Məhkəmə qərarları › İş №2(027)-240/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-240/2020

13.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-240/2020 13.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı-cavabdeh İddiaçı2 nümayəndəsi həm də iddiaçı-cavabdeh İddiaçı1, cavabdeh Paşayeva (Məcidova) Aytəkin Rəşid qızının nümayəndəsi həm də cavabdeh-iddiaçı Cavabdeh1, nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Paşayeva (Məcidova) Aytəkin Rəşid qızına qarşı mülkiyyətdə olan fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma tələbinə dair ilkin iddia ərizəsi üzrə və Cavabdeh1 İddiaçı1 və İddiaçı2 qarşı Torpağın Mülkiyyətə Verilməsinə dair JN-086A KOD 30307038 saylı və JN-086A KOD 30307038 saylı Şəhadətnamələrin, xx.xx.2002-ci il tarixli 111 saylı Qeydiyyat vəsiqəsinin və onların əsasında verilmiş qanun üzrə vərəsəlik şəhadətnamələrinin və Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışların etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Paşayeva (Məcidova) Aytəkin Rəşid qızının Quba rayonu, Digah kəndində yerləşən və mülkiyyətlərində olan torpaq sahəsindən və fərdi yaşayış evindən əmlakları ilə birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Paşayeva (Məcidova) Aytəkin Rəşid qızının İddiaçı1 və sonuncunun məxsus əmlaklardan istifadə hüququna 2000 manat kompensasiya verilməklə xitam verilməsinə və onların əşyalarının fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh1 İddiaçı1 və Paşayeva (Məcidova) Aytəkin Rəşid qızına qarşı Torpağın mülkiyyətə verilməsinə dair JN-086A KOD 30307038 saylı və JN-086F KOD 30307038 saylı Şəhadətnamələrin, xx.xx.2002-ci il tarixli 111 saylı Qeydiyyat vəsiqəsinin və onların əsasında verilmiş qanun üzrə vərəsəlik şəhadətnamələrinin və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışların etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-086A KOD 30307038 saylı və JN-086A KOD 30307038 saylı Şəhadətnamələrin, xx.xx.2002-ci il tarixli 111 saylı Qeydiyyat vəsiqəsinin və onun əsasında verilmiş xx.xx.2002-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin, xx.xx.2002-ci il tarixli 111 saylı Qeydiyyat vəsiqəsinin, xx.xx.2006-cı il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, RX seriyalı 089784 nömrəli, RX seriyalı ******* nömrəli çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsi qaydasında ərizə verərək, qarşılıqlı iddia ərizəsində cavabdeh İddiaçı2 əvəzinə səhvən qızı Cavabdeh2 adını cavabdeh kimi qeyd etdiyini, qarşılıqlı iddia ərizəsində göründüyü kimi, cavabdeh kimi ona qarşı ilkin iddia irəli sürən İddiaçı2 bəhs etdiyini və qarşılıqlı iddia tələbinin cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı olmasını nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia tələbinə dəqişləşmə verərək, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-086A KOD 30307038 saylı və JN-086F KOD 30307038 saylı Şəhadətnamələrin, xx.xx.1991-ci il tarixli 11-5541 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin, X7 adına verilmiş 111 nömrəli qeydiyyat vəsiqəsinin, xx.xx.2006-cı il tarixli və xx.xx.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, X8 adına olan xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsinin, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetsrindən verilmiş RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli çıxarışların, daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı-cavabdeh İddiaçı2 nümayəndəsi həm də iddiaçı-cavabdeh İddiaçı1 iddia tələbi müdafiə edərək, onunla əsaslandırmışdır ki, Quba rayonu, Digah kəndində yerləşən 0,16 ha torpaq sahəsi iddiaçılardan İddiaçı1 va həmin kənddə 0,08 ha torpaq sahəsi və ümumi sahəsi 96,1 kv/m olan fərdi yaşayış evi iddiaçıların birgə mülkiyyətindədir. Həmin torpaq sahəsinin İddiaçı1 mülkiyyətində olması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli seriya RX № ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışla və ümumi sahəsi 96,1 kv/m olan fərdi yaşayış evinin və 0,08 ha torpaq sahəsinin birgə mülkiyyət əsasında İddiaçı1 va İddiaçı2 mülkiyyətində olması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli seriya RX № ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyesrtindən Çıxarışla təsdiq olunur. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsindən verilmiş Quba rayonu, Digah kəndində hüquq subyekti İddiaçı1 məxsus fərdi yaşayış evinin **********53-10301 reyestr nömrəli Texniki Pasportu mövcuddur. Cavabdeh1 ilə qohumluq əlaqələri var, sonuncu onun bibisidir. Cavabdeh1 ailə həyatı qurduqdan sonra gəlin köçdüyü qayınatasıgildə yaşamaq üçün darisqallıq olması səbəbindən onun atasından həyat yoldaşı ilə birlikdə müvəqqəti olaraq yaşamaq üçün yer verməsini xahiş etmiş, atası xx xxxxxx 1988-ci il tarixdə bacısı Tamillanın həyat yoldaşı X12 atasının evində yaşamaq üçün darısqalliq olduğundan qardaşının evində müvəqqəti yaşamaq istədiyini va qardaşı İsrailov Sabirin va onun ailə üzvlərinin arzusu ilə istədikləri vaxt evdən çixmağı barədə öz xətti ilə yazılı şəkildə imzalı öhdəlik alaraq, Tamillaya və həyat yoldaşına yaşamaq üçün icazə vermişdir. Lakin, atasının vəfatindan sonra bibisi onun ailəsinə qarşi soyuq münasibət göstərmiş və mülkiyyətlərində olan əmlaklardan mülkiyyətçi kimi istifadə edərək bir sıra hüquqlarını məhdudlaşdırmışdır. Hal-hazırda cavabdeh tərəfindən ona və anasına məxsus əmlaklar üzərindəki sahiblik, istifadə va sərəncam vermək hüquqlarını tam həyata keçirməyə maneəçilik törədilir. Belə ki, cavabdeh olan bibisi va sonuncunun qızı Paşayeva (Məcidova) Aytəkin Rəşid qızı faktiki olaraq Quba şəhərinə köçüb yaşamaqlarına və orada işləmələrinə baxmayaraq, heç bir istifadə hüquqları olmadan sözügedan fərdi yaşayış evində giriş qapısını va torpaq sahəsinə giriş qapisini qifilla bağlamışlar va açarların bir nüsxəsini təqdim etməkdən imtina edirlər. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx xxxxxx 2018-ci il tarixli 1517 saylı Arxiv Arayışında göstərilir ki, Quba RİHB-nın X18 Vahidi nümayəndəliyinin 1996-2000-ci illərə aid Digah kəndi üzrə 13 nömrəli təsarrüfatbaşına kitabda vətəndaş X13 1105 saylı təsərrüfatin başçısi olmuş, onun xüsusi mülkiyyətində ümumi sahəsi 144 kv/m, o cümlədən yaşayış sahəsi 45 kv/m olan yaşayış evi və xüsusi mülkiyyətində 0,24 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Həmin təsərrüfatda X7 adindan başqa, heç kimin adı yoxdur. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Paşayeva (Məcidova) Aytəkin Rəşid qızının ona və anasına məxsus əmlaklardan istifadə hüququna 2000 manat kompensasiya verilməklə xitam verilməsinə və onların əşyalarının fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh-iddiaçı Paşayeva (Məcidova) Aytəkin Rəşid qızının nümayəndəsi həm də cavabdeh-iddiaçı Cavabdeh1 ilkin iddianı qəbul etməyərək və qarşılıqlı iddia tələbini müdafiə edərək bildirdi ki, Quba rayonu, Alıc-Digah kəndində yerləşən fərdi yaşayış evi və 0,24 ha torpaq sahəsi Quba rayonun Amsar kənd Sovetinin 1977-1979-cu illərə aid Digah kəndi üzrə 13 nömrəli təsərrüfatbaşına kitaba əsasən atası- X6 məxsus olmuş, 1977-ci ildə atasının vəfatından sonra X4 adının üzərindən xətt çəkilmiş və üzərində X5 yazılmışdır. X3 qızı xx.xx.1991-ci ildə vəfat etmiş, sonuncunun vəfat etdiyi günə kimi Quba rayonu, Alıc-Digah kəndində yerləşən fərdi yaşayış evi və 0,24 ha torpaq sahəsi Quba rayonun Amsar kənd Sovetinin Digah kəndi üzrə 13 nömrəli təsərrüfatbaşına kitab əsasən anasının adına qeyd edilmişdir. Daha sonra hansısa yolla Quba rayonu, Alıc-Digah kəndində yerləşən fərdi yaşayış evi və 0,24 ha torpaq sahəsi əmlakın sahibi olan anasına heç bir qohumluluq bağı olmayan ögey oğlu X7 adına keçmişdir. O isə miras qoyan doğma anası X1 orada yaşamış, xəstə anasına baxmış, anasının vəfatından sonra dəfnini təşkil etmiş, hazırda da miras qalmış evdə yaşayır və idarə edir. Göstərilənlərə əsasən, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-086A KOD 30307038 saylı və JN-086F KOD 30307038 saylı Şəhadətnamələrin, xx.xx.1991-ci il tarixli 11-5541 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin,X7 adına verilmiş 111 nömrəli qeydiyyat vəsiqəsinin, xx.xx.2006-cı il tarixli və xx.xx.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, X8 adına olan xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsinin, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetsrindən verilmiş RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli çıxarışların, daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh-iddiaçı Cavabdeh1 vəkili və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə ilkin ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı-cavabdeh İddiaçı1, cavabdeh-iddiaçı Cavabdeh1 və vəkili və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə dinləyib, işdə olan sənədləri araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli seriya RX № ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Quba rayonu, Digah kəndində yerləşən 0,16 ha torpaq sahəsi İddiaçı1 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli seriya RX № ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyesrtindən Çıxarışdan görünür ki, Quba rayonu, Digah kəndində yerləşən ümumi sahəsi 96,1 kv/m olan fərdi yaşayış evi və 0,08 ha torpaq sahəsi birgə mülkiyyət əsasında İddiaçı1 va İddiaçı2 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsindən verilmiş **********53-10301 reyestr nömrəli Texniki Pasportun surətindən görünür ki, Quba rayonu, Digah kəndində yerləşən fərdi yaşayış evinin hüquq subyekti İddiaçı1dur. İş materiallarında olan Paşayeva (İsrailova) Tamilla Bəybala qızı tərəfindən xx.xx.1988-ci ildə tərtib etdidilmiş əlyazmadan görünür ki, Paşayeva (İsrailova) Tamilla Bəybala qızı həyat yoldaşı X12 atasının evində darısqallıq olduğu üçün qardaşı X9 atasından miras qalmış evdə müvvəqəti yaşamaq istədiyini, qardaşı Sabir və onun ailə üzvləri istədikləri zaman o, evdən köçüb gedəcəyini şahidlərin iştirakı ilə bildirərək, sonda imza etmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 4/241 saylı məktubundan görünür ki, məhkəmə-xətşünaslıq ekspertizası keçirilməsi üçün mülki iş Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş, lakin Cavabdeh1 1980-1990-cı illərə dair 3-5 sənəddə sərbəst xətt və imza nümunələrinin təqdim edilməməsi səbəbindən məhkəmə-xətşunaslıq ekspertizasının keçirilməsinə dair rəyin təqdim olunması mümkün olmamışdır. Beləliklə, məhkəmədə müəyyən edildi ki, Paşayeva (İsrailova) Tamilla Bəybala qızı xx.xx.1988-ci ildə tərtib etdiyi əlyazmasında həyat yoldaşı X12 atasının evində darısqallıq olduğu üçün qardaşı X9 atasından miras qalmış evdə müvvəqəti yaşamaq istədiyini, qardaşı Sabir və onun ailə üzvləri istədikləri zaman o, evdən köçüb gedəcəyini şahidlərin iştirakı ilə bildirərək, sonra altında imza etmişdir. Cavabdeh-iddiaçı Cavabdeh1 ilk iddia tələbindən narazı qalaraq, xx.xx.1988-ci il tarixli əlyazmadakı imzanın özünə məxsus olmadığını bildirsə də, məhkəmə-psixoloji ekspertizasının məktubundan və ona əlavə edilmiş məlumatdan göründüyü kimi, xx.xx.1988-ci il tarixli əlyazmadakı imzanın İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən icra olunubolmamasının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin iş materiallarından aydın görünür ki, mübahisə predmeti olan Quba rayonu, Digah kəndində yerləşən 0,16 ha torpaq sahəsi İddiaçı1 va həmin kənddə 0,08 ha torpaq sahəsi və ümumi sahəsi 96,1 kv/m olan fərdi yaşayış evi İddiaçı1 və İddiaçı2 birgə mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və anunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki,məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilərək, Quba rayonu, Digah kəndində yerləşən 0,16 ha torpaq sahəsindən, həmin kənddə yerləşən 0,08 ha torpaq sahəsi və ümumi sahəsi 96,1 kv/m olan fərdi yaşayış evindən Cavabdeh1 və Paşayeva (Məcidova) Aytəkin Rəşid qızının istifadə hüquqlarına 2000 (iki min) manat kompensasiya verilməklə xitam verilməli və Cavabdeh1, Paşayeva (Məcidova) X15 rayonu, Digah kəndində yerləşən 0,16 ha torpaq sahəsindən, həmin kənddə yerləşən 0,08 ha torpaq sahəsi və ümumi sahəsi 96,1 kv/m olan fərdi yaşayış evindən çıxarılmalıdır. Məhkəmədə cavabdeh-iddiaçı Cavabdeh1 tələblərinin əsası kimi istinad edildiyi hallar sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia təmin edilsin. Quba rayonu, Digah kəndində yerləşən 0,16 ha torpaq sahəsindən, həmin kənddə yerləşən 0,08 ha torpaq sahəsi və ümumi sahəsi 96,1 kv/m olan fərdi yaşayış evindən Cavabdeh1 və Paşayeva (Məcidova) Aytəkin Rəşid qızının istifadə hüquqlarına 2000 (iki min) manat kompensasiya verilməklə xitam verilsin. Cavabdeh1 və Paşayeva (Məcidova) X15 rayonu, Digah kəndində yerləşən 0,16 ha torpaq sahəsindən, həmin kənddə yerləşən 0,08 ha torpaq sahəsi və ümumi sahəsi 96,1 kv/m olan fərdi yaşayış evindən çıxarılsın. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar