Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2389/2021 25.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlu, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması” tələbi barədə iddia ərizəsini nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M : İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını, JN-022F ömrəli, KOD 30317038 kodlu “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında Quba rayonunun Küsnət-Qazma kənd ərazisində onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə əlaqəli yollarda Cavabdeh tərəfindən quraşdırılmış maneələrin Cavabdeh şəxsi vəsaiti hesabına sökülməsi, söküntülərin qalıqlarının ərazidən çıxarılması, JN-022F ömrəli, KOD 30317038 kodlu “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında Quba rayonunun Küsnət-Qazma kənd ərazisində onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinə gedən yollardan istifadəyə maneələrin törədilməsinin Cavabdeh qadağa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumu alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəf 21.10..2021-ci il tarixdə məhkəmədən Cavabdeh qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması” barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia ərizəsinin məhkəməyə verilməsi üçün Dövlət büdcəsinə 10 (on) manat məbləğində dövlət rüsumu köçürmüşdür. Halbuki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən (Qanun 01.10.2021-ci il tarixdən qüvvəyə minmişdir), fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği 100 (yüz) manat təşkil edir. Lakin iddia ərizəsinin məhz “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 01.10.2021-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Qanunundan əvvəl məhkəməyə təqdim edilməsi barədə heç bir sübut aşkar edilmədiyindən hesab edirəm ki, müraciət edən şəxs “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərini pozmuşdur. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə aiddiyyəti üzrə Quba Rayon Məhkəməsinə müraciət edilən zaman iddia ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Beləliklə hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada hazırkı iddia tələbi ilə bağlı ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması” tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2389/2021
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2389/2021
25.10.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver