müəssisəsindən kənarda, yəni evdə anadan olduğundan və onların tibb müəssisəsindən kənarda doğulmasını təsdiq edən həkim arayışı olmadığından, uşaqların doğulması qeydiyyat orqanında rəsmi olaraq qeyd edilməmişdir. Bu faktın müəyyən olunması həmin uşaqların doğum haqqında şəhadətnamə almaq, ad və vətəndaşlıq əldə etmək, mümkün olduğu dərəcədə, öz valideynlərini tanımaq və onlardan qayğı görmək və sair hüquqlarının təmin olunması üçün lazımdır. Həmçinin ərizəçi bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə yuxarıda göstərilən qanun normalarına istinad edərək, qeyd edir ki, uşaqla anası arasında hüquq münasibətləri onların qan qohumluğu faktı əsasında yaranır. Doğum haqqında sənəddə uşaq haqqında məlumatlar və uşağın doğum tarixi ilə yanaşı, ananın adı, ata adı və soyadı yazılır. Uşağın anadan mənşəyi, əgər uşaq tibb müəssisəsindən kənarda anadan olmuşdursa və uşağın doğulmasını təsdiq edən sənədlər yoxdursa, onda şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilir. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 7.1-ci maddəsinə əsasən uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq əldə etmək hüququna, habelə, mümkün olduğu dərəcədə, öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir. 19 may 1998-ci il tarixli “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X4 01 oktyabr 2013-cü il tarixdə və X3 07 iyun 2016-cı il tarixdə Quba rayonu Alpan kəndində Ərizəçi doğulması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X4 01 oktyabr 2013-cü il tarixdə və X3 07 iyun 2016-cı il tarixdə Quba rayonu Alpan kəndində Ərizəçi doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrilk edən : Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-2306/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2306/2022
24.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver