Məhkəmə qərarları › İş №2(027)-2449/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2449/2025

04.02.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2449/2025 04.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Məhkəmə iclas katibi Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İ İşin mahiyyəti İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh əmlakları ilə birgə onun mülkiyyətində olan (faktiki istifadə və sahibliyində olan) Quba rayonu, Zərdabi kəndində yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən mənzil onun faktiki olaraq istifadə, daimi sahibliyində və mülkiyyətindədir. Mənzil Quba rayonu, Zərdabi qəsəbəsində yerləşir və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar X18 ETB və SBİ-nun Həmkarlar İttifaqı Komitəsinin 30 mart 2011-ci il tarixli 03№-li qərarına əsasən 31 mart 2011-ci il tarixli 1 nömrəli order ilə adına özəlləşdirilmişdir. Onun oğlu X6 və keçmiş gəlini Cavabdeh arasında xx.xx.2019-cu ildə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra onlar ona məxsus Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən evdə birgə yaşamışlar. Quba rayon Məhkəməsinin 2(027)-439/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən oğlu X2 Cavabdeh arasında xx.xx.2019cu il tarixdə Quba regional ASAN xidmət mərkəzində Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş,tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X10, xx.xx.2020-ci il təvəllüdlü X11, xx.xx.2023-cü il təvəllüdlü X4 anaları Cavabdeh yanında qalması müəyyən edilmişdir. Cavabdeh nikah pozulduqdan sonra evində qalaraq, qeyriqanuni məskunlaşmışdır. Hal-hazırda ona evinidən çıxmağı,boşaltmağı bildirsə də,cavabdeh buna məhəl qoymayaraq,evdən çıxmır. Cavabdehin onun evində yaşaması səbəbindən əmlakı üzərində mülkiyyət hüququnu reallaşdıra bilmir, yəni əmlakını üzərində öz, istəyinə uyğun olaraq sərəncam hüququ pozulur. Belə bir vəziyyətdə cavabdehin ona məxsus evdə yaşamağı mümkün deyildir.Uzun illərdir aralarındav dava dalaş münaqişə davam etməkdədir. İİ Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddia tələbin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, yaşamağa başqa evi yoxdur. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İİİ İşin faktiki halları Azərbaycan Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi Ə.C.Rəcəbli adına Azərbaycan Bağçılıq və Subtropik Bitkilər üzrə Elmi-İstehsalat Birliyi tərəfindən Azərb. B və SBEİB-nin həmkarlar ittifaqı komitəsinin 07 fevral 1992-ci il tarixli 04 nömrəli qərarına əsasən X1 (ailə üzvlərinin sayı 2, mənzil 10, otaqların sayı 2, yaşayış sahəsi 26.3 kv.m ) Quba rayonu, Zərdabi qəsəbəsində ev almaq üçün 10 fevral 1992-ci il tarixli, 01 nömrəli order verilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin Ə.C.Rəcəbli adına Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və X8 tərəfindən Az ETB və SBİnun Həmkarlar İttifaqı Komitəsinin 30 mart 2011-ci il tarixli 03№-li qərarına əsasən AZ ETB və SBİ-nin əməkdaşlarına Quba rayonunun Zərdabi qəsəbəsində ev almaq üçün İddiaçı order verilmişdir. Ailə üzvlərinin saylı 4, evin nömrəsi 10, mənzil 6, otaqların saylı 2, yaşayış sahəsi 26.3 kv.m Quba rayon Məhkəməsinin 2(027)-439/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X3 cavabdeh X5 arasında xx.xx.2019-cu ıl tarixdə Quba regional ASAN xidmət mərkəzində Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş və akt qeydləri kitabındakı 237 nömrəli nikah qeydi ləğv edilmişdir. AR Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, Zərdabi qəsəbəsində hal-hazırda yaşadığı 6 nömrəli mənzil, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun özəlləşdirilmədən əvvəl balansındakı 12 mənzilli 2 mərtəbəli yaşayış binasında yerləşir. Bina 1952-ci ildə istifadəyə verilmiş, mənzilin ümumi sahəsi 26.3 kv.metrdir. Həmin mənzilin orderi 31 mart 2011-ci ildə verilmişdir. Mənzil İddiaçı tərəfindən özəlləşdirilmişdir. İV Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi : 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, hər bir şəxsin mülkiyyətində istənilən daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ şəxsin əmlak üzərində istədiyi kimi maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi yalnız mülkiyyətçinin razılığı və iradə ifadəsi ilə mümkün ola bilər. Əmlakın mülkiyyətçisi olan şəxsin iradəsinə zidd əmlakdan istifadə etmək mülkiyyət hüququna müdaxilə təşkil edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyinə son qoyularaq, əmlakını geri tələb edə bilər. İşin hallarından müəyyən olunur ki, mübahisələndirilən fərdi yaşayış evi 10 fevral 1992-ci il tarixli, 01 nömrəli orderə əsasən Azərbaycan Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi Ə.C.Rəcəbli adına Azərbaycan Bağçılıq və Subtropik Bitkilər üzrə Elmi-İstehsalat Birliyi tərəfindən Azərb. B və SBEİB-nin həmkarlar ittifaqı komitəsinin 07 fevral 1992-ci il tarixli 04 nömrəli qərarına əsasən iddiaçının həyat yoldaşı X1 verilmişdir. Daha sonra həmin fərdi yaşayış evi ilə bağlı hazırki iş üzrə iddiaçıya 30 mart 2011-ci il tarixdə order verilmişdir. Həmin orderin verilmə səbəbi Quba rayonu, Zərdabi qəsəbəsində ev almaq olmuşdur. Cavabdeh X7 ilə iddiaçının oğlu X6 arasında nikah isə xx.xx.2019-cu il tarixdə bağlanmışdır. İddiaçı hazırda sözügedən fərdi yaşayış evindən cavabdehin əmlakları ilə birlikdə çıxarılması ilə bağlı tələb irəli sürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin mübahisə predmetini təşkil edən fərdi yaşayış evindən istifadə və yaşayış hüququ qanunvericiliyin tələblərinə əsasən mövcud deyil. Mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə tərəfindən tədqiq edilən faktiki hallarından göründüyü kimi İddiaçı mübahisəli evin gözlənilən mülkiyyət hüququ olsa da, Cavabdeh həmin evdə yaşamaqla müşahidə olunan hərəkətləri nəticəsində öz mülkiyyətindən istədiyi kimi istifadə, sahiblik edə bilmir. Bu da onun hüquqlarının məhdudlaşdırılmasına, eləcə də evə dair hüquqlarından da məhrum edilməsinə dəlalət edir. Qeyd etmək lazımdır ki, mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə qüvvədə olan qanunvericilik ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd edilir ki, Yaşayış sahəsi mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. AR Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən isə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı(əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkittəçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən normalarının məzmunundan göründüyü kimi mülkiyyətçinin ailə üzvlərinin mülkiyyətçi ilə bərabər yaşayış sahəsindən istifadə etmək hüquq vardır. Lakin mülkiyyətçinin “ailə üzvləri” dedikə isə qanunverici mülkiyyətçinin əri(arvadı), uşaqları və valideynlərini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 oktyabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, Şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Həmçinin yuxarıda qeyd edilən Plenum Qərarında Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin 2-ci cümləsində qeyd edilən “digər qohumlar” ifadəsinə aydınlıq gətirilərək qeyd edilmişdir ki, “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Məhkəmə hesab edir ki, hazırkı halda Cavabdeh yaşayış sahəsinin mülkyyətçisindən özünün saxlanmasını tələb etmək hüququ mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Beləliklə, məhkəmə araşdırması zamanı toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh əmlakları ilə birgə İddiaçı məxsus olan (faktiki isitfadə və sahibliyində olan) Quba rayonu, Zərdabi kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrinə əsasən məhkəmə,

V Nəticə qətetdi:

İddia təmin edilsin. Cavabdeh əmlakları ilə birgə İddiaçı məxsus olan (faktiki istifadə və sahibliyində olan) Quba rayonu, Zərdabi kəndində yerləşən yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar