Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2448/2024 05.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı torpaq sahəsinin alqı-satqısına dairəqdin etibarlı hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-355F KOD 30317018 saylı Şəhadətnaməyə əsasən QUBA rayonu, Qəçrəş kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin X12 (Xıdır) oğlu tərəfindən ona 26 may 2006-cı ildə satılmasına dair QUBA rayon Dövlət notariat kontorunda təsdiq edilmiş 4-Ə-323 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarlı (bağlanmış) hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, QUBA rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 15 saylı qərarı ilə JN-355F KOD 30317018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə əsasında X12 (Xıdır) oğluna QUBA rayonu, Qəçrəş kəndi ərazisindən 0,05 ha həyətyanı torpaq sahəsi verilmişdir. Mən Bakı şəhərindən tez-tez QUBA rayonu ərazisinə istirahət məqsədi ilə gəlib-gedərkən X12 (Xıdır) oğlunun mülkiyyətində olan həyətyanı torpaq sahəsini satmaq istədiyini öyrənib və torpaq sahəsinin ona satılmasına dair mülkiyyətçi ilə aralarında razılaşıblar. Torpaq sahəsinin alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilməli olduğundan 26 may 2006-cı il tarixdə torpaq sahəsinin mülkiyyətçisi Seyfəl Balakişiyevlə birlikdə QUBA rayon Dövlət Notariat Kontoruna müraciət ediblər. Bununla da onunla X7 arasında 26 may 2006-cı il tarixdə, reyestrdə 4Ə-323 nömrə ilə qeydə alınmış torpaq alqı-satqına dair müqavilə bağlanmışdır. Həmin müqavilə ilə X7 JN-355F KOD 30317018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən mülkiyyətində olan QUBA rayonu, Qəçrəş kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini 3 min manata ona satmışdır. Müqavilə həmin vaxt dövlət notariusu işləmiş X6 tərəfindən təsdiqlənmişdir. Bundan sonra o qeyd edilən alqı-satqı müqaviləsinin əslini həmin vaxt fəaliyyət göstərən X11 Komitəsinin QUBA rayon şöbəsinə təhvil vermişdir. Həmin qurumdan da ona satın aldığı torpaq sahəsinə dair JN-667F KOD 30317018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Lakin həmin şəhadətnamədə alqı-satqı müqaviləsinin və şəhadətnamənin tarixi 2006-cı il əvəzinə səhvən 2005-ci il kimi qeyd edilmişdir. Sonradan o həmin alqı-satqı müqaviləsi əsasında ona verilmiş şəhadətnamə ilə mülkiyyət hüquqlarının qeydiyyatı üçün müvafiq dövlət orqanına müraciət etsə də, ona qeyd edilən şəhadətnamənin qeydiyyatdan keçmədiyi və buna görə hüquqlarının qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. Ona eyni zamanda 26 may 2006-cı il tarixli alqı-satqı müqaviləsinin də arxivə notarius tərəfindən təhvil verilməməsi səbəbindən həmin müqavilə ilə də mülkiyyət hüquqlarının qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. Bundan sonra o torpaq sahəsinə dair onda olan sənədlərlə çıxarış ala bilmədiyini görüb yenidən müqavilə bağlamaq üçün torpaq sahəsinin mülkiyyətçisi X8 ilə danışıq aparmış və Seyfəl Balakişiyev də torpaq sahəsinin sənədləşməsi üçün hər cür köməyi göstərəcəyini bildirərək, hətta sənədləşmə işlərinin onun adından aparılması üçün X1 xx.xx.2019-cu il tarixdə bir İl müddətinə AR-İ 773950 nömrəli etibarnamə də vermişdir. Lakin sənədləşmə işləri tamamlanmadan X8 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Ona görə də o bu günə kimi satın aldığı torpaq sahəsinə dair hüquqlarını müvafiq dövlət orqanında qeyd etdirə bilmir. Bunun üçün onunla X8 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarlı sayılması tələb olunur. Həmin müqavilə notarius tərəfindən zamanında arxivə təhvil verilmədiyi və müqavilənin əsli də ondan alınaraq yerinə şəhadətnamə verildiyi üçün alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşam Göründüyü kimi o bir alıcı kimi üzərinə düşən vəzifəni layiqincə icra edərək torpaq sahəsinin dəyərini satıcıya ödəmiş, satıcı da üzərinə düşən öhdəliyi icra edərək torpaq sahəsini ona təhvil vermiş, hətta notariusa gələrək bununla bağlı müqavilə də bağlamışdır. Həmin müqavilənin arxivdə saxlanması notariusun səlahiyyətinə aid bir məsələ olmuş və o, bu səlahiyyətini düzgün yerinə yetirməmişdir. Alqı-satqı müqaviləsi əsasında ona satılmış, lakin alqısatqı müqaviləsi QUBA rayon notariat kontoru tərəfindən arxivə təhvil verilməmiş, hətta eyni reyestr nömrəsi ilə başqa şəxslərin adına başqa tarixdə də müqavilə bağlanmışdır. Həmin sənədin arxivə təhvil verilməsi və reyestr nömrəsinin düzgün yazılması onun vəzifəsi deyildir. Cavabdehlə aralarında olan mübahisəni başqa qaydada aradan qaldıra bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdeh QUBA Regional “Asan xidmət” mərkəzindəki notariat ofisinin məhkəməyə ərizə ilə müraciət edərək, iş rejimi və vətəndaş müraciətlərinin çoxluğu ilə əlaqədar keçiriləcək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir Məhkəmə iddiaçının, izahatını nəzərə alaraq, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-355F KOD 30317018 saylı Şəhadətnaməyə əsasən, QUBA rayon AİK-nın 18 noyabr 1998-ci il tarixli, 15 saylı qərarı ilə QUBA rayonu, Qəçrəş kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan 26 may 2006-cı il tarixli “Torpaq alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, X7 mülkiyyətində olan QUBA rayonu, Qəçrəş kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsini İddiaçı satmışdır. Alqı- satqı müqaviləsi QUBA rayon Dövlət notariat kontorunda 4-Ə-323 nömrə ilə reyesterdə qeydə alınaraq təsdiq edilmişdir. İş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-667F KOD 30317018 saylı Şəhadətnaməyə əsasən, QUBA rayon Dövlət notariat kontorunun 26 may 2005-ci il tarixli 4-Ə-323 saylı müqaviləsinə əsasən, QUBA rayonu, Qəçrəş kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə keçmişdir. QUBA rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan göründüyü kimi, X7 xx.xx.2021-ci il tarixində vəfat etmişdir və 319 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli məlumatından göründüyü kimi, QUBA rayon dövlət notariat ofisində İddiaçı barəsində 26 may 2006-cı il tarixdə 4Ə-323 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin arxivdə olubolmaması barədə dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2006-cı ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən İddiaçı adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir.Eyni zamanda Dövlət notariat arxivində saxlanılan nüsxələrində 323 reyestr nömrəli müqavilənin QUBA rayonu dövlət notariat ofisində 25 may 2006-cı il tarixdə təsdiq edildiyi və həmin müqavilənin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasıİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məlumatında, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-355F KOD 30317018 saylı Şəhadətnamənin döngə nöqtələri (Şəhadətnamədə göstərilən cizgilərin) LWG xəritəsində öz əksini tapmışdır. Lakin, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-355F KOD 30317018 saylı Şəhadətnamənin nömrəsi yeni elektron bazada (xəritədə) öz əksini tapmamışdır və qeyd edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair JN-355F KOD 30317018 saylı Şəhadətnamənin əsasında çıxarış alınmadığı, xx.xx.2023-cü il tarixli məlumatına əsasən isə, Torpağın Mülkiyyətə Verilməsinə dair JN- 667F KOD 30317018 saylı Şəhadətnamənin nömrəsi yeni elektron bazada (xəritədə) öz əksinin tapılmadığı göstərilmişdir. İş materiallarında olan QUBA rayon Qəçrəş bələdiyyəsindən verilmiş xx.xx.2024-cü il tarixli 175 saylı arayışına əsasən, ünvan 1 ünvanında yaşayan İddiaçı 26 may 2006-cı il tarixində QUBA rayonu, Qəçrəş kəndində yaşayan X2 0.05 ha həyətyanı torpaq sahəsini alqı-satqı yolu ilə 3000 manat ödəməklə almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əasən xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Məmmədov X4 Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən, QUBA rayon AİK-nın 18 noyabr 1998-ci il tarixli, 15 saylı qərarı ilə ona məxsus QUBA rayonu, Qəçrəş kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin alqı-satqısı barədə X7 ilə razılığa gəlmiş və tərəfərin iştirakı ilə torpaq sahəsi təsdiqlənmş alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Məhkəmə qeyd edir ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsi ilə əqdin notariat formasına riayət edilməməsinin nəticələri müəyyən edilirdi. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli Qərarına əsasən qeyd edilən maddə, forma şərtinə riayət edilməməsi səbəbindən etibarsız əqdlərin etibarlı hala gətirilməsini (konvalidasiyasını) nəzərdə tuturdu. Qeyd edilən Qərara əsasən notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, tərəflər arasında, yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş qanuna zidd olmayan əqd mövcuddur. Yazılı əqdin mövcud olması işin mübahisələndirilməyən halıdır. Qeyd edilən hal isə Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq şərtlər üzrə digər dəyərləndirmələrin aparılmasını mümkün edir. Həmçinin bağlanmasının müəyyən edilməsi xahiş edilmiş əqdin icrası elə həmin tarixdən baş tutmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə əsasən, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-355F KOD 30317018 saylı Şəhadətnaməyə əsasən, QUBA rayon AİK-nın 18 noyabr 1998-ci il tarixli, 15 saylı qərarı ilə X5 məxsus QUBA rayonu, Qəçrəş kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin İddiaçı satılmasına dair QUBA rayon Dövlət notariat kontorunda təsdiq edilmiş 26 may 2006cı il tarixli, 4-Ə-323 reyestr nömrəli “ Torpaq alqı-satqı müqavləsi”nin etibarlı hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli Qərarına əsasən mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Torpağın Mülkiyyətə Verilməsinə dair JN-355F KOD 30317018 saylı Şəhadətnaməyə əsasən, QUBA rayon AİK-nın 18 noyabr 1998-ci il tarixli, 15 saylı qərarı ilə X5 məxsus QUBA rayonu, Qəçrəş kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin İddiaçı satılmasına dair QUBA rayon Dövlət notariat kontorunda təsdiq edilmiş 26 may 2006-cı il tarixli, 4-Ə-323 reyestr nömrəli “ Torpaq alqı-satqı müqavləsi” bağlanmış (etibarlı) hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində QUBA Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-2448/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2448/2024
05.12.2024 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver