Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-240/2021 02.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı-cavabdeh İddiaçı, vəkili X16, cavabdeh-iddiaçı Nurəddinova (Məmmədova) Günel Şakir qızının və vəkili X15 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Nurəddinova (Məmmədova) Günel Şakir qızına qarşı “torpağ sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması” tələbinə dair ilkin iddia ərizəsi və cavabdeh-iddiaçı Cavabdeh1, Nurəddinova (Məmmədova) Günel Şakir qızının cavabdeh İddiaçı qarşı “istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı-cavabdeh İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Bərqov kəndində yerləşən mərhum xalasının əri X8 və xalası X1 miras qalmış 0,23 ha torpaq sahəsindən və onun üzərində tikilmiş fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, həmin torpaq sahəsi və fərdi yaşayış evinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın alınmasına, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 və Nurəddinova (Məmmədova) Günel Şakir qızı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbi üzrə İddiaçı qarşı ilkin iddia tələbinin qismən rədd edilməsi, Quba rayonu Bərqov kəndində yerləşən 1993-cü ildən hal-hazıradək yaşadığları yaşayış evinə onların istifadə hüququnun müəyyən edilməsinə dair qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdilər. Məhkəmədə iddiaçı-cavabdeh İddiaçı iddia ərizəsini müdafə edərək bildirdi ki, ona Quba rayonu, Bərqov kəndi ərazisində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsi və üzərində 1960-cı ildə tikilmiş 141 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən fərdi yaşayış evində xalası X5 və X8 ilə birlikdə yaşamışdır. Onların nikahında uşaqları olmamış, onlara o baxıb. X12 əri Səməd Güləliyev özünə məxsus evi və torpaq sahəsini xx xxxx 2009-cu il tarixli vəsiyyətnamə ilə ona bağışlamış və özü xx xxxxxx 2009-cu il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra həmin torpaq sahəsini və fərdi yaşayış evini X20 idarə etməyə başlamışdır. X20 xx xxxx 2015-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra ondan miras qalmış evə və torpaq sahəsinə faktiki sahiblik edib. Quba Rayon Məhkəməsinin 2(027)-979/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsilə xx xxxx 2015ci il tarixdə vəfat etmiş X2 onun- İddiaçı xalası olmasına dair qohumluq faktının müəyyən edilməsi qət edilmişdir. Beləliklə X20 və əri Səməd Güləliyevin uşaqları olmadığından, X12 qanun üzrə, onun əri Səməd Güləliyevin vəsiyyət üzrə vərəsəsidir. Bununla bağlı Quba Regional “ASAN Xidmət” X13 müraciət edib, xx xxxx 2020-ci il tarixli və xx xxxxxxx 2020-ci il tarixli məktublara əsasən X12 qanun üzrə, onun əri Səməd Güləliyevin isə vəsiyyət üzrə vərəsələri sırasına daxil olmağı barədə məktub verilmişdir. Bundan sonra həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış üçün müraciət edib. Lakin torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini ölçmək istədikdə orada yaşayan cavabdehlər buna mane olub, heç bir səbəb göstərmədən mübahisə yaratmışlar. Bu səbəblə də Daşınmaz əmlakdan çıxarış verilməsinə imtina edilmişdir. Qeyd edib ki, cavabdehlərin xalası və xalasının ərinə məxsus torpaq sahəsi və evə heç bir bağlılığı və aiddiayatı yoxdur. Belə ki, X20ya və onun əri Səməd Güləliyeviə maddi imkanlarını yaxşılaşdırmaq üçün cavabdehləri həmin evdə kirayəşin saxlamışlar. Bir müddət sonra onlar çıxıb getmişlər. Xalası öldükdən bir müddət sonra yenidən zor gücünə həmin evdə yerləşərək yaşamağa başlamışlar. Onları torpaq sahəsi və evdən çıxmaları üçün dəfələrlə xəbərdarlıq etsə də, bunun heç bir nəticəsi olmamışdır. Faktiki olaraq cavabdehlər ona mülkiyyət hüququ əsasında məxsus olan evə dair qanunsuz iddialar irəli sürməklə onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə yaradırlar və bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlib. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Bərqov kəndində yerləşən mərhum xalasının əri X8 və xalası X1 miras qalmış 0,23 ha torpaq sahəsindən və onun üzərində tikilmiş fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, həmin torpaq sahəsi və fərdi yaşayış evinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın alınmasına, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə iştirak edən zaman cavabdeh-iddiaçı Cavabdeh1 ilkin iddianı qismən qəbul edərək və qarşılıqlı iddia ərizəsini müdafiə edərək bildirdi ki,o,1993-cü ildə Şakir Məmmədovla ailə qurub və birgə nikahdan qızı Günel doğulub.1 il sonra Ş.Məmmədov ilə münasibətləri pozulduğundan ondan ayrılıb. Quba rayonu Bəqrov kənd sakini X6 övladı olmadığından və həyat yoldaşı X5 yataq xəstəsi olduğundan, 1994-cü ildə S.Güləliyev ilə nikah rəsmi qeyd etdirmədən ailə qurub və qızı Güneli də özü ilə aparıb. Ailə qurarkən Səməd Güləliyevə məxsus Quba rayonu Bərqov kəndində yerləşən yaşayış evinə köçərək, Səməd Güləliyev və onun birinci həyat yoldaşı Mazədə Güləliyeva ilə bir ailədə yaşayıb. Səməd və Mazədə övladları olmadığı üçün qızı Güneli öz övladları kimi hesab ediblər. Mazədə yataq xəstəsi olduğundan ona ölən günə qədər baxıb qulluq edib. Səməd Güləliyev 2009-cu ildə, Mazədə Güləliyeva isə 2014-cü ildə vəfat ediblər. Onların hər ikisi yataq xəstəsi olmuş, onlara ölən günə kimi özü və qızı Günel baxaraq qulluq ediblər. Biz- Təranə və Cavabdeh2lar Səməd Güləliyev və Mazədə Güləliyeva ilə bir ailədə yaşayaraq eyni təsərrüfatı idarə etdiklərindən, Quba rayon AİK-nın xx xxxx 1997-ci il tarixli 03 nömrəli qərarı ilə onlara Quba rayonu Bərqov kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 2,16 ha torpaq sahəsi verilmiş və adına JN 00xx xxx 30310038 saylı Torpağa Mülkiyyət Hüququna X27 verilib, hətta həmin həmin Dövlət Aktında onun-(Cavabdeh1) soyadı Səməd Güləliyevin soyadı ilə “Güləliyeva” kimi qeyd olunmuşdur. Qeyd edib ki, onların həmin evdə istifadə hüququ var. 1994-cü ildən hal-hazıra kimi həmin evdə yaşayırlar. Evin bütün təmir işlərini onlar aparıb və bütün kommunal xərcləri (qaz, su və işıq) Səməd Güləliyevin ölümündən sonra ödəyib, hətta təbii qazın verilməsi üçün quraşdırılmış sayğac onun adına qeydə alınıb. Onlar Göstərilənləri nəzərə alaraq, İddiaçı ilkin iddiasını qismən Quba rayonu Bərqov kəndində yerləşən 1993-cü ildən halhazıradək yaşadığları yaşayış evinə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışın alınmasına yaradılan maneələrin aradan qaldırılması hissəsində təmin olunmasını və həmin evə onların istifadə hüququnun müəyyən edilməsinə dair qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdi. Məhkəmədə cavabdeh-iddiaçı Nurəddinova (Məmmədova) Günel Şakir qızı ilkin iddianı qismən qəbul edərək və qarşılıqlı iddia ərizəsini müdafiə edərək, İddiaçı ilkin iddiasını qismən Quba rayonu Bərqov kəndində yerləşən yaşayış evinə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışın alınmasına yaradılan maneələrin aradan qaldırılması hissəsində təmin olunmasını və həmin evə onların istifadə hüququnun müəyyən edilməsinə dair qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı-cavabdeh İddiaçı və cavabdeh-iddiaçılar Cavabdeh1 və Nurəddinova (Məmmədova) Günel Şakir qızını dinləyi, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia qismən və qarşılıqlı iddia tam təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 755248 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X5 xx.xx.2015-ci il tarixində vəfat etmiş, xx.xx.2015-ci il tarixində 08 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 026013 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X4 xx.xx.2003-cü il tarixində vəfat etmiş, xx.xx.2002-ci il tarixində 06 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 019835 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X8 xx.xx.2009-cu il tarixində vəfat etmiş, xx.xx.2010-ci il tarixində 03 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan A3 ******* seriyalı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, İddiaçı xx.xx.1956-cı il tarixində anadan olmuş, xx.xx.1956-cı il tarixində 84 nömrə ilə qeyd edilmişdir İş materiallarında olan xx.xx.2009-cu il tarixli saat 16:00-da tərtib olunmuş vəsiyyətnamədən görünür ki, Quba rayonu Vəl-Vələ kəndində yaşayan X3 rayonu Bərqov kəndində yerləşən evini və həyətyanı torpaq sahəsini İddiaçı vəsiyyət edib və şahidlər tərəfindən imzalanıb. İş materiallarında olan xx.xx.2009-cu il tarixli X23 filialı tərədfindən verilən arayışdan məlum olur ki, Quba rayonu Vəl-Vələ kəndi sovetliyinin təsərrüfatbaşına kitabında 1966-1968, 1986-1990ci illər üçün X6 mülkiyyətində 1960-cı ildə tikilmiş yaşayış evi, və istifadəsində 0.23 ha torpaq sahəsi qeyd olunub. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli,2(027)-979/2020 saylı Qətnamədən görünür ki, xx.xx.2015-ci il tarixində vəfat etmiş X2 İddiaçı xalası olmasına dair qohumluq faktı müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Quba Regional ”Asan Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2020ci il tarixli 789 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixində vəfat etmiş X6 vəsiyyətnamə üzrə vərəsəsi sırasına daxıldır. İş materiallarında olan Quba Regional ”Asan Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2020ci il tarixli 1290 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixində vəfat etmiş X2 qanun üzrə vərəsəsi sırasına daxıldır. Belə ki, qarşılığlı iddia ərizəsi il bağlı iş materiallarında olan JN 00xx xxx 30310038 Torpağa mülkiyyyət hüququna X27nın surətindən görünür ki, Quba rayon AİK-nın xx xxxx 1997-ci il tarixli 03 nömrəli qərarı ilə X6, X2, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə 2.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Quba RİHB-nın Vəl-Vələ İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2016-cı il 871 nömrəli arayışından görünür ki, Cavabdeh1 Həmin ərazi dairəsinin Bərqov kənd sakini olub, hal-hazırda həmin kənddə yaşayır. İş materiallarında olan Vİİİ-ЖГ410628 seriyalı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh2 xx.xx.1994-cü ildə anadan olmuşdur, şəhadətnamənin ata qrafasında X17, ana qrafasında Cavabdeh1 göstərilib. İş materiallarında olan 07.2015-ci il tarixdə tərtib olunmuş əlyazma aktdan görünür ki, X8 və X5 10-15 il müddət yataq xəstəsi olub, onlara xəstə dövründə də, əvvəlki dövrdə də Cavabdeh1 qulluq edib və akt kənd sakinləri tərəfindən imzalanıb, Quba RİHB-nın Vəl-Vələ İƏD-si üzrə nümayəndəliyinin möhürü ilə təsdiq olunub. Məhkəmədə müəyyən edildi ki, ilkin iddia üzrə X6 mülkiyyətində 1960-cı ildə tikilmiş yaşayış evi, və istifadəsində 0.23 ha torpaq sahəsi olub. X8 və arvadı X5 həmin evdə yaşamış və övladları olmamışdı. xx.xx.2009-cu il tarixində vəfat etmiş X8 xx.xx.2009-cu il tarixdə Quba rayonu Bərqov kəndində yerləşən evini və həyətyanı torpaq sahəsini İddiaçı vəsiyyət edib. Quba Regional ”Asan Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2020-ci il tarixli 789 və xx.xx.2020-ci il tarixli 1290 nömrəli məktublarından da müəyyən olunur ki, İddiaçı xx.xx.2009-cu il tarixində vəfat etmiş X6 vəsiyyətnamə üzrə, xx.xx.2015-ci il tarixində vəfat etmiş X2 qanun üzrə vərəsəsi sayılıb. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və X14 haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qarşılığlı iddia üzrə məhkəmədə müəyyən edildi ki, Cavabdeh1 və Nurəddinova (Məmmədova) Günel Şakir qızı 1993-cü ildən X7 məxsus Quba rayonu Bərqov kəndində yerləşən evdə ailə kimi yaşamışlar. Quba rayon AİK-nın xx xxxx 1997-ci il tarixli 03 nömrəli qərarı ilə X8, X5, X10 və Cavabdeh2 kənd təsərrüfatı məhsulları istehsalı üçün Quba rayonu Bərqov kəndində yerləşən 2,16 ha torpaq sahəsi verilmişdir. Hətta həmin sənəddə Cavabdeh1 soyadı X6 həyat yoldaşı kimi Güləliyeva kimi göstərilmişdir. “İnsan Hüquqları və X14 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, hec kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və dövlət insanların mənzil hüququnu gercəkləşdirmək ücün xüsusi tədbirlər görür. Belə müddəalar «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»-nin 13-cü maddəsində və «İnsan Hüquqları və X14 haqqında» Avropa Konvensiyasına əlavə 4 nömrəli protokolun 2-ci maddəsinin birinci bəndində də nəzərdə tutulmuşdur. “İnsan Hüquqları və X14 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmədə müəyyən edildi ki, tərəflər arasında hüquq münasibəti 1993-cü il tarixdə cavabdeh-iddiaçı Cavabdeh1, Nürəddinova (Məmmədova) Günel Şakir qızının mübahisəli evə gələrək yaşadıqdan sonra yaranmışdır. Azərbayçan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarına əsasən, 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədər yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Məznil Məcəlləsinin123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə tərəflər arasında hüquq münasibətinin xx.xx.2005-ci il tarixdə yaranması səbəbindən hesab edir ki, hazırki mübahisə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəllənin 123-cü maddəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-bulluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin köçürülmsəinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxlsərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailəz münasibətlərinə xitam verildiyi halda saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mölki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, hec kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və dövlət insanların mənzil hüququnu gercəkləşdirmək ücün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icəradarın ailə üzvü hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar ailə üzvüləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvülərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.Həmin Məcəllənin 54-cü maddəsinə əsasən, icarədaq və onun ilə yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. “Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 1992-ci il tarixli 2 saylı qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Kirayəçinin ailə üzvləri sırasına bu şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar onun öhdəsində olmuş olsunlar. Ayrı-ayrı hallarda, kirayəçi ilə birgə yaşayıb ümumi təsərrüfatı birgə idarə edən və sırf ailə münasibətlərində olan başqa şəxslər də ailə üzvləri sırasına daxil ola bilərlər. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, İddiaçı Quba rayonu, Bərqov kəndində yerləşən mərhum xalasının əri X8 və xalası X1 miras qalmış 0,23 ha torpaq sahəsi və fərdi yaşayış evinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın alınmasına, cavabdehlər Cavabdeh1 və Nurəddinova (Məmmədova) Günel Şakir qızı tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, ilkin iddia tələbi Quba rayonu, Bərqov kəndində yerləşən 0,23 ha torpaq sahəsindən və onun üzərində tikilmiş fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması hissəsində təmin edilməməlidir. Qarşılıqlı iddia əsaslı olduğu üçün təmin edilməli və Cavabdeh1 və Cavabdeh2 Quba rayonu Bərqov kəndində yerləşən yaşayış evinə istifadə hüquqları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. İddiaçı Quba rayonu, Bərqov kəndində yerləşən mərhum xalasının əri X8 və xalası X1 miras qalmış 0,23 ha torpaq sahəsi və fərdi yaşayış evinə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın alınmasına cavabdehlər Cavabdeh1 və Nurəddinova (Məmmədova) Günel Şakir qızı tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh1 və Nurəddinova (Məmmədova) Günel Şakir qızının Quba rayonu Bərqov kəndində yerləşən yaşayış evinə istifadə hüquqları müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-240/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-240/2021
02.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver