Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-233/2023 12.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölmüş elan edilməsi barədə qətnamənin ləğv edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölmüş elan edilməsi barədə qətnamənin ləğv edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 12 iyul 1955-ci ildə Quba rayonu, Rustov kəndində anadan olmuş qardaşı X5 olduğu yer aşkar edildiyi üçün onun 1994-cü ildə Rusiya Federasiyasının Xabarovsk şəhərində itkin düşməsi ilə əlaqədar ölmüş elan edilməsi barədə Quba Rayon Məhkəməsinin 2(027)-1078/2011 saylı, 09 sentyabr 2011-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxx 1966-cı ildə Quba rayonu, Rustov kəndində anadan olmuşdur. X2, anası X11r. Onun qardaşı X12 xx.xx.1955-ci ildə Quba rayonu, Rustov kəndində anadan olmuşdur. X25 1996-cı ildə Rusiya Federasiyasına getmiş, bundan sonra Azərbaycan Respublikasına gəlməsə də, daim olaraq onlarla əlaqə saxlamışdır. Hal-hazırda atası Hacıbaba Zeynalovun 94 yaşı var və xəstədir. Atasının son arzularından biri də X25un vətənə geri dönməyi və onu görməyi olmuşdur. Bununla bağlı X25a bildirdikdə o, Rusiya Federasiyasında sənədlərinin qaydasında olmadığını, yəni Rusiya Federasiyasının vətəndaşlığını bu günə kimi almadığını, bununla bağlı sənədlərini qaydasına salıb vətənə qayıdacağını bildirmişdir. X25 Rusiya Federasiyasında sənədləşmə işlərini qaydasına salmağa çalışarkən ona məlum olmuşdur ki, doğulduğu ölkədə, yəni Azərbaycan Respublikasında artıq o, ölmüş şəxs kimi qeyd olunmuş və adına ölüm haqqında şəhadətnamə işlənmişdir. Bu məlumatın dəqiqləşdirilməsi zamanı məlum olmuşdur ki, qardaşının keçmiş arvadı X6 X25un əmlakını öz adına rəsmiləşdirmək məqsədi ilə 2011-ci il tarixdə Quba Rayon Məhkəməsinə müraciət etmiş və Quba Rayon Məhkəməsinin 2(027)-1078/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə 12 iyul 1955-ci ildə Quba rayonu, Rustov kəndində anadan olmuş X5 1994-cü ildə Rusiya Federasiyasının Xabarovsk şəhərində itkin düşməsi ilə əlaqədar ölmüş elan edilməsi barədə qətnamə qəbul edilmişdir. Qeyd edilən qətnamə əsasında da X5 ölümü ilə bağlı Maraqlı şəxsndə xx.xx.2012-ci il tarixdə 10 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. Hal-hazırda X25un olduğu yer müəyyən olunmuşdur, bununla bağlı o özü mətbuata da müsahibə vermişdir. X25 hal-hazırda Rusiya Federasiyasının Xabarovsk şəhərində, Krasnodarsk küçəsi, ev 23 B, mənzil 1 ünvanında yaşayır. Lakin doğulduğu ölkə olan Azərbaycan Respublikasında ölümü ilə bağlı sənədin olması, yaşadığı ölkə olan Rusiya Federasiyasında isə özünə aid heç bir sənədi olmadığı üçün məhkəməyə gələrək iştirak edə və ya da etibarnamə göndərə bilmir. Mövcud qanunvericiliyin tələbinə əsasən ölmüş elan etməyə dair məhkəmə qətnaməsinin şəxsin özü tərəfindən ərizə verilərək ləğv edilməsi ilə bağlı hər hansı imperativ norma yoxdur. Ona görə də yaxın qohum olaraq ərizə ilə məhkəməyə mən müraciət etməli olmuşam. Şəxsin ölmüş elan edilməsi barədə qətnamənin ləğvi X25un sənədlərini qaydasına salaraq öz vətəninə geri dönməsi, yaşlı valideynləri ilə görüşməsi, adına əsassız olaraq tərtib edilmiş ölüm haqında şəhadətnamənin ləğv edilməsi üçün lazımdır. Ölüm haqqında şəhadətnamənin ləğvi ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, imtina cavabı verilərək məhkəməyə müraciət etmək hüququmun olduğu bildirilmişdir. Ona görə də 12 iyul 1955-ci il təvəllüdlü qardaşı X5 ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsinin ləğvinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.1998-ci il tarixli, XX-ЖГ seriyalı, 463481 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. X2 və anası X11r. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışdan görünür ki, X12 xx.xx.1955-ci ildə Azərbaycan Respublikası Quba rayonu, Rustov kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1955-ci il tarixdə Quba rayon Rustov İƏD tərəfindən 134 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2 və anası X11r. İş materiallarında olan Quba rayon Məhkəməsinin 09 sentyabr 2011-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə 12 iyul 1955-ci ildə Quba raronu, Rustov kəndində anadan olmuş X5 1994-cü ildə Rusiya Federasiyasının Xabarovsk şəhərində itkin düşməsi ilə əlaqədar ölmüş elan edilməsi qət edilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, X12 xx.xx.2011-ci ildə Rusiya Federasiyası Xabarovsk vilayətində vəfat etmişdir. Bu barədə xx.xx.2012-ci il tarixdə Maraqlı şəxs tərəfindən 10 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Abil Zeynalovun Azərbaycan Respublikasının Rusiya Federasiyasının Eketrinbruq şəhərindəki baş konsulluğuna ünvanladığı ərizəsindən görünür ki, həmin ərizədə 1999-cu ilə kimi o, Rustov kəndində yaşamış, 1999-cu ilin axırında Rusiya Federasiyasının Xabarovsk şəhərinə gəlmiş və bu günə kimi də Xabarovks şəhərindəki Krasnodarsk küçəsindəki, 23 B nömrəli evin, 1-ci mənzilində yaşayır. 2001-ci ildə pasportunu itirmiş və bu günkü günə kimi sənədsiz yaşadığını, bir neçə dəfə azərbaycana qayıtmaq istədiyini, ona Moskva şəhərində yerləşən səfirlikdən etiraz edildiyni, güya onun vəfat edildiynin əsas gətiriməsini qeyd edtmiş, ona vətənə qayıtması üçün köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 05/Q-606 nömrəli məktubundan görünür ki, Maraqlı şəxs tərəfindən tərtib olunmuş xx.xx.2012-ci il tarixli 10 saylı ölüm haqqında akt qeydi ilkin akt qeydi olduğu üçün ləğv olunması ilə bağlı ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Rustov bələdiyyəsinin sədri X8, Rustov İƏD-nin Məckə-Xacə kənd sakinləri X7, X3 iştirakı ilə tərtib olunmuş aktda göstərilir ki, Rustov kəndində anadan olmuş 1955-ci il təvəllüdlü X12 1996-cı ildə Rusiya Federasiyasına getmişdir. Getdikdən sonra ailə üzvləri, valideynləri, qardaş-bacıları ilə bir müddət əlaqə saxlamışdır. Hal-hazırda Rusiya Federasiyasının Xabarovsk vilayətində yaşayır. İş materiallarında olan X20, X4, X9 və X13 tərəfindən Xabarovs şəhərində xx.xx.2023-cü il tarixdə imzalanmış arayışdan görünür ki, Azərbaycan Rrspublikası vətəndaşı, xx.xx.1955-ci il təvəllüdlü, doğulduğu yer Azərbaycan SSR, ünvan 1 ünvanda yaşayan onların 10 ildən artıq tanıdıqları X12 hal-hazırda Xabarovsk şəhərində yaşayır. (mobil telefonu 8-914-209-58) Abil sağdır və sağlamdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 316-cı maddəsinə əsasən Xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, 12 iyul 1955-ci ildə Quba raronu, Rustov kəndində anadan olmuş X1 olmasını təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, 12 iyul 1955-ci ildə Quba rayonu, Rustov kəndində anadan olmuş X5 1994cü ildə Rusiya Federasiyasının Xabarovsk şəhərində itkin düşməsi ilə əlaqədar ölmüş elan edilməsi barədə Quba Rayon Məhkəməsinin 2(027)-1078/2011 saylı, 09 sentyabr 2011-ci il tarixli qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 12 iyul 1955-ci ildə Quba rayonu, Rustov kəndində anadan olmuş X5 1994-cü ildə Rusiya Federasiyasının Xabarovsk şəhərində itkin düşməsi ilə əlaqədar ölmüş elan edilməsi barədə Quba Rayon Məhkəməsinin 2(027)-1078/2011 saylı, 09 sentyabr 2011-ci il tarixli qətnaməsi ləğv edilsin. Hazırki qətnamə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-233/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-233/2023
12.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver