Məhkəmə qərarları › İş №2(027)-2366/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2366/2022

22.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2366/2022 22.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, doğum haqqında şəhadətnaməni əldə etmək mümkün olmadığından doğum haqqında akt qeydinin bərpa olunması və həmin akt qeydində doğum tarixinin xx.xx.1961-ci il kimi, ata qrafasında atanın “X7” və ana qrafasında ananın “X8” kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.1961-ci ildə Ermənistan Respublikası, Stepanavanskiy rayon, Kuybışeva kəndində anadan olmağına dair doğum faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında “X7”, ana qrafasında “X8” kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, səhhətilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını, iş üzrə ünvan 1 ünvanında yaşayan X3 şahid kimi onun iştirakı olmadan dindirilməsini, ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, o, 09 may 1961-ci il tarixdə Ermənistan Respublikası Stepanavan rayonunda doğulub və hal-hazırda Quba Rayonu, Alpan kəndində yaşayır. X22, X16. O, Türkmənistan vətəndaşı ilə ailə qurub. Ailə qurduqdan sonra soyadı Berdiyeva olub. Sonra ordan ayrılıb çıxıb, 1995-ci ildən Quba rayonu Alpan kəndində yaşayır. Bir bacısı və 4 qardaşı vardır. Onun doğum haqqında şəhadətnaməsi olmuş sonradan itirmişdir. Məlum hadisələrlə bağlı doğum haqqında şəhadətnaməni almaq üçün arxiv olmadığından doğum haqqında şəhadətnaməni başqa qaydada bərpa etmək mümkün olmamışdır. Doğum haqqında şəhadətnaməni bir sıra sənədlərin rəsmiləşdirilməsində ona lazımdır. Hazırda onun şəxsiyyət vəsiqəsi də yoxdur. Lakin SSR pasportu olmuşdur. Onun doğum haqqında şəhadətnaməsi olmuş, lakin şəhadətnaməsi məlum səbəblərdən itmişdir və o baxımdan doğum akt qeydinin bərpa olunması ilə bağlı Maraqlı şəxsnə müraciət edib. Qeydiyyat şöbəsində ona izah olunmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan qərarının 4-cü bəndində əks olunan hüquqi mövqeyinə uyğun olaraq izah edir ki, iddiaçının doğum haqqında akt qeydi yalnız doğumun qeydə edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə müvafiq rayon (rayon (şəhər) məhkəməsinin qətnamsəi əsasında bərpa edilə bilər. Həmin qurumun 28 dekabr 2021 -ci il tarixli məktubu ilə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti Aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları»nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizəni təmin etmək qeyri-mümkün olduğu bildirilmiş və ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Göstərilənləri nəzərə alaraq, Ərizəçi xx.xx.1961-ci ildə Ermənistan Respublikası, Stepanavanskiy rayon, Kuybişeva kəndində anadan olmağına dair doğum faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında “X7”, ana qrafasında “X8” kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X10 bildirdi ki, onlar Ermənistan Respublikasında Stepanavan rayonu, Kuybışev kəndində anadan olublar. O, yaşca Nataşadan böyükdür. Sonradan Ərizəçi ordan köçmüş. O, Türkmənistan vətəndaşı ilə ailə qurmuşdu. Hal-hazırda yenə bir kənddə, Quba rayonu, Alpan kəndində yuaşayırlar. Məhkəmə şahid X6 dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs xx.xx.2021-ci il tarixli, 01 nömrəli məlumatından məlum olur ki, Ərizəçi barəsində Quba rayonu üzrə 1958-1965-ci illər üzrə doğum haqqında akt qeydləri yoxlanılmış və Qeydiyyat şöbəsinin doğum haqqında akt qeydi kitabında akt qeydi aşkar olunmamışdı. İş materiallarında olan Ərizəçi məxsus İİİ-ИЮ 677441 seriya və nömrəli SSRİ pasportunun surətindən görünür ki, Ərizəçi 09 may 1961-ci il tarixində Ermənistan Respublikası, Stepanavan rayonu, Kuybışev kəndində anadan olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Quba rayonu, Alpan kəndində Alpan kənd sakinləri X1, X10 və X11 tərəfindən tərtib edilmiş Akta əsasən, akta yapışdırılmış şəkilin 1961-ci il təvəllüdlü Ərizəçi məxsus olduğu, onun Quba rayonu, Alpan kəndinin sakini olduğu qeyd olunaraq, aktın doğruluğunu öz imzalarıyla təsdiq etmiş, Quba rayon İHB-nın Alpan İƏD-si üzrə nümayəndəsi Sahil İsgəndərov vətəndaşların imzalarını öz imzası və möhürlə təsdiq etmişdir. İş materiallarında olan Ərizəçi qardaşı X9 məxsus İ-ЗЖ 731213 seriya və nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1965-ci ildə Kuybişeva kəndində doğulmuş, ata qrafasında X7, ana qrafasında X8 qeyd olunub. İş materiallarında olan AZE 17600560 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 30.1.1980-ci ildə Ermənistan Respublikası, Stepanavanskiy rayonunda anadan olmuş, Quba rayonu, Alpan kəndində qeydiyyatdadır İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2021-ci il tarixli, 05/Q-02 nömrəli məktubundan görünür ki, Ərizəçi doğulmasına dair heç bir sənəd təqdim edə bilmədiyi üçün doğum faktının müəyyən edilməsi və yaxud bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Beləliklə məhkəmədə müəyyən edildi ki, Ərizəçi 14 dekabr 1986-cı il tarixdə 09 may 1961-ci il tarixində Ermənistan Respublikası, Stepanavanskiy rayonu, Kuybışeva kəndində anadan olmuş, hazırda və Quba rayonu, Alpan kəndində yaşayır. Qardaşına məxsus doğum haqqında şəhadətnamədən məlum olur ki, atası- X7, anası- X4r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, X5 09 may 1961-ci il tarixdə Ermənistan Respublikası, Stepanavanskiy rayonu, Kuybişeva kəndində doğulması faktı müəyyən edilməli, Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən atası qrafasında “X7” anası qrafasında “X8” qeyd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Ərizəçi 09 may 1961-ci il tarixdə Ermənistan Respublikası, Stepanavanskiy rayonu, Kuybışeva kəndində doğulması faktı müəyyən edilsin. Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən atası qrafasında “X7” anası qrafasında “X8” qeyd olunsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar