Məhkəmə qərarları › İş №2(027)-239/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-239/2025

21.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-239/2025 21.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Maraqlı şəxs nümayəndəsi X17 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1947-ci il tarixdə Quba rayonu Xucbala kəndində vəfat etmiş X8 xx.xx.1947-ci ildə doğulmuş o, Ərizəçi anası olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan hüquq normasının tələblərinə əsasən Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.2006-cı il tarixdə Quba rayonu Xucbala kəndində vəfat etmiş X8 xx.xx.1947-ci ildə doğulmuş o, Ərizəçi anası olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X5 xx xxxx 1947-ci il tarixdə Tatarıstan Respublikası Sabinsk rayonu, Syulya kəndində doğulmuşdur. X24 içki düşkünü olduğundan onları evdən qovmuş, anası X14 1956-cı ildə atasından ayrılmış və onlar Azərbaycan Respublikasına Quba rayonu, Xucbala kəndinə gəlmişlər. O, orta təhsilini Qusar rayonunda almışdır. Hərbi xidmətə Quba rayonundan getmişdir. Onlar Azərbaycan Respublikasına gəldikdən bir müddət sonra atasının yaşadığı Tatarıstan Respublikası Sabinsk rayonu, Syulya kəndində olan yaşayış evləri yanmış, onlara məxsus bütün əşya və şəxsiyyətlərini müəyyən edən sənədləri yanmış və məhv olmuşdur. Anası X14ya Quba rayonu AİK-nın xx.xx.1998-ci il tarixli 13 saylı qərarı ilə Quba rayonu. Xucbala kəndi ərazisindən 0.11 ha həyətyanı torpaq sahəsi verilmiş və adına JN-118F Kod 30327018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə tərtib edilmişdir. Qeyd olunan şəhadətnamədə anasının adı səhvən Vəliyeva Hədiyyə yazılmış, Quba RİHB-da tərtib olunmuş 20 iyun 2024-cü il tarixli aktla JN-118F Kod 30327018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə texniki səhvə yol verildiyi və mülkiyyətçinin adının Vəliyeva Hədiyyə deyil X11ması təsdiq edilmişdir. Anası X14 04 noyabr 2006-cı il tarixdə Quba rayonu, Xucbala kəndində ölmüş və Xucbala kənd qəbiristanlığında dəfn olunmuşdur. Hazırda anası X9 miras qalmış torpaq sahəsini vərəsəlik üzrə adına rəsmiləşdirmək istəyir. Şəxsiyyətlərini müəyyən edən sənədləri yandığından doğum haqqında şəhadətnaməni əldə etmək qeyri mümkündür. Bu səbəblə də. X1 anası olmasına dair qohumluq faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Doğum haqqında şəhadətnaməsi mövcud olmadığından X1 anası olmasını müəyyən etdirə bilmir. Quba RİHB-nm Xucbala İƏD üzrə nümayəndəliyində tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli Aktla da sübuta yetirilir ki. xx.xx.2006-cı il tarixdə vəfat etmiş və Quba rayonu, Xucbala kənd qəbiristanlığında dəfn edilmiş X14 xx.xx.1947-ci il tarixdə doğulmuş Ərizəçi doğma anasıdır. Quba rayonu, Xucbala kənd soveti tərəfindən verilmiş 15 avqust 1971-ci il tarixli A3 № 173962 saylı Evlənmək haqqında şəhadətnamədən görünür ki, o, Ərizəçi xx.xx.1947-ci il tarixdə Tatarıstan Respublikası Sabinsk rayonu, Syulya kəndində doğulmuşdur. Məhkəmədə Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək və ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X22 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatından bildirmişdir ki, ərizəçi onun xalasının yoldaşıdır. Hədiyyə (Xodiya) onun anası olmuşdur. Qohumlar ərizəçinin anasını yəni, Xodiyanı Hədiyyə kimi tanımış və müraciət etmişlər. Ərizəçinin atasını və anasını tanıyır. Ərizəçinin anası vəfat etmiş, onun Quba rayonu, Xucbala kənd qəbirstanlığında dəfn etmişlər və dəfn mərasimində şəxsən iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatından bildirmişdir ki, ərizəçi onun bibisinin həyat yoldaşıdır. Hədiyyə onun anası olmuşdur. Ərizəçinin atasını və anasını tanıyır. Ərizəçinin anası vəfat etmiş, onun Quba rayonu, Xucbala kənd qəbirstanlığında dəfn etmişlər və dəfn mərasimində şəxsən iştirak etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 19 avqust 2024-cü il tarixli X12, X7 və X3 tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş aktdan görünür ki, Ərizəçi doğma anası xx.xx.2006-cı il tarixində vəfat etmiş, Quba rayonu, Xucbala kənd qəbirstanlığında dəfn olunmuş X10. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Məhkəmə araşdırması zamanı mərhum X14 Ərizəçi ilə qohumluq münasibətlərində (anası) olması, bu barədə doğum haqqında akt qeydləri kitabında məlumat olmadığı üçün ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilməməsi və həmin hüquqi faktın müəyyən edilməsinin ona anası X2mış mirası qəbul etmək və vərəsəlik haqqında şəhadətnamə almaq üçün lazım olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması barədə hüquqi əhəmiyyətli fakt məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2006-cı il tarixdə Quba rayonu Xucbala kəndində vəfat etmiş X8 Ərizəçi anası olması faktı müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. xx.xx.1947-ci il tarixdə anadan olmuş, xx.xx.2006-cı il tarixdə Quba rayonu Xucbala kəndində vəfat etmiş X8 Ərizəçi doğma anası olması olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar