Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-238/2024 16.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçılar İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın müayinəsinə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu Amsar kəndində yerləşən mərhum atası X4 ayrılmış 0.10 ha həyətyanı torpaq sahəsi Cavabdeh tərəfindən torpaq üzərində müayinənin aparılması üçün yaradılan maneələrin aradan qaldırılması və torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan Qanunun normasının tələblərinə əsasən İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayonu Amsar kəndində yerləşən mərhum atası X4 ayrılmış 0.10 ha həyətyanı torpaq sahəsi Cavabdeh tərəfindən torpaq üzərində müayinənin aparılması üçün yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx.xx.2020-ci il tarixli 1485 saylı arxiv arayışına əsasən mərhum atası X3 və onun istifadəsində Quba rayonu, Amsar kəndində 0.10 ha hyətyanı torpaq sahəsi mövcuddur. Atası vəfat etdikdən sonra Quba şəhərində yaşadığından kənddə olan torpaq sahəsinə baş çəkə bilməmiş və üzərində olan köhnə ev sökülüb dağılmışdır. Cavabdeh onların həyət qonşusudur. Onun kəndə gedib-gələ bilməməyindən sui - istifadə edərək, cavabdeh aralarında olan hasarı sökərək, onlara məxsus 0.10 ha torpaq sahələrini də, öz torpağına qataraq hasarlamışdır. Dəfələrlə cavabdehə torpaq sahəsini könüllü qaytarmasını xahiş etsə də, o buna məhəl qoymur və bildirir ki, nə istəyirsən get elə, torpaq sahəsi artıq ona məxsusudur. O, torpaq sahələrinə aid arxiv sənədlərini, Amsar bələdiyyəsinin rəyi, təsdiq olunmuş xəritəni və digər səndləri toplayaraq, reyestr çıxarışı almaq üçün Quba Regional asan xidmətinə müraciət etmişlər. Xaçmaz 5 saylı Regional xidmətin xx.xx.2023-cü il tarixli müraciətinə baxılması barədə məktubunda qeyd edilir ki, torpaq üzərində mübahisə mövcud olduğundan daşınmaz əmlak üzərində müayinə işlərini aparılması mümkün olmamışdır. O, cavabdehə müayinə aparılması üçün reyestr xidmətinin əməkdaşlarına şərait yaratmasını xahiş etsə də, o bunu etməkdən imtina etmişdir. Cavabdehin yaratdığı maneələrin üzündən reyestr xidmətinin əməkdaşları həyətə daxil ola bilmədiyindən torpaq üzərində müayinə apara bilmədilər. O, məcbur olaraq, cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçılar İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdə vəfat etmiş X1 qanun üzrə vərəsələri sırasına daxildir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1950-ci ildə anadan olmuşdur. Onun atası X2r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan DƏDK və Reyestr publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, torpaq sahəsi üzərində mübahisə mövcud olduğundan daşınmaz əmlak üzərində müayinə işlərinin aparılması mümkün olmamışdır. İş materiallarında olan arxiv arayışından görünür ki, Quba rayonu, Amsar kəndində yerləşən 0.10 ha torpaq sahəsi X1 mülkiyyətindədir. Beləliklə tərəflərin izahatları və məhkəmə araşdırılmaları zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2012-ci il tarixdə vəfat etmiş X1 vərəsələri sırasına daxildir. Quba rayonu, Amsar kəndində yerləşən 0.10 ha torpaq sahəsi X1 mülkiyyətindədir İddiaçı vərəsəlik hüququ əsasında mübahisə predmetini təşkil edən əmlaka payının müəyyən edilməsini istəsə də, cavabdeh tərəfindən həmin əmlakın müayinəsinə maneələr yaradılmışdır. Belə ki, iddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən sənədlərin ekspertizası və müayinəsi zamanı aşkar olunmuşdur ki, torpaq sahəsi üzərində mübahisə mövcud olduğundan daşınmaz əmlak üzərində müayinə işlərinin aparılması mümkün olmamışdır. Bu səbəbdən də, torpaq sahəsinin texniki göstəricilərini əks etdirən texniki pasportun hazırlanması və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Bununla da, mübahisə predmetini təşkil edən əmlakın müayinəsinə cavabdeh tərəfindən maneələrin yaradılması öz təsdiqini tapmışdır. Cavabdeh tərəf mübahisə predmetini təşkil edən əmlakın onun mülkiyyətində olduğunu qeyd etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X6 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və X6 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, Avropa Konvensiyasının mülkiyyət hüququ ilə bağlı bu normaları baxımından da iddia təmin edilməli, Quba rayonu Amsar kəndində yerləşən İddiaçı mərhum atası X4 ayrılmış 0.10 ha həyətyanı torpaq sahəsinin müayinəsinə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Quba rayonu Amsar kəndində yerləşən İddiaçı mərhum atası X4 ayrılmış 0.10 ha həyətyanı torpaq sahəsinin müayinəsinə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-238/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-238/2024
16.01.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver