Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-238/2021 29.01.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X33 oğlunun katibliyi, Ərizəçi etibarnamə əsasında nümayəndəsi və vəkili X20 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1q qızı, Maraqlı şəxs2, X21 və Quba regional “Asan Xidmət” mərkəzi notariat ofisinə qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, nənəsi X4 qalmış JN 3xx xxx 30302016 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən Quba rayonu, Qonaqkənd kəndində yerləşən 0,54 ha torpaq sahəsini və JN 139A KOD 30302018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən Quba rayonu, Qonaqkənd kəndində yerləşən 0,04 ha torpaq sahəsini, onun yəni Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, miras əmlak olan JN 3xx xxx 30302016 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən Quba rayonu, Qonaqkənd kəndində yerləşən 0,54 ha torpaq sahəsi və JN 139A KOD 30302018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən Quba rayonu, Qonaqkənd kəndində yerləşən 0,04 ha torpaq sahəsi nənəsi X4 və X11ndan miras qalmışdır. X9, nənəsi X12 ilə ailə qurmuş, onların nikahından X11, əmisi X17 və bibisi X22 anadan olmuşdur. X9 xx xxxxxx 1996-cı il tarixdə, nənəsi X12 xx xxxxx 2003-cü il tarixdə, X11 xx xxxxxx 2009-cu il tarixdə, əmisi X17 xx xxxx 2015-ci il tarixdə vəfat etmişdir. X11 xx xxxx 1968-ci il tarixdə anası Eyvazova Muşbet Eybatovna ilə rəsmi nikaha daxil olmuşdur. Onların nikahından o, xx xxxxxx 1976-cı il tarixdə, qardaşları Maraqlı şəxs2 xx xxxx 1969cu il tarixdə, Maraqlı şəxs3 xx xxxx 1972-ci il tarixdə anadan olmuşdur. Nənəsindən qalmış əmlakdan əmisi X17, bibisi X22 notarial qaydada, ərizə yazaraq imtina etmişdir. X1 vəfatından sonra JN 3xx xxx 30302016 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən Quba rayonu, Qonaqkənd kəndində yerləşən 0,54 ha torpaq sahəsi və JN 139A KOD 30302018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən Quba rayonu, Qonaqkənd kəndində yerləşən 0,04 ha torpaq sahəsinə sahiblik etmiş, nəzarət etmiş və vergiləri də ödəmişdir. Lakin qanunu bilməməzlikdən nənəsi X12 vəfat edəndən sonra qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmək üçün Notariat Kontoruna ərizə ilə müraciət etməmişdir. Belə ki, hazırda nənəsindən miras qalan payı vərəsəlik yolu ilə qəbul etmək üçün Maraqlı şəxs4nə müraciət etsə də, oradan ona qanunla müəyyən edilmiş müddəti buraxdığı üçün notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında məktub verilmiş və məhkəməyə müraciət etməsi məqsədə müvafiq olduğu qeyd edilmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq məhkəməyə verdiyi izahatında bildirdi ki, miras qoyan X12 xx xxxxx 2003-cü ildə vəfat etmiş, onun əri X28 hələ ondan əvvəl xx xxxxxx 1996-cı ildə vəfat etmiş, X5 üç vərəsəsi olmuş, onlardan Maraqlı şəxs1 notariat orqanına ərizə verərək atası X15 və anası X4 qalmış miras əmlakı qəbul etmədiyini və müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmədiyini bildirmiş, digər vərəsə X18 miras qoyandan sonra yəni xx xxxx 2015-ci il tarixdə ölmüş, ölməmişdən qabaq miras qoyandan qalmış miras əmlakı qəbulu ilə bağlı heç bir hərəkət həyata keçirməmiş, atası X15 qalmış miras əmlakı qəbul etmədiyini və müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmədiyini bildirmiş, digər üçüncü vərəsə X29 miras qoyan X4 qalmış miras əmlakı idarə etmiş, miras əmlaka baxmış, onun vergilərini ödəmiş, mirası faktiki surətdə idarə etməklə qəbul etmiş, lakin miras qəbul etməyə macal tapmamış ölmüş, onun ölümündən sonra qızı Ərizəçi miras qəbul etmiş, onu idarə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Quba Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə maraqlı şəxlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AA******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1976-cı ildə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş AZE 0******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs1 xx xxxxxxx 1936-cı ildə Quba rayonunda anadan olmuş, ünvan 1 ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş AZE 0******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs3 xx xxxx 1972-ci ildə ünvan 2 ünvanında ünvanında yaşayır. İş materiallarında olan Quba rayonu RİHB-nın Qonaqkənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 333 nömrəli arayışdan görünür ki, X5 adına olan pay torpağına və həyətyanı torpaq sahəsinə xx.xx.2003-cü il tarixində X12 dünyasını dəyişəndən sonra xx xxxxxx 2009-cu ilə qədər oğlu X2 etmişdir. X37 dünyasını dəyişəndən sonra həmin torpaq sahələrinə onun qızı (Mahmudova) Ərizəçi sahiblik və nəzarət etmişdir. İş materiallarına əlavə olunmuş Quba rayonu Qonaqkənd bələdiyyəsinin xx xxxxxxxx 2020-ci il tarixli 64 nömrəli arayışından görünür ki, Ərizəçi X1 adına hesablanmış torpaq vergilərini ödəmişdir. İş materiallarına əlavə olunmuş Abşeron rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2009-cu il tarixli AZ-İ 343355 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X30 xx xxxxxx 2009-cu il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nizami rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxx 2015-ci il tarixli AZ-İ 739771 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X18 xx xxxx 2015-ci tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səadət sarayı tərəfindən verilmiş xx xxxx 1968-ci il tarixli AZ-117490 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X3 Muqibət Heybət qızı ilə nikahlarını xx xxxx 1968-ci il tarixdə 2139 nömrə ilə qeyd etmişlər. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Oktyabr rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 1969-cu il tarixli AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 xx xxxx 1969-cu il tarixdə doğulmuş, X11, anası X10r. İş materiallarına əlavə olunmuş AA ******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx xxxx 1969-cu ildə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Oktyabr rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxx 1972-ci il tarixli İ-JQ 361731 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs3 xx xxxx 1972-ci il tarixdə doğulmuş, X11, anası X10r. İş materiallarına əlavə olunmuş Quba rayon Qonaqkənd Qəsəbə İƏV üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2003-cü il tarixli AZ-İ 066434 nömrəli ölüm haqqqında şəhadətnamədən görünür ki, X12 xx xxxxx 2003-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş Quba rayon Qonaqkənd Qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 1996-ci il tarixli İV-JQ 449318 nömrəli ölüm haqqqında şəhadətnamədən görünür ki, X31 xx xxxxxx 1996-ci il tarixdə ölmüşdür. İş materiallarına olan Maraqlı şəxs1 tərəfindən yazılmış Bakı şəhəri 27-ci dövlət notariat kontorunda təsdiq edilmiş ərizədən görünür ki, xx.xx.1995-ci il tarixdə vəfat etmiş atası X19 adında qalmış miras əmlakı qəbul etməmiş, gələcəkdə həmin miras əmlakının qəbulu barədə və ya keçmiş vərəsəlik müddətinin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs1 tərəfindən yazılmış Bakı şəhəri 26 saylı dövlət notariat kontorunda təsdiq edilmiş ərizədən görünür ki, xx xxxxx 2003-cü il tarixdə vəfat etmiş anası X5 adında qalmış miras əmlakı qəbul etməmiş, gələcəkdə həmin miras əmlakının qəbulu barədə və ya keçmiş vərəsəlik müddətinin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Oktyabr rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 1976-ci il tarixli V-JQ 264336 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx xxxxxx 1976-ci il tarixdə doğulmuş, X11, anası X6r. İş materiallarına olan Quba RİHB-nın Qonaqkənd qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 332 nömrəli arayışdan görünür ki, X5 xx.xx.2003-cü il tarixdə Quba rayonu Qonaqkənd qəsəbəsində vəfat etmiş, onun ölümündən sonra qızı Maraqlı şəxs1, oğlu xx xxxxxx 2009-cu il tarixdə vəfat etmiş oğlu X38, xx xxxx 2015-ci il tarixdə vəfat etmiş X17 ölmüşdür. İş materiallarında olan Quba rayonu Dərk kənd soveti tərəfindən verilmiş xx xxxxxx 1953-cü tarixli İE-876963 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş edilmiş surətindən görünür ki, Maraqlı şəxs1 xx xxxxxxx 1936-cı il tarixdə Quba rayonu Dərk kəndində anadan olmuş, atası X32, anası X7r. İş materiallarına əlavə edilmiş Qonaqkənd rayonu Zaqs bürosu tərəfindən verilmiş xx xxxx 1959-cu il tarixli İ-İE 692901 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx xxxxxx 1943-cü ildə Qonaqkənd rayonunda anadan olmuş, atası X32, anası X7r. İş materiallarına olan X17 tərəfindən yazılmış Bakı şəhəri 15 saylı dövlət notariat kontorunda təsdiq edilmiş ərizədən görünür ki, atası X19 Quba rayonu Qonaqkənd qəsəbəsində olan şəxsi mülkündən ona düşən paydan imtina edir, həmin mülkün qardaşı Rafiq Mahmudovun adına keçirilməsinə etiraz etmir. İş materiallarında olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-139A KOD 30302018 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Quba rayonu X13 xx xxxxxx 1997-ci il tarixli qərarı ilə X8 Quba rayonu Qonaqkənd kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,04 ha torpaq sahəsi və Torpağa Mülkiyyət Hüququna dair JN-3xx xxx 30302016 nömrəi Dövlət Aktına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,54 ha pay torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, miras qoyan X12 xx xxxxx 2003-cü ildə vəfat etmiş, onun əri X28 hələ ondan əvvəl xx xxxxxx 1996-cı ildə vəfat etmiş, X5 üç vərəsəsi olmuş, onlardan Maraqlı şəxs1 notariat orqanına ərizə verərək atası X15 və anası X4 qalmış miras əmlakı qəbul etmədiyini və müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmədiyini bildirmiş, digər vərəsə X18 miras qoyandan sonra yəni xx xxxx 2015-ci il tarixdə ölmüş, ölməmişdən qabaq miras qoyandan qalmış miras əmlakı qəbulu ilə bağlı heç bir hərəkət həyata keçirməmiş, mirası qəbul etməmiş, atası X15 qalmış miras əmlakı qəbul etmədiyini və müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmədiyini bildirmiş, digər üçüncü vərəsə X29 miras qoyan X4 qalmış miras əmlakı idarə etmiş, miras əmlaka baxmış, onun vergilərini ödəmiş, mirası faktiki surətdə idarə etməklə qəbul etmiş, lakin miras qəbul etməyə macal tapmamış ölmüş, onun ölümündən sonra qızı Ərizəçi miras qəbul etmiş, onu idarə etmişdir. Lakin qanunu bilməməzlikdən Ərizəçi miras qoyan X12 vəfat edəndən sonra qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmək üçün Notariat Kontoruna ərizə ilə müraciət etməmişdir. Nənəsindən qalan mirası qəbul etmək üçün Maraqlı şəxs4nə müraiət etsə də, oradan ona qanunla müəyyən edilmiş müddəti buraxdığına görə notariat hərəkətinin aparılmasından imtina edilmiş və məhkəməyə müraciət edilməsi məqsədə uyğun hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Qanunun 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, Ərizəçi göstərdiyi hallar, yəni Torpağın Mülkiyyətə verilməsinə dair JN-139A KOD 30302018 nömrəli Şəhadətnaməyə əsasən Quba rayonu Qonaqkənd kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,04 ha torpaq sahəsi və Torpağa Mülkiyyət Hüququna dair JN-3xx xxx 30302016 nömrəi Dövlət Aktına əsasən Quba rayonu Qonaqkənd kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş 0,54 ha torpaq sahəsini qəbul etmiş hal-hazırda həmin əmlak onun faktiki sahibliyi və istifadəsindədir. Göstərilənləri nəzərə alaraq, ərizə əsaslı olduğu üçün təmin edilməli, X4 miras qalmış JN 3xx xxx 30302016 nömrəli Torpağın Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən Quba rayonu, Qonaqkənd kəndində yerləşən 0,54 ha torpaq sahəsindən və JN 139A KOD 30302018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən Quba rayonu, Qonaqkənd kəndində yerləşən 0,04 ha torpaq sahəsindən ibarət mirasın Ərizəçi tərəfindən qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Miras qoyan X4 miras qalmış JN 3xx xxx 30302016 nömrəli Torpağın Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən Quba rayonu, Qonaqkənd kəndində yerləşən 0,54 ha torpaq sahəsindən və JN 139A KOD 30302018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən Quba rayonu, Qonaqkənd kəndində yerləşən 0,04 ha torpaq sahəsindən ibarət mirasın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-238/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-238/2021
29.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver