Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-231/2023 24.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba rayonu Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə Quba şəhərində X2 doğulması faktının müəyyən edilməsi, akt qeydləri kitabında uşağın doğumu qeydə alınarkən ata qrafasında “X4”, ana qrafasında “Ərizəçi” göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, ötən il el adəti ilə X4 ilə ailə həyatı qurmuşdur, xx.xx.2022-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2021-ci il tarixdə qızı Nuray dünyaya gəlmişdir. Qızının doğulması ilə bağlı X5 Mərkəzi tərəfindən ona xx.xx.2021-ci il tarixli TQS № 103 doğum haqqında tibbi şəhadətnamə verilmişdir. Uşaq hal-hazırda sağlamdır və onunla və həyat yoldaşının himayəsindədir. Bu günə qədər qızları Nuray üçün doğum haqqında şəhadətnamə almamışlar. Uşağın doğumundan sonra uzun müddət keçdiyi üçün Maraqlı şəxsndən məhkəmənin qərarı olmadan doğum haqqında şəhadətnamə ala bilmirlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar Məhkəmə iclasında Ərizəçi ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs qismində dindirilmiş X4 bildirmişdir ki, o, xx.xx.2021-ci il tarixdə doğulmuş Nurayın atasıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə Maraqlı şəxs səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X4 arasında xx.xx.2022-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan doğum haqqında tibbi şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə X1 qız uşağı doğulmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci bəndində doğumun qeydə alınması üçün təqdim edilməli olan sənədlər sadalanmışdır. Həmin sənədlərdən biri “doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd” kimi göstərilmişdir. Ərizəçi uşağı tibb müəssisəsindən kənarda dünyaya gətirdiyinə görə doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin sənədi yoxdur. Qaydaların 2.6-cı bəndində isə göstərilib: “Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir.” Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, X2 xx.xx.2021-ci il tarixdə Quba Quba şəhərində Ərizəçi doğulması faktı müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, atalıq faktının müəyyən edilməsi hissəsində ərizə təmin edilməməlidir. Belə ki, ərizəçi bununla əlaqədar ilk öncə Maraqlı şəxsnə müraciət etməli, atalıq faktının müəyyən edilməsi qeydiyyat şöbəsində mümkün olmadıqda Quba rayon Məhkəməsinə atalıq faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi qismən təmin edilsin. X2 xx.xx.2021 -ci il tarixdə Quba şəhərində Ərizəçi doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-231/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-231/2023
24.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver