Məhkəmə qərarları › İş №2(027)-2436/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2436/2025

19.11.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2436/2025 19.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı nümayəndəsi qismində vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Şıxsəfər qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, **********37-10301 reyestr nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evindən Cavabdeh1 Şıxsəfər qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, cavabdehlərin digər ailə üzvləri və övladları X8, X3, Cavabdeh3, X4, X9, X5 istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən yaşayış evi və 0.04 ha həyətyanı torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən, **********37-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli Çıxarışa əsasən mülkiyyət hüququ əsasında o, İddiaçı məxsusdur. Cavabdehlər xx.xx.1967-ci il təvəllüdlü qardaşının arvadı Cavabdeh1 Şıxsəfər qızı, xx.xx.1989-cu il təvəllüdlü qardaşının qızı Cavabdeh2, xx.xx.1999-cu il təvəllüdlü qardaşının oğlu Cavabdeh3, xx.xx.1990-cı il təvəllüdlü qardaşının oğlu Cavabdeh4, xx.xx.1958-ci il təvəllüdlü qardaşı Cavabdeh5, xx.xx.1968-ci il təvəllüdlü qardaşının birinci həyat yoldaşı Cavabdeh6, xx.xx.1989-cu il təvəllüdlü qardaşının oğlu Cavabdeh7, eləcə də cavabdehlərin digər ailə üzvləri və övladları xx.xx.2012-ci il təvəllüdlü qardaşının qızı X8, xx.xx.2010-cu il təvəllüdlü qardaşının oğlu X3, xx.xx.1999-cu il təvəllüdlü qardaşının oğlu Cavabdeh3 Muradbay oğlu, xx.xx.2013-cü il təvəllüdlü qardaşının oğlu X4, xx.xx.2015-ci il təvəllüdlü qardaşının qızı X9 və xx.xx.2017-ci il təvəllüdlü qardaşının nəvəsi X11 ona məxsus yuxarıda qeyd olunan ünvandakı yaşayış evində pasport qeydiyyatındadırlar. Cavabdehlər ona məxsus yaşayış evində qeydiyyatda olsalar da, yaşayış evi ilə heç bir əlaqələri yoxdur, cavabdehlərin hər birinin ayrıca yaşayış evləri vardır və onlar öz evlərində yaşayırlar. Belə ki, qardaşının yoldaşı Cavabdeh1 Quba şəhərində 3 evi var, qardaşı Xanmurad Qasımov atasının evində ailəsi ilə yaşayır, qardaşının qızı Cavabdeh2 ailə qurub ər evində yaşayır, Cavabdeh6 qardaşının birinci həyat yoldaşı olub və boşanmışdır. Belə ki, yaşayış evində qeydiyyatda olan şəxslərin daimi başqa yaşayış yerləri vardır. Bu səbəbdən də, cavabdehlər bir gündə olsa ona məxsus yaşayış evində yaşamamışlar. Onlar formal olaraq ona məxsus evdə pasport qeydiyyatındadırlar. Cavabdehlərin yaşayış evində istifadə hüquqlarının itirilmiş hesab edilməsi üçün Quba rayon Polis Şöbəsinə müraciət etmişdir. Quba rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli 91/2-H- 15264 məktubu ilə ona, vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxması və ya yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi məsələsinin məhkəmə orqanlarının səlahiyyətlərinə aid olduğu izah olunaraq, aidiyyəti üzrə məhkəməyə müraciət etməyi bildirilmişdir. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehlər xx.xx.1967-ci il təvəllüdlü qardaşının arvadı Cavabdeh1 Şıxsəfər qızı, xx.xx.1989-cu il təvəllüdlü qardaşının qızı Cavabdeh2, xx.xx.1999-cu il təvəllüdlü qardaşının oğlu Cavabdeh3 Muradbay oğlu, xx.xx.1990-ci il tarixli qardaşının oğlu Cavabdeh4, xx.xx.1958-ci il təvəllüdlü qardaşı Cavabdeh5, xx.xx.1968-ci il təvəllüdlü qardaşımın birinci həyat yoldaşı Cavabdeh6, eləcə də cavabdehlərin digər ailə üzvləri və övladları xx.xx.2012-ci il təvəllüdlü qardaşının qızı X8, xx.xx.2010-cu il təvəllüdlü qardaşının oğlu X3, xx.xx.1999-cu il təvəllüdlü qardaşının oğlu Cavabdeh3 Muradbay oğlu, xx.xx.2013-cü il təvəllüdlü qardaşının oğlu X4, xx.xx.2015-ci il təvəllüdlü qardaşının qızı X9, xx.xx.2017-ci il təvəllüdlü qardaşının nəvəsi X11 və xx.xx.1989-cu il təvəllüdlü qardaşının oğlu Cavabdeh7 ona məxsus yaşayış evində pasport qeydiyyatında olduqlarından və onların yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilmədiyindən o, öz mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Məhkəmə qətnaməsi əsasında cavabdehlər Cavabdeh1 Şıxsəfər qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 eləcə də cavadehlərin digər ailə üzvləri və övladları xx.xx.2012-ci il təvəllüdlü qardaşının qızı X8, xx.xx.2010-cu il təvəllüdlü qardaşının oğlu X3, xx.xx.1999-cu il təvəllüdlü qardaşının oğlu Cavabdeh3, xx.xx.2013-cü il təvəllüdlü qardaşının oğlu X4, xx.xx.2015-ci il təvəllüdlü qardaşının qızı X9, xx.xx.2017-ci il təvəllüdlü qardaşının nəvəsi X11 və xx.xx.1989-cu il təvəllüdlü qardaşının oğlu Cavabdeh7 ona məxsus yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməlidir ki, o da, cavabdehləri evindən qeydiyyatdan çıxara bilsin. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, **********37-10301 reyestr nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evindən Cavabdeh1 Şıxsəfər qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, cavabdehlərin digər ailə üzvləri və övladları X8, X3, Cavabdeh3, X4, X9, X5 istifadə hüquqlarının itirilmiş hesab edilməsi və istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi qismində vəkili Nümayəndə ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edərkən iddiaya etirazlarının olduqlarını bildirdilər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş X12 ilə İddiaçı arasında bağlanmış 18 aprel 2006-cı il tarixli bağışlama müqaviləsinə əsasən X1 şəhəri, Qaqarin küçəsi 1 nömrəli evi sonuncuya bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, **********37-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN-nin Yaşayış yeri üzrə qeydiyyatı haqqında xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X6, xx.xx.2010; X8, xx.xx.2012; Cavabdeh1, xx.xx.1967; Cavabdeh2, xx.xx.1989; Cavabdeh3, xx.xx.1999; X7, xx.xx.1993; Cavabdeh4, xx.xx.1990; Cavabdeh5, xx.xx.1958; X11, xx.xx.2017; Cavabdeh6, xx.xx.1968; X13, xx.xx.2020; X2, xx.xx.1995 şəxslər İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013cü il tarixli Qərarı). Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Daşınmaz əmlakın iddiaçının adına qeydə alınmasına əsas atası X12 ilə aralarında bağlanmış bağışlama müqaviləsi olmuşdur. İddiaçıya məxsus fərdi yaşayış evində cavabdeh qismində göstərilən şəxslər, yəni qardaşı, qardaşının arvadı, qardaşının övladları qeydiyyatdadırlar. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:

51. dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla — mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır;

54. icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər;

60. icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

87. yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarı. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin a 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı və onun ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər artıq uzun müddətdir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən istifadə etməməklə, hər biri fərqli evlərdə yaşayır. Belə ki, məhkəmə iclasında iştirak edən cavabdehlərdən Cavabdeh1 Şıxsəfər qızı verdiyi izahatda həmin evə 1986-cı il tarixdə köçdüyünü, lakin artıq 13 ildən çoxdur ki, həmin üvdə yaşamadığını bildirmişdir. İclasda iştirak edən digər cavabdehlər də evdən artıq uzun müddətdir ki, istifadə etmədiklərini qeyd etmişlər. Bu onu deməyə əsas verir ki cavabdehlərin mübahisəli evə istifadə hüququnun yarandığını hesab etsək belə, onların artıq uzun müddətdir ki, həmin mənzildə yaşamadığı, yaşayış sahəsinə olan ehtiyacını ödəmək üçün həmin mənzilə ehtiyacı olmadığı üçün mübahisəli mənzilə olan istifadə hüququnu itirmişdir. Belə ki, əgər cavabdehlərin yaşayış sahhəsinə olan ehtiyacını ödəmək üçün mübahisəli evə ehtiyacları olsa idi ən azından həmin evə köçürülmə barədə iddia qaldırmış olardı. Lakin işin müəyyən edilmiş halı ondan ibarətdir ki, cavabdeh belə bir iddia tələbi ilə müraciət etməmişlər. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, şəxsin faktiki olaraq yaşamadığı mənzildə uzun müddət (hazırkı dövrədək) qeydiyyatda qalması, onun həmin ünvana istifadə hüququnun itirilməməsinə zəmin yaratmır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər”. Bu isə o deməkdir ki, evə daimi qeydiyyat icazə xarakteri daşımadığından əmlak hüquqları yaratmır. Göründüyü kimi, şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması məqsədini daşımır. Belə olan halda məhkəmə qeyd edir ki, xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələbləri baxımından cavabdehlərin icarədarın ailə tərkibi kimi mübahisəli evdən istifadə hüquqlarının yaranmasına baxmayaraq həmin hüquqdan istifadə etməmələri ilə əlaqədar bu hüququ itirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, **********37-10301 reyestr nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evindən Cavabdeh1 Şıxsəfər qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X8, X3, Cavabdeh3, X4, X9 və X5 istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar