Məhkəmə qərarları › İş №2(027)-231/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-231/2025

20.02.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-231/2025 20.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölmüş elan edilməsinə” dair ərizəsi üzrə mülki işə QUBA Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, QUBA rayonu Vladimirovka kənd sakini xx.xx.1983-cü il təvəllüdlü X2 ölmüş elan edilməsinin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı QUBA rayonu Vladimirovka kənd sakini xx.xx.1983-cü il təvəllüdlü X3 2013-cü ildə əvvəlcə Türkiyə Respublikasına, daha sonra isə Suriyaya getmişdir. Orada olan qanunsuz silahlı qruplaşmaların tərkibinə qatılaraq döyüşlərdə iştirak etmişdir. Onda olan dəqiq məlumata görə 2021-ci ildə Suriyada gedən döyüşlərdə öldürülmüşdür. Elə həmin vaxtı orada Suriyada türkmən dağlarında dəfn olunmuşdur. Dünyasının dəyişdiyini və dəfn olunduğunu o dəqiq bilir. Çünki o, özü də orada olmuşdur. O vurulduqdan sonra evə də gətirilmişdir. Müəyyən sənədləşmə işlərinin aparılması üçün şəxsin ölümünün təsdiqi vacibliyi zərurəti yaranmışdır. Həyat yoldaşı Şamil Adıgözəlovun ölümü barədə rəsmi məlumat alımaq üçün vəkil tərəfindən Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə müraciət olunmuşdur. Dövlət Təhlükəsizlik Xidmətinin xx.xx.2024-cü il tarixli 5/3818 saylı məktubunda şəxsin həlak olması barədə dəqiqləşdirilməsi mümkün olmayan məlumatlarının olduğu bildirilmişdir. Vərəsəlik və daşınmaz əmlakla bağlı sənədləşmə işlərinin aparılması üçün yoldaşının ölüm faktının təsdiqi lazımdır. Şəxsin ölməsi faktının başqa yolla təsdiq edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərərk, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Əlavə edərək həyat yoldaşının cəsədinin şəklini təqdim edərək, şəkildəki şəxsin həyat yoldaşı olmasını təsdiqləmişdir. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, Ərizəçi onun bacısıdır. Bacısı həyat yoldaşı Şamil Adıgözəlovla birlikdə Türkiyəyə getmişdir. Bacısı 2012-ci ildə Türkiyədən qayıtmışdır. Lakin, bacısının həyat yoldaşını ölüm xəbəri gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və X5 bildirmişdir ki, Zəminə Adıgözəlov onların qardaşı Şamil Adıgözəlovun həyat yoldaşıdır. Ərizəçi qardaşı Şamil ilə birlikdə Türkiyəyə işləmək üçün getmişlər. Amma sonra ərizəçi geri qayıtmışdır. Qardaşları Şamil namaz qılan biri olmuşdur. Sonradan onlara məlum olmuşdur ki, qardaşları Şamil dini qruplaşmaya üzv olmuş, Suriyaya getmişdir. Bir müddət sonra onun ölüm xəbərini eşitmişlər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 14 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü, AR vətəndaşı X3 xx.xx.2014-cü il tarixdə Azərbaycanı tərk etmiş və bu günədək geri qayıtmamışdır. Onun xaricdəki münaqişə bölgəsində həlak olmasına dair dəqiqləşdirilməsi mümkün olmayan məlumatlar daxil olsa da, həmin məlumatları rəsmi qaydada təsdiq etmək mümkün olmamışdır. İş materiallarında olan AZE 07019066 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1983-cü il tarixdə QUBA rayonu, Vladimirovka kəndində anadan olmuşdur. İş materiallarında olan AZ-İ 739984 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X6 arasında nikah 10 may 2012-ci il tarixdə bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 20 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü X1 dəfə xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası sərhədindən çıxış etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.4.-cü maddəsinə əsasən 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmədə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, xx.xx.1983-cü il təvəllüdlü X3 ölüm təhlükəsi törədən hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşmüş və və ondan altı ay ərzində xəbər çıxmamışdır. Bu halda, məhkəmə mülki qanunvericiliyin tələbini əsas götürərək, hesab edir ki, ərizə əsaslı olmaqla, təmin edlməlidir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin olunaraq, ölmüş elan edilməlidir. Həmçinin, məhkəmə onu qeyd edir ki, hazırki mülki iş üzrə şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün X2 ölüm günü sayılır. Azərbaycan Respublikasının MPM-nin 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qətetdi: Ərizə təmin olunsun. xx.xx.1983-cü il tarixdə QUBA rayonu, Vladimirovka kəndində doğulmuş X3 ölmüş elan edilsin. X2 ölmüş elan edilməsi haqqında hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gün X2 ölüm günü sayılır. Qətnamə müvafiq qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində QUBA Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar