Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2391/2021 26.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən,Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, torpaq sahəsindən çıxarılma, ümumi istifadə olan gediş-gəliş yolunun açılması tələbinə dair iddia ərizəsi üzrə mülki işin sənədlərini nəzərdən keçirib, müəyyən etdim : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, torpaq sahəsindən çıxarılma, ümumi istifadə olan gediş-gəliş yolunun açılması tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən və əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçıılar İddiaçı1 və İddiaçı2 məxsus olan torpaq sahələri ayrı-ayrı torpaq sahələridir və onların yaxın qohumluq münasibətləri yoxdur. İddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ayrı ayrılıqda müstəqil qaydada hazırki iddia tələbləri ilə Quba Rayon Məhkəməsinə müraciət etməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iddiaçıya iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149,150-152, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, torpaq sahəsindən çıxarılma, ümumi istifadə olan gediş-gəliş yolunun açılması tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 izah edilsin ki, iddia ərizəsinin qaytarlımasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2391/2021
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2391/2021
26.10.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver