Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-236/2025 13.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və cavabdeh X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, onunla "xxxx" ASC arasında bağlanmış 25 noyabr 2011-ci il tarixli zaminlik müqaviləsi üzrə ödədiyi 1559,05 (bir min beş yüz əlli doqquz manat beş qəpik) manat məbləğində pul vəsaitinin və 36 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Quba filialı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə 171/11 saylı kredit müqaviləsi bağlanaraq ona müqaviləyə edilmiş əlavəyə əsasən kredit müddəti 12 ay uzadılmaqla 24 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Müqavilənin şərtlərinə görə kredit üzrə faizlər illik 20% hesablanmışdır. O cümlədən xx.xx.2011-ci il tarixdə Cavabdehla bağlanmış müqavilə üzrə kredit öhdəliyinin təmin edilməsi üçün bank onunla da həmin tarixdə 171/11 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh aldığı kredit borcunu hər ay müəyyən olunmuş qrafik üzrə ödəməli olduğuna baxmayaraq, o, müəyyən olunmuş müddət ərzində kredit borcunu və hesablanmış faizləri tam ödəmədiyindən bank məhkəməyə müraciət etmişdir. Quba rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli məhkəmə əmrinə əsasən əsas borclu Cavabdeh və zamin şəxs o, İddiaçı müştərək qaydada ödənilməmiş qalan 1176,48 (bir min bir yüz yetmiş altı manat qırx səkkiz qəpik) manat məbləğində əsas kredit borcu, 164, 81 (bir yüz altmış dörd manat səksən bir) manat faiz borcu olmaqla cəmi 1341,29 ( bir min üç yüz qırx bir manat iyirmi doqquz qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu alınaraq ABB ASC-nin hesabına ödənilməsi təmin edilmişdir. Cavabdeh həmin məbləği ödəmədiyinə görə qeyd olunan məbləğ zamin kimi ondan tələb olunmuşdur. Bu səbəblə də, Quba rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli məhkəmə əmrinin icrası təmin olunaraq, kredit borcunun tutulması onun pensiyasına yönəldilmiş və pensiyasından 03 noyabr 2023-cü il tarixdən başlayaraq, 08 sentyabr 2024-cü il tarixə kimi 1463 manat tutularaq "xxxx" ASC-nin hesabına köçürülmüşdür. Əlavə olaraq da həmin məbləğin 7% -i 96 manat icra şöbəsinin hesabına tutularaq ödənilmişdir. Bu fakt ərizəsinə əlavə etdiyi xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli inkasso sərəncamları ilə təsdiq olunur. Beləliklə də ondan ümumilikdə cəmi 1559,05 (bir min beş yüz əlli doqquz manat beş qəpik) manat pul tutulmuşdur. Cavabdeh ödəməli olduğu 1559,05 (bir min beş yüz əlli doqquz manat beş qəpik) manatı onun əvəzinə onun pensiyasından tutulduğuna görə həmin məbləğ ondan alınıb ona verilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, bankdan kredit alan zaman zaminə ehtiyac olmuş və tanışı Aslanşah adlı şəxs İddiaçı kreditin rəsmiləşdirilməsində zamin olaraq göstərmişdir. O, iddiaçını tanımır. Aldığı kredit üzrə ödənişləri etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclas iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli, 2(027)-2580/2014 saylı məhkəmə əmrindən görünür ki, Cavabdeh və İddiaçı müştərək qaydada 1176,48 (bir min bir yüz yetmiş altı manat qırx səkkiz qəpik) manat məbləğində əsas kredit borcu, 164,81 (bir yüz altımış dörd manat səksən bir qəpik) manat faiz borcu olmaqla - cəmi 1341,29 (bir min üç yüz qırx bir manat iyirmi doqquz qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu alınaraq "xxxx" ASC- nin hesabına ödənilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" Səhmdar Kredit Təşkilatı Xaçmaz Filialının 18 iyul 2024-cü il tarixli arayışından görünür ki, "xxxx" ASC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış № 171/11 saylı xx.xx.2011 -ci il tarixli kredit müqaviləsinə əsasən 3000.00 (üç min ) manat kredit almışdır. Krediti vaxtında qaytarmadığına görə bu iş üzrə Quba rayon Məhkəməsinin xx.xx.2014-cı il tarixli, 2(027)- 2580/2014 saylı Əmri vardır. ABB Quba filialından "xxxx" QSC-nin Xaçmaz filialının balansına götürülmüş Cavabdeh qalıq 1329.10 (bir min üç yüz iyirmi doqquz ) 10 qəpik kredit borcu tam olaraq ödənmişdir və həmin kredit üzrə heç bir borcu yoxdur. İş materiallarında olan xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli inkasso sərəncamlarından görünür ki, İddiaçı ümumilikdə 1559,05 manat məbləğində kredit ödənişi etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən 36 manat məbləğdə dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Qeyd olunan qanun normasına əsasən məhkəmə Quba Rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli, 2(027)-2580/2014 saylı məhkəmə əmrində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktları hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyan faktlar kimi qəbul edir. Məhkəmə araşdırması zamanı işdəki sübutlar əsasında müəyyən olunmuşdur ki, "xxxx" ASC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış № 171/11 saylı xx.xx.2011 -ci il tarixli kredit müqaviləsinə əsasən 3000 manat məbləğində kredit verilmiş, bankla zamin İddiaçı arasında bağlanmış 171/11 saylı zaminlik müqaviləsi üzrə zamin borclu İddiaçı həmin kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərini yerinə yetirməsi üçün birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüş, Quba Rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli, 2(027)-2580/2014 saylı məhkəmə əmri ilə Cavabdeh və İddiaçı müştərək qaydada 1176,48 (bir min bir yüz yetmiş altı manat qırx səkkiz qəpik) manat məbləğində əsas kredit borcu, 164,81 (bir yüz altımış dörd manat səksən bir qəpik) manat faiz borcu olmaqla - cəmi 1341,29 (bir min üç yüz qırx bir manat iyirmi doqquz qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu alınaraq "xxxx" ASC- nin hesabına ödənilməsi qərara alınmış, İddiaçı, Cavabdeh 171/11 saylı xx.xx.2011 -ci il tarixli kredit müqaviləsi üzrə borcuna görə 1559,05 manat pul Aqrarkredit” QSC-nin Xaçmaz filialına ödəmişdir. Bununla da cavabdeh Namik Babayev İddiaçı 1559,05 manat məbləğində maddi ziyan vurmuş və həmin məbləğdə onun hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə mənsubiyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun müəyyənləşdirilir. Azərbyacan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqqı qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda, verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş üzrə Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və iddia tələbinə hər hansı etiraz və bu etirazı əsaslandırdığı hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən edilmiş hallara tətbiq ediməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X2 1559,05 manat və dövlət rüsumu kimi ödənilmiş 36 manat alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nın 119-cu maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1559,05 manat və dövlət rüsumu kimi ödənilmiş 36 manat alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-236/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-236/2025
13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver