Məhkəmə qərarları › İş №2(027)-24/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-24/2024

15.01.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-24/2024 15.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 maraqlı tərəf DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpağın naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN 0094 kod ******* saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı 1,19 ha torpaqdan hər birinin payına düşən 0,40 ha, cəmi 0,80 ha torpağın ayrılaraq naturada onlara verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 məhkəməyə ərizə ilə müraciət edərək hazırda iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. İş üzrə cavabdeh tərəfindən hazırki işin mahiyyəti üzrə həll olunması tələbi ilə bağlı məhkəmə müraciət edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 maraqlı tərəf DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpağın naturada ayrılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 maraqlı tərəf DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpağın naturada ayrılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar